. : MƏTBUAT BÜLLETENİ


[24.09.2004]

Sentyabrın 24-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov 2004-ch il dekabrın 17-də Azərbaycan Respublikasında keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə gününədək seçki komissiyalarının iclaslarını müşahidə etmək üçün Yeni Azərbaycan Partiyası tərəfindən müvafiq seçki dairələri üzrə irəli sürülmüş şəxslərin xüsusi icazə almış müşahidəçilər kimi qeydə alınması haqqında məlumat vermişdir. MSK həmin şəxslərin qeydə alınması barədə qərar qəbul etmişdir.
Sonra Mərkəzi Seçki Komissiyasının katibi Vidadi Mahmudov Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə seçicilərin səsverməyə dəvət olunması haqqında bildiriş nümunəsinin layihəsi barədə məlumat vermişdir. Komissiya bu sənədin təsdiqi haqqında qərar çıxarmışdır.
MSK bələdiyyələrə seçkilərdə bəzi seçki sənədlərinin nümunələrini də təsdiq etmişdir.
Mərkəzi Seçki Komissiyası bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi haqqında qərar qəbul etmişdir.
Dairə və məntəqə seçki komissiyaları üzvlərinin 2004-cü il dekabrın 17-də keçiriləcək bələdiyyə seçkiləri dövründə maliyyə təminatları haqqında məsələ də MSK-nın iclasına çıxarılmış və müvafiq qərar qəbul olunmuşdur.
Komissiya cari məsələlərə də baxmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun, Fransa səfirliyinin təmsilçiləri, kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak etmişlər.

Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti


[16.09.2004]
Sentyabrın 16-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov gündəlikdəki ilk məsələ – Ədalət və Vətəndaş Həmrəyliyi Partiyaları tərəfindən bələdiyyə seçkilərində iştirak etmək məqsədilə təsis olunmuş “Demokratik Azərbaycan” seçki blokunun qeydə alınmasına baxılması haqqında məlumat vermişdir. Komissiya bu məsələnin müsbət həlli barədə qərar qəbul etmişdir.
Sonra MSK katibi Vidadi Mahmudov 8 saylı Binəqədi birinci, 25 saylı Nizami ikinci, 65 saylı Sabirabad – Kürdəmir, 70 sayli Masallı şəhər, 106 saylı Tovuz – Qazax – Ağstafa, 108 saylı Ağstafa seçki dairələri dairə seçki komissiyaslarının tərkibində dəyişikliklər edilməsi barədə məlumat vermişdir. Mərkəzi Seçki Komissiyası həmin seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi haqqında qərar çıxarmışdır.
İclasda Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlər də müzakirə edilmiş və müvafiq qərarlar qəbul olunmuşdur.
Komissiya cari məsələlərə də baxmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri, kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak etmişlər.

Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti


[09.09.2004]
Sentyabrın 9-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə Mərkəzi Seçki Komissiyasının 25 avqust və 28 avqust 2004-cü il tarixli iclaslarının protokolları təsdiq edilmişdir.
Sonra MSK sədrinin müavini Svetlana Qasımova bəzi seçki dairələrinin hüdudları daxilində dəyişikliklər edilməsi məsələsi barədə məlumat vermişdir. Komissiya həmin seçki dairələrənin hüdudları daxilində dəyişikliklər edilməsi haqqında qərar çıxarmışdır.
Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə seçki məntəqəsində səslərin hesablanması və səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyasının yekun protokolunun doldurulması qaydaları haqqında İzahın layihəsi barədə məlumat vermişdir. MSK bu sənəd layihəsini təsdiqləmişdir.
İclasda Milli Məclisə seçkilərdə səsvermənin nəticələri haqqında dairə seçki komissiyası protokolunun doldurulması qaydası haqqında İzahın da layihəsi təsdiq edilmişdir.
Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə bağlı bəzi seçki sənədlərinin nümunələrinin layihələri barədə isə Komissiyanın katibi Vidadi Mahmudov məlumat vermişdir. Mərkəzi Seçki Komissiyası həmin sənəd layihələrini təsdiq etmişdir.
MSK 8 saylı Binəqədi birinci, 23 saylı Nəsimi - Nərmanov, 24 saylı Nizami birinci, 28 saylı Sabuncu ikinci, 91 saylı Ucar seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi məsələsini də müzakirə etmiş və həmin seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi barədə qərar çıxarmışdır.
Komissiya cari məsələlərə də baxmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri, kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak etmişlər.

Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti


[01.09.04]
Sentyabrın 1-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Secki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə Mərkəzi Seçki Komissiyasının 17 avqust və 19 avqust 2004-cü il tarıxlı iclaslarının protokolları təsdiq edilmişdir.
Sonra MSK katibi Natiq Məmmədov imza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünün seçki komissiyaları tərəfindən yoxlanılması Qaydalarının layihəsi barədə məlumat vermişdir. Komissiya bu sənədin təsdiqi barədə qərar qəbul etmişdir.
Mərkəzi Seçki Komissiyasının digər katibi Vidadi Mahmudov isə Milli Məclisə və bələdiyyələrə seçkilərdə bəzi seçki sənədləri nümunələrinin layihələri barədə məlumat vermişdir. Həmin sənəd nümunələri MSK tərəfindən təsdiq edilmişdir.
Komissiya üzvü Azər Tağıyev bələdiyyə seçkilərində seçkiqabağı təşviqatın aparılması üçün qeydə alınmış namizədlər arasında teleradio verilişlərində efir vaxtının, eləcə də dövri nəşrlərin səhifələrində yer ayrılması üçün dairə seçki komissiyaları tərəfindən keçirilən püşkatma Qaydası layihəsi haqqında MSK üzvlərinə məlumat vermişdir. Mərkəzi Seçki Komissiyası bu sənəd layihəsinin də təsdiqi barədə qərar qəbul etmişdir.
Komissiya 19 saylı Nərimanov birinci, 21 saylı Nəsimi birinci, 34 saylı Xətai ikinci, 35 saylı Xətai üçüncü, 40 saylı Kəpəz ikinci (Gəncə), 49 saylı Yevlax
- Mingəçevir, 91 saylı Ucar və 96 saylı Goranboy – Naftalan seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi haqqında qərarlar qəbul etmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun, АBŞ səfirliyinin təmsilçiləri, yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası