. :MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Sərəncamının icrası məqsədilə 2008-ci il fevralın 1-dən başlayaraq həmin ay ərzində məntəqə seçki komissiyası üzvləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış 3 günlük kurslar keçirilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ

Q Ə R A R I

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 dekabr 2006-cı il tarixli “Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Sərəncamına uyğun olaraq Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası dairə və məntəqə seçki komissiyalarının sədrləri və üzvlərinin peşə hazırlığının və hüquqi biliklərinin artırılması, habelə seçki sahəsində maarifləndirmə işinin gücləndirilməsi məqsədilə  bir sıra konkret tədbirlər həyata keçirmişdir. Həmin sənədin icrası ilə əlaqədar ilkin olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının bazasında və onunla birgə dairə seçki komissiyaları sədrləri üçün 2007-ci il oktyabrın 16-dan noyabrın 5-dək davam edən seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar təşkil edilmişdir.
Sonradan dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyası sədrləri üçün də 2007-ci il dekabrın 3-dən 26-dək 3 günlük müvafiq kurslar hazırlanıb keçirilmişdir. Bu kurslarda Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvləri ilə yanaşı şəhər və rayon məhkəmələrinin sədrləri və prokurorları, habelə İcra hakimiyyətlərinin müvafiq şöbələrinin rəhbərləri mühazirə oxumaq üçün dəvət olunmuşlar. Ümumilikdə 6 000-dən yuxarı seçki rəsmisi bu kurslarda iştirak etmişdir.
Hazırda Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası həmin Sərəncamın icrasının davam etdirilməsi ilə bağlı hazırlıq işləri apararaq məntəqə seçki komissiyalarının üzvləri üçün kursların təşkil edilməsi işini başa çatdırdığından, cari ilin fevral ayında həmin kursların keçirilməsi məqsədəmüvafiq hesab edilir.
Ona görə də, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası  yuxarıda qeyd edilənlərə və Azərbaycan Respublikası Seçki Məcəlləsinin    19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq   q ə r a r a       a l ı r :
  • Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Sərəncamının icrası məqsədilə 2008-ci il fevralın     1-dən başlayaraq həmin ay ərzində məntəqə seçki komissiyası üzvləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış 3 günlük kurslar keçirilsin.
  • Kursların keçirilməsinə rəhbərlik dairə seçki komissiyalarının sədrlərinə həvalə edilsin (Tematik plan əlavə edilir).
  • Kursların keçirilməsinə nəzarət Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinə, habelə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Katibliyinin əməkdaşlarına həvalə edilsin.

 

Sədr                            Məzahir Pənahov

Müavin                        Svetlana Qasımova

Katib                            Natiq Məmmədov

Üzvlər:                

Fuad Cavadov

Ramiz İbrahimov

Validə Kazımova                                                              

Qabil Orucov                                                                     

Tofiq Həsənov                                                                     

İlham Məmmədov                                                            

Nizami Nadirov                                                               

Azər Tağıyev                                                                           

Tamam Cəfərova                                                          

Rövşən İsmayılov                                                    

Almaz Qəhrəmanlı                                                                                               

Akif Qurbanov                                                                                                    

Oqtay Hümbətli


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası