. : MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI

 

Naxçıvan Muxtar Respublikasında yaradılmış 3 saylı Babək – Şərur seçki dairəsinin 3 saylı Babək – Kəngərli seçki dairəsi adlandırılması və 3 saylı Babək – Kəngərli seçki dairəsinin qrafik təsviri və hüdudlarının təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLIKASININ
MƏRKƏZI SEÇKI KOMISSIYASI

Q ƏR A R I

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası “Naxçıvan Muxtar Respublikasında Kəngərli rayonunun yaradılması haqqında” Azərbaycan Respublikasının 19 mart 2004-cü il tarixli Qanununa və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 29.6-cı və 29.7-ci maddəsinə əsasən q ə r a r a a l ı r:

I. Naxçıvan Muxtar Respublikasında yaradılmış 3 saylı Babək – Şərur seçki dairəsi 3 saylı Babək – Kəngərli seçki dairəsi adlandırılsın.
II. 3 saylı Babək – Kəngərli seçki dairəsinin qrafik təsviri və hüdudları təsdiq edilsin (seçki dairəsinin qrafik təsviri və hüdudları əlavə edilir).

Sədr Məzahir Pənahov

Müavin Svetlana Qasımova

Katib Natiq Məmmədov

Üzvlər Fuad Cavadov

Ramiz İbrahimov

Validə Kazımova

Qabil Orucov

Asif Mahmudov

Ənvər Əliyev

Xanmurad Əhmədov

Azər Tağıyev

İlham Məmmədov

Yusif Bağırzadə

Asəf Əliyev


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 93 60 08 • Elektron poçtu: office@cec.gov.az