[29.09.05]
Sentyabrın 29-da Məzahir Pənahovun
sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti
iclası keçirilmişdir.
Əvvəlcə 2005-ci il noyabrın 6-da keçiriləcək
Milli Məclisə seçkilərlə əlaqədar “Azadlıq”
siyasi partiyalar blokunun embleminin təsdiq
edilməsi məsələsinə baxılmışdır. Komissiya həmin
blokun emblemini təsdiq etmişdir.
Sonra bəzi seçki dairələri dairə seçki komissiyalarının
tərkibində dəyişiklik edilməsi ilə bağlı məsələ
müzakirəyə çıxarılmışdır. MSK 29 saylı Səbail,
46 saylı Əli Bayramlı, 69 saylı Cəlilabad- Masallı-Biləsuvar
və 86 saylı İsmayıllı seçki dairələri dairə
seçki komissiyalarının tərkibində dəyişiklik
olunması ilə bağlı qərarlar qəbul etmişdir.
İclasda bəzi seçki dairələrinin hüdudlarında
dəqiqləşdirilmələr aparılması haqqında da qərar
qəbul olunmuşdur.
Komissiyaya daxil olmuş müraciətlər müzakirəyə
çıxarılmış, müraciətlərdən 16-sı ilkin arşdırma
aparılması və Mərkəzi Seçki Komissiyasına məlumat
verilməsi üçün müvafiq dairə seçki komissiyalarına
göndərilmişdir. Müraciətlərdən 3-nün isə Daxili
İşlər Naziriliyinə göndərilməsi barədə qərar
qəbul edilmişdir.
MSK cari məsələlərə də baxmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT-in
Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun
ekspertləri, Seçki Sistemləri üzrə Beynəlxalq
Fondun təmsilçiləri, kütləvi informasiya vasitələrinin
nümayəndələri iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti
[24.09.05]
Sentyabrın 24-də Məzahir Pənahovun sədrliyi
ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası
keçirilmişdir.
Əvvəlcə bəzi seçki dairələri dairə seçki komissiyalarının
tərkibində dəyişiklik edilməsi ilə bağlı məsələ
müzakirəyə çıxarılmışdır. Komissiya 21 saylı
Nəsimi birinci və 95 saylı Tərtər seçki dairələri
dairə seçki komissiyalarının tərkibində dəyişiklik
edilməsi ilə bağlı qərarlar qəbul etmişdir.
Sonra MSK üzvü Azər Tağıyev 2005-ci il noyabrın
6-na təyin edilmiş Azərbaycan Respublikasının
Milli Məclisinə seçkilərlə əlaqədar seçkiqabağı
təşviqat qaydalarının pozilmasına dair məsələ
barədə məlumat vermişdir. O, bəzi teleradio
təşkilatları və Milli Məclis deputatlığına namizədlər
tərəfindən Seçki Məcəlləsinin seçkiqabağı təşviqatın
aparılması ilı bağlı tələblərinin pozulduğunu
bildirmiş. Komissiyanın digər üzvləri də bəzi
kütləvi informasiya vasitələrinin sözügüdən
məsələ ilə bağlı qanun pozuntusuna yol verdiklərini
qeyd etmişlər. Bu məsələ ilə bağlı Mərkəzi Seçki
Komissiyası nəzdində seçkiqabağı təşviqat üçün
müəyyən edilmiş qaydalara riayət olunmasına
nəzarət edən Mətbuat Qrupunun bəzi üzvlərinin
də fikirləri dinlənilmişdir. MSK üzvlərinin
ümumi rəyi bundan ibarət olmuşdur ki. seçkiqabağı
təşviqat qaydalarını pozan media vasitələrinə
müraciət ünvanlansın.
İclasda Komissiyaya daxil olmuş müraciətlər
də müzakirə edilmişdir. Müraciətlərdən 13-ü
ilkin arşdırma aparılması və Mərkəzi Seçki Komissiyasına
məlumat verilməsi üçün müvafiq dairə seçki komissiyalarına
göndərilmişdir. Müzakirəyə çıxarılan müraciətlərdən
4-nün isə Daxili İşlər Naziriliyinə göndərilməsi
haqqında qərar qəbul edilmişdir.
MSK cari məsələlərə də baxmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT-in
Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun
ekspertləri, Seçki Sistemləri üzrə Beynəlxalq
Fondun təmsilçiləri, kütləvi informasiya vasitələrinin
nümayəndələri iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti
[22.09.05]
Sentyabrın 22-də Məzahir Pənahovun sədrliyi
ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası
keçirilmişdir.
Əvvəlcə Mərkəzi Seçki Komissiyasının 12 avqust,
15 avqust, 23 avqust, 27 avqust və 2 sentyabr
2005-ci il tarixli protokolları təsdiq edilmişdir.
Sonra bəzi seçki dairələri dairə seçki komissiyalarının
tərkibində dəyişikliklər edilmişdir.
Mərkəzi Seçki Komissiyasının katibləri Vidadi
Mahmudov və Natiq Məmmədov bəzi seçki dairələrinin
hüdudlarında dəqiqləşdirilmə aparılmasna dair
məsələ barədə məlumat vermişlər. MSK 20 saylı
Nərimanov ikinci, 31 Suraxanı ikinci, 32 saylı
Suraxanı üçüncü, 33 saylı Xətai birinci, 36
saylı Xətai dördüncü və 38 saylı Nizami ikinci
(Gəncə) seçki dairələrinin hüdudlarında dəqiqləşdirilmə
aparılması haqqında qərar qəbul etmişdir.
İclasda Komissiyaya daxil olmuş müraciətlər
də müzakirə olunmuşdur. Müraciətlərdən 16-sı
ilkin arşdırma aparılması və Mərkəzi Seçki Komissiyasına
məlumat verilməsi üçün müvafiq dairə seçki komissiyalarına
göndərilmişdir. Müzakirəyə çıxarılan müraciətlərdən
1-i Respublikanın Baş Prokururluğuna, 1-i Daxili
İşlər Naziriliyinə, 1-i isə Gəncə şəhər Polis
İdarəsinə göndərilmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ABŞ səfirliyinin,
Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri,
kütləvi informasiya vasitələrinin nümayəndələri
iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti
[14.09.05]
Sentyabrın 14-də Məzahir Pənahovun
sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti
iclası keçirilmişdir.
Əvvəlcə Mərkəzi Seçki Komissiyasına daxil olan
müraciətlərə baxılmışdır.
Müracitlərdən biri araşdırılmaq üçün Bakı şəhər
Baş Polis İdarəsinə, on biri isə isə araşdırılb
MSK-ya məlumat verilməsi üçün müvafiq seçki
dairələrinin seçki komissiyalarına göndərilmişdir.
Sonra Mərkəzi Seçki Komissiyasının katibi Vidadi
Mahmudov bəzi seçki dairələrinin hüdudlarında
dəqiqləşdirilmə aparılmasna dair məsələ barədə
məlumat vermişdir. Komissiya 14 sayl Əzizbəyov
ikinci, 19 saylı Nərimanov birinci, 35 saylı
Xətai üçüncü, 37 saylı Nizami birinci(Gəncə),
38 saylı Nizami ikinci(Gəncə) və 40 saylı Kəpəz
ikinci seçki dairələrinin hüdudlarında dəyişiklik
aparılması haqqında qərar qəbul etmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında Seçki
Sistemləri üzrə Beynəlxalq Fondun, ATƏT-in təmsilçiləri,
kütləvi informasiya vasitələrinin nümayəndələri
iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti
[10.09.05]
Sentyabrın 10-da Məzahir Pənahovun
sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası
keçirilmişdir.
Əvvəlcə Mərkəzi Seçki Komissiyasının katibi
Vidadi Mahmudov Azərbaycan Respublikasının Milli
Məclis deputatlığına qeydə alınmış namizədlərin
öhdəlik ərizəsi nümunəsinin layihəsi barədə
məlumat vermişdir. Komissiya həmin öhdəlik ərizəsinin
nümunəsini təsdiq etmişdir.
Sonra 122 saylı Xankəndi seçki dairəsi dairə
seçki komissiyasının seçki məntəqələrinin yaradılması
barədə təklifi müzakirəyə çıxarılmışdır. MSK
122 saylı Xankəndi seçki dairəsində 9 məntəqənin
yaradılması haqqında qərar qəbul etmişdir.
İclasda Mərkəzi Seçki Komissiyasına daxil olmuş
müraciətlər də müzakirə olunmuşdur. Müraciətlərdən
biri araşdırılmaq üçün Masallı rayon Prokurorluğuna
göndərilmişdir. Digər müracirələr barədə müvafiq
qərarlar çıxarılmışdır.
MSK bəzi seçki dairələri dairə seçki komissiyalarının
tərkibində dəyişiklik etmişdir.
Sonra ödənişsiz efir vaxtının bölgüsü ilə əlaqədar
püşkatmanın keçirilməsinə dair məsələ barədə
Komissiyanın üzvü Azər Tağıyev məlumat vermişdir.
Püşkatmanın keçirilməsi üçün 3 nəfər MSK üzvündən
ibarət Komissiya yaradılmışdır. Püşkatma Komissiyasına
Mərkəzi Seçki Komissiyasının üzvləri Fuad Cavadov,
Azər Tağıyev və Yusif Bağırzadə daxil edilmişlər.
Sonra bir mandatlı seçki dairələrinin 60-dan
çoxunda namizədləri qeydə alınmış siyasi partiyalar
və siyasi partiyalar blokları, yəni Yeni Azərbaycan
Partiyası, Azərbaycan Liberal Partiyası, “Azadlıq”
siyasi partiyalar bloku və “Yeni Siyasət” siyasi
partiyalar bloku arasında “Azərbaycan Televiziya
və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin
televiziya və radio efirində, İctimai Televiziya
və Radio Yayımları Şirkətinin televiziya efirində
ödənişsiz vaxtın bölgüsü ilə əlaqədar püşkatma
keçirilmişdir. Mərkəzi Seçki Komissiyası püşkatmanın
nəticələrini təsdiq etmişdir.
Komissiyanın iclasında cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT-in
Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun,
Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri,
kütləvi informasiya vasitələrinin nümayəndələri
iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti
[07.09.05]
Sentyabrın 7-də Məzahir Pənahovun sədrliyi ilə
Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Komissiyanın üzvü Azər Tağıyev “Azərbaycan Respublikası
Milli Məclisinə seçkilərdə seçkiqabağı təşviqatın
aparılması ilə əlaqədar televiziya və radio
təşkilatlarının kanallarında efir vaxtının verilməsi
və dövri nəşrlərdə seçkiqabağı təşviqat materiallarının
dərc edilməsi qaydaları haqqında Təlimat”ın
layihəsi barədə məlumat vermişdir. MSK sözügedən
Təlimatın layihəsini təsdiq etmişdir.
Sonra MSK katibləri Natiq Məmmədov və Vidadi
Mahmudov MSK-ya daxil olmuş müraciətlər barədə
məlumat vermişlər. Mərkəzi Seçki Komissiyası
həmin müraciətlər haqqında müvafiq qərarlar
qəbul etmişdir.
Mərkəzi Seçki Komissiyası bəzi seçki dairələri
dairə seçki komissiyalarının tərkibində dəyişikliklər
etmişdir.
İclasda Milli Məclisə seçkilərlə əlaqədar bildiriş
nümunəsinin təsdiqi haqqında qərar qəbul olunmuşdur.
Komissiyanın iclasında cari məsələlər də müzakirə
edilmişdir.
MSK-nın iclasında Seçki Sistemləri üzrə Beynəlxalq
Fondun təmsilçiləri və kütləvi informasiya vasitələrinin
nümayəndələri iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti
[02.09.05]
Sentyabrın 2-də Məzahir Pənahovun sədrliyi
ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə MSK sədrinin müavini Svetlana Qasımova
və Komissiyanın katibi Vidadi Mahmudov bəzi
seçki dairələri dairə seçki komissiyalarının
tərkibində dəyişikliklər edilməsinə dair məsələ
barədə məlumat vermişlər. Mərkəzi Seçki Komissiyası
7 saylı Ordubad – Culfa, 21 saylı Nəsimi birinci,
58 saylı Hacıqabul – Kürdəmir və 86 saylı İsmayıllı
seçki dairələri dairə seçki komissiyalarının
tərkibində dəyişikliklər edilməsi haqqında qərarlar
çıxarmışdır.
Sonra Mərkəzi Seçki Komissiyasına daxil olmuş
müraciətlərə baxılmışdır. Müraciətlərdən 9-u
araşdırılması və Mərkəzi Seçki Komissiyasına
məlumat verilməsi üçün müvafiq dairə seçki komissiyalarına
göndərilmişdir.
Komissiyanın katibi Natiq Məmmədov bəzi seçki
dairələrinin hüdudlarının dəqiqləşdirilməsinə
dair məsələ barədə məlumat vermişdir. Mərkəzi
Seçki Komissiyası bəzi seçki dairələrinin hüdudlarının
dəqiqləşdirilməsi haqqında qərar qəbul etmişdir.
İclasda ATƏT-in Demokratik Təsisatlar və İnsan
Hüquqları Bürosunun ekspertləri, ABŞ səfirliyinin,
Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri
və kütləvi informasiya vasitələrinin nümayəndələri
iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti