. :MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Mərkəzi Seçki Komissiyası nəzdindəki mütəxəssislərdən ibarət seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə komissiyasının təkliflərini nəzərə alaraq Azərbaycan Respublikası Seçki Məcəlləsinin 29-cu, 19.4-cü və 28.4-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin təsdiq edilməsi və qüvvəyə minməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ

Q Ə R A R I

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Mərkəzi Seçki Komissiyası nəzdindəki mütəxəssislərdən ibarət seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə komissiyasının təkliflərini nəzərə alaraq Azərbaycan Respublikası Seçki Məcəlləsinin 29-cu, 19.4-cü və 28.4-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin təsdiq edilməsi və qüvvəyə minməsi haqqında Azərbaycan Respublikasının 27 may 2003-cü il tarixli Qanununun 3.5-ci və 3.6-cı maddələrinə maddəsinə uyğun olaraq q ə r a r a a l ı r:

I. Aşağıda göstərilən seçki dairələrinin hüdudlarında qismən dəyişikliklər edilsin.
1. 69 saylı Cəlilabad – Masallı – Biləsuvar seçki dairəsinin hüdudlarındakı Masallı rayonuna aid olan Qarğalıq (seçicilərin sayı – 1065), Kürdəbazlı (seçicilərin sayı – 447), Qədirli (seçicilərin sayı – 499), Xallıcalı (seçicilərin sayı – 432), Dəlləkli (seçicilərin sayı – 76), Əminli (seçicilərin sayı – 574), Köçəkli (seçicilərin sayı – 761), Xırmandalı (seçicilərin sayı – 1960), Həsənli (seçicilərin sayı – 1585), Hacıtəpə (seçicilərin sayı – 708), Ərəb (seçicilərin sayı – 571), Məmmədxanlı (seçicilərin sayı – 285), Təkdam (seçicilərin sayı – 276) bələdiyyələri və 71 saylı Masallı kənd seçki dairəsindəki Birinci Yeddioymaq (seçicilərin sayı – 1125), İkinci Yeddioymaq (seçicilərin sayı – 692), Şıxlar (seçicilərin sayı – 1754), Qasımlı (seçicilərin sayı – 1320) bələdiyyələri 70 saylı Masallı şəhər seçki dairəsi hüdudlarına əlavə edilsin.
2. 70 saylı Masallı şəhər seçki dairəsinin hüdudlarındakı Təzə Alvadı (seçicilərin sayı – 3506), Köhnə Alvadı (seçicilərin sayı – 2251), Meşəkənarı (seçicilərin sayı – 268), Əhmədli (seçicilərin sayı – 766) bələdiyyələri 69 saylı Cəlilabad – Masallı – Biləsuvar seçki dairəsinə, Təzəkənd (seçicilərin sayı – 1436), Göyəçöl (seçicilərin sayı – 2097), Qızılağac (seçicilərin sayı – 2828) bələdiyyələri isə 71 saylı Masallı kənd seçki dairəsinə əlavə edilsin.
3. 86 saylı İsmayıllı seçki dairəsinin hüdudlarındakı Qubaxəlilli (seçicilərin sayı – 1490), Gəraybəyli (seçicilərin sayı – 495), Xəlilli (seçicilərin sayı – 209), Kürdmaşı (seçicilərin sayı – 1337), Aşıqbayramlı (seçicilərin sayı – 480), Talış (seçicilərin sayı – 159), Qarakolluq (seçicilərin sayı – 151), Hapıtlı (seçicilərin sayı – 120), Kəlbənd (seçicilərin sayı – 489), Uştalqışlaq (seçicilərin sayı – 136) bələdiyyələri 87 saylı Ağsu seçki dairəsinin hüdudlarına əlavə edilsin.
4. 113 saylı Şəki şəhər seçki dairəsinin hüdudlarındakı Qışlaq adlanan ərazi (seçicilərin sayı – 8147) 115 saylı Şəki – Oğuz seçki dairəsinə əlavə edilsin. 114 saylı Şəki kənd seçki dairəsinin hüdudlarındakı Qoxmuq (seçicilərin sayı – 3095), Baltalı (seçicilərin sayı – 1270) bələdiyyələri 113 saylı Şəki şəhər seçki dairəsinə əlavə edilsin.
5. 115 saylı Şəki – Oğuz seçki dairəsinin hüdudlarındakı Oğuz rayonuna aid olan bələdiyyələrin hamısı – Oğuz (seçicilərin sayı – 3540), Baş Daşağıl (seçicilərin sayı – 599), Muxas (seçicilərin sayı – 610), Bucaq (seçicilərin sayı –818), Calut (seçicilərin sayı – 554), Bayan (seçicilərin sayı – 1011), Qumlaq (seçicilərin sayı – 792), Şirvanlı (seçicilərin sayı – 459), Tayıflı (seçicilərin sayı – 357), Yaqublu (seçicilərin sayı – 343), Top (seçicilərin sayı – 196), Yenikənd (seçicilərin sayı – 266), Zərrab (seçicilərin sayı – 176), Kərimli (seçicilərin sayı – 1928), Qarabaldır (seçicilərin sayı – 320) bələdiyyələri 117 saylı Qəbələ –İsmayıllı – Oğuz seçki dairəsinin hüdudlarına əlavə edilsin.
6. 117 saylı Qəbələ – İsmayıllı – Oğuz seçki dairəsinin hüdudlarındakı İsmayıllı rayonuna aid olan bələdiyyələrin hamısı – Sumağallı (seçicilərin sayı – 516), İstisu (seçicilərin sayı – 623), Qalacıq (seçicilərin sayı – 993), Buynuz (seçicilərin sayı – 356), Topçu (seçicilərin sayı – 858), Qurbanəfəndi (seçicilərin sayı – 560), Xanagah (seçicilərin sayı – 310), Cülyan (seçicilərin sayı – 831), Qalınçaq (seçicilərin sayı – 996), Vəng (seçicilərin sayı – 256), Hacıhətəmli (seçicilərin sayı – 1161), Kürdeldarbəyli (seçicilərin sayı – 296), Mollaisaqlı (seçicilərin sayı – 521), Göytəpə (seçicilərin sayı – 199), Mücühəftəran (seçicilərin sayı – 161) bələdiyyələri 86 saylı İsmayıllı seçki dairəsinin hüdudlarına əlavə edilsin.
II. Aşağıda göstərilən seçki dairələrinin hüdudlarında qismən dəyişikliklər edildiyinə görə seçki dairələrinin adları, mərkəzləri və seçicilərinin sayı aşağıdakı kimi müəyyən edilsin:
1. 69 saylı Cəlilabad – Masallı – Biləsuvar seçki dairəsinin adı və mərkəzi dəyişdirilmədən seçicilərinin sayı 37326 müəyyən edilsin.
2. 70 saylı Masallı şəhər seçki dairəsinin adı və mərkəzi dəyişdirilmədən seçicilərinin sayı 37856 nəfər müəyyən edilsin.
3. 71 saylı Masallı kənd seçki dairəsinin adı və mərkəzi dəyişdirilmədən seçicilərinin sayı 39206 nəfər müəyyən edilsin.
4. 86 saylı İsmayıllı seçki dairəsinin adı və mərkəzi dəyişdirilmədən seçicilərinin sayı 38149 nəfər müəyyən edilsin.
5. 87 saylı Ağsu seçki dairəsi 87 saylı Ağsu – İsmayıllı seçki dairəsi adlandırılsın, mərkəzi dəyişdirilmədən, seçicilərinin sayı isə 40124 nəfər müəyyən edilsin.
6. 113 saylı Şəki şəhər seçki dairəsinin adı və mərkəzi dəyişdirilmədən seçicilərinin sayı 35128 nəfər müəyyən edilsin.
7. 114 saylı Şəki kənd seçki dairəsi 114 saylı Şəki kənd birinci seçki dairəsi adlandırılsın, mərkəzi dəyişdirilmədən, seçicilərinin sayı isə 34772 nəfər müəyyən edilsin.
8. 115 saylı Şəki – Oğuz seçki dairəsi 115 saylı Şəki kənd ikinci seçki dairəsi adlandırılsın, mərkəzi dəyişdirilmədən, seçicilərinin sayı isə 33634 nəfər müəyyən edilsin.
9. 117 saylı Qəbələ – İsmayıllı – Oğuz seçki dairəsi 117 saylı Oğuz – Qəbələ seçki dairəsi adlandırılsın, mərkəzi Oğuz şəhəri, seçicilərinin sayı isə 38610 nəfər müəyyən edilsin.
10. 50 saylı Siyəzən – Qobustan – Xızı seçki dairəsi 50 saylı Qobustan – Siyəzən – Xızı seçki dairəsi adlandırılsın, mərkəzi və seçicilərinin sayı dəyişdirilmədən saxlanılsın.
III. Mərkəzi Seçki Komissiyasının qərarına uyğun olaraq müvafiq seçki dairə və məntəqələrinin hüdudlarında və zərurət olduqda seçki komissiyalarının tərkibində dəyişikliklər aparılsın.

Sədr Məzahir Pənahov

Katib Natiq Məmmədov

Katib Vidadi Mahmudov


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası