. :MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI

Seçici siyahılarının dəqiqləşdirilməsi ilə əlaqədar

AZƏRBAYCAN RESPUBLIKASININ
MƏRKƏZI SEÇKI KOMISSIYASI

Q Ə R A R I

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 35.1 - 35.3-cü, 28.4-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin təsdiq edilməsi və qüvvəyə minməsi haqqında Azərbaycan Respublikasının 27 may 2003-cü il tarixli Qanununun 3.5-ci və 3.6-cı maddələrinə uyğun olaraq q ə r a r a a l ı r :

Seçici siyahılarının dəqiqləşdirilməsi ilə əlaqədar siyahıya əlavə edilmiş seçki məntəqələrində seçicilərinin sayı Azərbaycan Respublikası Seçki Məcəlləsinın 35.3.1-ci maddəsinin müəyyən etdiyi normanın yuxarı həddini aşdığından və həmin seçki məntəqələrinin Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq yenidən təşkil edilməsi zərurəti yarandığından məsələnin qanunauyğun həlli müvafiq məntəqələri yaratmış seçki dairələrinə həvalə edilsin.

Sədr Məzahir Pənahov

Katib Natiq Məmmədov

Katib Vidadi Mahmudov


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası