Qondarma
“Dağlıq Qarabağ Respublikası” tərəfindən keçirilməsi
8 avqust 2004-cü il tarixə elan olunmuş konstitusiyadankənar
yerli özünüidarəetmə orqanlarına qanunsuz seçkilərlə
bağlı Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının bəyanatı haqqında
AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ
Q Ə R A R
I
Azərbaycan Respublikasının
Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası
Seçki Məcəlləsinin təsdiq edilməsi və qüvvəyə
minməsi haqqında Azərbaycan Respublikasının
27 may 2003-cü il tarixli Qanununun 3.5-ci və
3.6-cı maddələrinə uyğun olaraq q ə r a r a
a l ı r:
Azərbaycan Respublikasının
tərkib hissəsi olan Yuxarı Qarabağda qondarma
“Dağlıq Qarabağ Respublikası” tərəfindən keçirilməsi
8 avqust 2004-cü il tarixə elan olunmuş konstitusiyadankənar
yerli özünüidarəetmə orqanlarına qanunsuz seçkilərlə
bağlı Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının Bəyanatı
qəbul edilsin.
Sədr Məzahir Pənahov
Katib Natiq Məmmədov
Katib Vidadi Mahmudov