. : MƏTBUAT BÜLLETENİ


[29.10.05]
Oktyabrın 29-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
Əvvəlcə Komissiyanın katibi Vidadi Mahmudov “6 noyabr 2005-ci ildə Azərbaycan Respublikasının üçüncü çağırış Milli Məclisinə keçirilən seçkilərdə seçicilərin barmaqlarının gözlə görünməyən mürəkkəblə işarələnməsi qaydalarına dair Təlimat”ın layihəsi barədə məlumat vermişdir. Həmin sənəd Komissiya üzvlərinin təklifləri nəzərə alınmaqla təsdiq edilmişdir.
Sonra bəzi seçki dairələri dairə seçki komissyalarının tərkibində dəyişiklik edilməsi ilə bağlı qərarlar qəbul olunmuşdur.
MSK-ya daxil olmuş müraciətlər müzakirə edilmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun ekspertləri, ABŞ səfirliyinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Mərkəzi Seçki Komissiyasının
Mətbuat xidməti


[26.10.05]
Oktyabrın 26-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
Əvvəlcə Komissiyanın sədri Azərbaycan Respublikası Prezidentinin 25 oktryabr 2005-ci il tarixli “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” sərəncamının müstəsna əhəmiyyətindən danışaraq bu sənədin şəffaf və demokratik seçki keçirilməsi ilə bağlı görülən işlərin daha da intensivləşdirilməsi istiqamətində atılan mühüm addım olduğunu bildirmişdir. O, bununla bağlı Mərkəzi Seçki Komissiyasının təxirəsalınmaz addımlar atmalı olduğunu vurğulayaq Komissiyanın qarşışında duran vəzifələrdən danışmıdır. Komissiyanın digər üzvləri də MSK sədrinin söylədiklərinə şərik olduğuqlarını bildirmiş və Prezidentin sözügedən Sərəncamı imzalamasını mütərəqqi addım adlandırmışlar.
Sonra MSK katibi Natiq Məmmədov Milli Məclisə seçkilərdə mürəkkəbdən
istifadə edilməsinə dair məsələ barədə məlumat vermişdir. Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçkilərdə mürəkkəbdən istifadə olunamsına dair qərar qəbul etmişdir.
MSK katibi Vidadi Mahmudov məntəqə və dairəљ seçki komissiyalarına təyin olunmuş məşvərətçi səs hüququlu üzvlərin vəsiqə nümunəsinin təsdiq edilməsi barədə məlumat vermişdir. Komissiya həmin sənədin nümunəsini təsdiq etmişdir.
Sonra bəzi seçki dairələri dairə seçki komissyalarının tərkibində dəyişiklik edilməsi ilə bağlı məsələyə baxılmışdır. MSK 31 saylı Suraxanı ikinci, 33 saylı Xətai birinci, 68 saylı Cəlilabad kənd və 78 saylı Lerik- Lənkəran seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsinə dair qərarlar çıxarmışdır.
MSK-ya daxil olmuş müraciətlər müzakirəyə çıxarılmış və müracitələrdən 2-si araşdırılmaq üçün Respublikanın Baş Prokurorluğuna göndərilmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun ekspertləri, ABŞ səfirliyinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Mərkəzi Seçki Komissiyasının
Mətbuat xidməti


[19.10.05]
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası oktyabrın 19-da “Hökumət evi”nin akt zalında üçüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərə həsr olunmuş seminar-müşavirə keçirmişdir. Müşavirədə Mərkəzi Seçki Komissiyasının üzvləri, seçki dairələri dairə seçki komissiyalarının sədrləri, MSK Katibliyinin məsul işçiləri iştirak etmişlər.
Seminar - müşavirəni Komissiyanın sədri Məzahir Pənahov açmışdır. O, qeyd etmişdir ki, 6 noyabr 2005-ci il Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər böyük tarixi hadisədir və biz fəxr etməliyik ki, bu hadisənin iştirakçılarıyıq. Komissiyanın sədri seçkilərin çox əhəmiyyətli və məsul bir mərhələsinin getdiyini, bu günə kimi hər hansı ciddi bir problemin qeydə alınmadığını və ümumilikdə vəziyyəti qənaətbəxş qiymətləndirdiyini söyləmişdir. Sədr seçici vəsiqələrinin seçiclərə çatdırılması işinin diqqətdə saxlandığını vurğulayaraq qeyd etmişdir ki, aşağı seçki komissiayaları bu istiqamətdəki fəaliyyətlərini daha da intensivləşdirməlidirlər. Seçici vəsiqələri almayan bir nəfər də olsun seçici qalmamalıdır.
Mərkəzi Seçki Komissiyasının sədri səsvermə gününə 17 gün qaldığını xatırladaraq diqqətə çatdırmışdır ki, səsvermə günü seçki mənətəqlərində hər hansı bir qanun pozuntusuna yol verilməməli, qanundankənar addım atılmamalıdır. Bütün müşahidəçilərə və kütləvi informasiya vasitələrinin nümayəndələrinə maneəsiz, sərbəst şəkildə müşahidə aparmalarına və səslərin sayılması prosesini maneəsiz izləmələrinə şərait yaradılmalıdır.
Prezident cənab İlham Əliyevin 11 may 2005-ci il tarixli “Azərbaycan Respublikasında seçki prakrikasının təkmilləşdirilməsinə dair” sərəncamında əks olunmuş bütün müddəalar kimi bu müddəanın tələbi də yüksək səviyyədə yerinə yetirlməlidir. Müşahidəçilərin hesabatları seçki prosesinə qiymət verilməsi işində bizə çox kömək edir.
Sədr komissiya üzvlərinin hər hansı bir namizədin xeyrinə fəaliyyət göstərməsinin qanuna zidd olduğunu bildirmiş və bu məsələnin də xüsusi diqqətdə saxlanacağını bildirmişdir.
M. Pənahov Azərbaycanda demokratik seçkilərin keçirilməsi üçün böyük potensialın və hər cür şəraitin olduğunu nəzərə çatdırmış və qeyd etmişdir ki, seçkilərin şəffaf, demokratik və ədalətli keçirilməsi hamıdan çox bizə lazımdır. Dövlət başçısının, ölkə rəhbərliyinın də mövqeyi bundan ibarətdir.
Sonra söz məruzəçilərə verilmişdir. Əvvələcə Mərkəzi Seçki Komissiyasının katibi Vidadi Mahmudov “Seçki bülletenlərinin çap olunması, dairə və məntəqə seçki komissiyalarına çatdırılması” mövzusunda çıxış etmişdir.
Daha sonra MSK nəzdində “Seçkilər” İnformasiya Mərkəzinin direktoru İqbal Babayev “Seçici siyahılarının dəqiqləşdirilməsi və seçki gününə hazırlıq”, Komissiyanın katibi Natiq Məmmədov “Səsvermənin təşkili, səsvermə qaydası, səslərin hesablanması və seçkilərin yekunlarının müəyyən edilməsi”, Mərkəzi Seçki Komissiyası Katibliyi Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov “Treninqlərin keçirilməsinin yekunları” barədə məruzə ilə çıxış etmişlər.

Tədbirin sonunda müşavirə iştirakçılarının sualları cavablandırılmışdır.
Seminar -müşavirədə Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçisi, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçki Müşahidə Missiyasının təmsilçiləri də iştirak etmişlər.

Mərkəzi Seçki Komissiyasının
Mətbuat xidməti


[19.10.05]
Oktyabrın 19-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
Əvvəlcə Mərkəzi Seçki Komissiyasının 6 sentyabr, 7 sentyabr, 10 sentyabr, 14 sentyabr, 22 sentyabr və 24 sentyabr 2005-ci il tarixli iclas protokolları təsdiq edilmişdir.
Sonra Azərbaycan Respublikasının işğal altında olan ərazilərində yaşayan erməni mənşəli Azərbaycan vətəndaşlarına Müraciət qəbul edilmişdir.
İclasda bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsinə dair məsələyə də baxılmış və müvafiq qərarlar qəbul olunmuşdur.
MSK katibi Vidadi Mahmudov “Azərbaycan Respublikası Televiziya və Radio Verişləri” Qapalı Səhmdar Cəmiyyəti və digər teleradio şirkətləri tərəfindən seçkiqabağı təşviqatın aparılmasına dair məsələ barədə məlumat vermişdir. Komissiya bu məsələylə bağlı bəyanat qəbul etmişdir.
Komissiyanın üzvü Arzuxan Əlizadə hərbi hissələrdə seçki məntəqələrinin yaradılması və seçki komissiyalarının təşkilinin vəziyyətinə dair məsələ haqqında məlumat vermişdir. Mərkəzi Seçki Komissiyasının sədri bu məsələylə bağlı bütün zəruri addımların atıldığını Komissiya üzvlərinin diqqətinə çatdırmışdır.
Sonra MSK-ya daxil olmuş müraciətlər barədə məlumatlar verilmiş və müvafiq qərarlar qəbul edilmişdir.
Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun ekspertləri, ABŞ səfirliyinin, ABŞ Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Mərkəzi Seçki Komissiyasının
Mətbuat xidməti


[11.10.05]
Oktyabrın 11-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
Əvvəlcə bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə məsələyə baxılmşdır. MSK 31 saylı Suraxanı ikinci, 32 saylı Suraxanı üçüncü, 68 saylı Cəlilabad kənd və 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsini qərara almışdır.
Sonra Komissiyanın katibi Vidadi Mahmudov namizədi irəli sürülən subyektlər barədə seçki bülletenlərində göstərilməli olan bəzi məlumatlara dair məsələ haqqında məlumat vermişdir. MSK həmin məlumatların təsdiq edilməsi barədə qərar çıxarmışdır.
Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov isə 2005-ci ilin 6 noyabrında keçiriləcək Milli Məclisə seçkilərdə kütləvi informasiya vasitələri nümayəndələrinin istifadə edəcəkləri lövhəciklərin formaları barədə məlumat vermişdir. Komissiya həmin lövhəcik formalarını təsdiq etmişdir.
MSK “Yeni Siyasət” siyasi partiyalar blokunun embleminin təsdiq olunması haqqında da qərar qəbul etmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun ekspertləri, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.


Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti

[08.10.05]
Oktyabrın 8-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
Əvvəlcə bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə məsələyə baxılmşdır. MSK 15 saylı Yasamal birinci, 35 saylı Xətai üçüncü və 68 saylı Cəlilabad kənd seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsini qərara almışdır.
Sonra Komissiyanın katibi Natiq Məmmədov siyasi partiyalar bloklarının emblemlərindən seçki bülletenləində istifadə edilməsinə dair məsələ barədə məlumat vermişdir. Mərkəzi Seçki Komissiyası qərara almışdır ki, seçkilərdə iştirak edən siyasi partiya blokları tərəfindən öz emblemlərinin seçki bülletenində göstərilməsi məqsədilə Mərkəzi Seçki Komissiyası ilə razılaşdırmaq üçün müraciətləri olduqda, seçki bülletenlərində onlar tərəfindən irəli sürülmüş qeydə alınmış deputatlığa namizədlər barəsindəki məlumatlarda göstərilməli olan namizədin mənsub olduğu siyasi partiyanın embleminin əvəzinə müvafiq siyasi partiyalar blokunun emblemi göstərilsin.
MSK katibi Vidadi Mahmudov 2005-ci il noyabrın 6-da Azərbaycan Respublikasının üçüncü çağırış Milli Məclisinə seçkilərlə əlaqədar seçki bülletenlərinin mətninin, formasının və miqdarının təsdiq və çap edilməsi məsələsi barədə məlumat vermişdir. Mərkəzi Seçki Komissiyası seçki bülletenlərinin mətnini və formasını təsdiq etmişdir. Komissiya həmçinin qərara almışdır ki, daimi seçici siyahılarındakı seçicilərin sayı barədə 2005-ci ilin oktyabr ayının 8-nə olan məlumata əsasən 125 seçki dairəsinin hər biri üzrə seçicilərin sayından 3 faiz artıq olmaqla cəmi 4.802.962 ədəd seçki bülletenləri hazırlansın və Azərbaycan Respublikası Milli Məclisi Aparatının Mətbəəsində çap edilsin.
MSK Milli Məclisə seçkilərdə “Azərbaycan naminə” siyasi partiyalar blokunun embleminin təsdiq edilməsi məsələsinə də baxmış və blokun emblemi təsdiq olunması haqqında qərar qəbul etmişdir.
İclsada Mərkəzi Seçki Komissiyasına daxil olan müraciətlər də müzakirə edilmiş və müvafiq qərarlar çıxarılmışdır.
Komissiyanın üzvü Azər Tağıyev seçkiqabağı təşviqat üçün müəyyən edilmiş qaydalara riayət olunmasına nəzarət üçün MSK nəzdində yaradılmış Mətbuat qrupunun tərkibində dəyişiklik edilməsinə dair məsələ barədə məlumat vermişdir. “Space” Müstəqil Televiziya və Radio Şirkəri ilə “Turan” İnformasiya Agentliyi Qrupun tərkibindən çıxarılmış, İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə Azəri- Press İnformasiya Agentliyi isə daxil edilmişlər.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun ekspertləri, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti

[05.10.05]
Oktyabrın 5-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
Əvvəlcə Komissiyanın katibi Natiq Məmmədov Milli Məclisə seçkilərdə iştirak etmək hüququna malik olan Azərbaycan Respublikası vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin səsvermə üçün istifadə etdikləri şəxsiyyətlərini təsdiq edən sənədlərin Siyahısı”n ın təsdiqinə dair məsələ barədə məlumat vermişdir. MSK bu Siyahının təsdiq olunması haqqında qərar çıxarmışdır.
Mərkəzi Seçki Komissiyasının digər katibi Vidadi Mahmudov isə Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin keçirildiyi yer və onun vaxtı barədə seçiciləri məlumatlandırmaq məqsədi ilə bildirişlərin seçicilərə paylanması(çatdırılması) haqqında Qaydalar”ın layihəsi barədə məlumat vermişdir. MSK bu sənədin də təsdiq olunmasını qərara almışdır.
Sonra “Dairə seçki komissiyasının Katibliyi haqqında Əsasnamə” və “Səsvermə günü məntəqə seçki komissiyalarının iş qaydası haqqında Təlimat” təsdiq edilmişdir.
Komissiya bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi haqqında da qərarlar çıxarmışdır.
Mərkəzi Seçki Komissiyasının daxil olan müraciətlər də müzakirəyə çıxarılmış və müvafiq qərarlar qəbul olunmuşdur.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun ekspertləri, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti

Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası