. :MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI

 

Azərbaycan Respublikasinin inzibati ərazi vahidinin hüdudları daxilində seçki dairələrinin (ərazilərinin) yaradılması haqqında

AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ

QƏRARI

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 229.5-ci, 29.6-cı və 29.7-ci maddəsinə əsasən q ə r a r a a l ı r:

1 saylı Şərur – Sədərək, 2 saylı Şərur, 3 saylı Babək – Kəngərli, 5 saylı Şahbuz – Babək, 6 saylı Culfa – Babək, 7 saylı Ordubad – Culfa, 11 saylı Qaradağ, 12 saylı Qaradağ – Binəqədi, 50 saylı Siyəzən – Qobustan – Xızı, 54 saylı Dəvəçi – Quba, 55 saylı Xaçmaz şəhər, 56 saylı Xaşmaz kənd, 87 saylı Ağsu, 96 saylı Goranboy – Naftalan, 97 saylı Goranboy – Ağdam – Tərtər, 119 saylı Ağdam kənd seçki dairələrinin hüdudları daxilində baş vermiş dəyişikliklər həmin dairələrin Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 21 iyun 2003-cü il tarixli 3/07 saylı qərarı ilə təsdiq edilmiş sxemində və qrafik təsvirində nəzərə alınsın (seçki dairələrinin sxemi və qrafik təsviri əlavə edilir).

Sədr Məzahir Pənahov

Katib Natiq Məmmədov

Katib Vidadi Mahmudov


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 93 60 08 • Elektron poçtu: office@cec.gov.az