[19.01.2006]
Yanvarın 19-da Məzahir Pənahovun sədrliyi ilə
Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə Komissiyanın katibləri Natiq Məmmədov
və Vidadi Mahmudov Azərbaycan Respublikasının
üçüncü çağırış Milli Məclisinə 2006-cı il mayın
13-də təyin edilmiş təkrar seçkilərlə əlaqədar
bəzi dairələr üzrə namizədliklərin təsdiq edilməsinə
dair məsələ haqqında məlumat vermişlər. 9 saylı
Binəqədi ikinci seçki dairəsi üzrə 4 nəfərin,
38 saylı Nizami(Gəncə) ikinci, 42 saylı Sumqayıt
ikinci, 110 saylı Zaqatala və 119 saylı Ağdam
kənd seçki dairələrinin hər biri üzrə isə 1
nəfərin namziədliyinin təsdiq edilməsi haqqında
qərar qəbul olunmuşdur.
Sonra 17 saylı Yasamal üçüncü seçki dairəsi
üzrə üçüncü çağırış Azərbaycan Respublikası
Milli Məclisinin deputatı Lalə Şövkət Hacıyevanın
müraciətinə baxılmış və onun deputat mandatından
məhrum edilməsi barədə qərar çıxarılmışdır.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ABŞ səfirliyinin,
Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri,
kütləvi informasiya vasitələrinin nümayəndələri
iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti
[16.01.2006]
Yanvarın 16-da Məzahir Pənahovun sədrliyi ilə
Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə Komissiyanın katibləri Natiq Məmmədov
və Vidadi Mahmudov Azərbaycan Respublikasının
üçüncü çağırış Milli Məclisinə 2006-cı il mayın
13-də təyin edilmiş təkrar seçkilərlə əlaqədar
bəzi dairələr üzrə namizədliklərin təsdiq edilməsinə
dair məsələ haqqında məlumat vermişlər.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında Seçki
Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri,
kütləvi informasiya vasitələrinin nümayəndələri
iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti