Bəzi seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvlərinin vəzifəsindən vaxtından əvvəl azad edilməsi haqqında
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.3.1-ci, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq q ə r a r a a l ı r :
İradə Kamil qızı Süleymanova 13 saylı Əzizbəyov birinci, Emin Abbas oğlu Qəmbərov 14 saylı Əzizbəyov ikinci, Sərvər İbrahim oğlu Səfərov 18 saylı Nərimanov – Nizami, Nəsimi Zakir oğlu İsmayılov 29 saylı Səbail, Nəriman Əjdər oğlu Quluzadə 32 saylı Suraxanı üçüncü, Yusif Mənaf oğlu Həmidov 47 saylı Mingəçevir, Adil Abdurrəhman oğlu Qurbanov 83 saylı Ağcabədi – Ağdam, Eldar Abdulla oğlu Əliyev 86 saylı İsmayıllı, İmran Nadir oğlu Musayev 108 saylı Ağstafa seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilsinlər.
Sədr Məzahir Pənahov
Müavin Svetlana Qasımova
Katib Natiq Məmmədov
Üzvlər:
Fuad Cavadov
Ramiz İbrahimov
Validə Kazımova
Qabil Orucov
Tofiq Həsənov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Tamam Cəfərova
Akif Qurbanov
Almas Qəhramanlı
Oktay Hümbətli