. : MƏTBUAT BÜLLETENİ

[27.10.2004]
Oktyabrın 27-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə Komissiyanın katibi Vidadi Mahmudov bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibindəki dəyişikliklərlə bağlı məsələ barədə məlumat vermişdir. Mərkəzi Seçki Komissiyası 98 saylı Şəmkir şəhər və 114 saylı Şəki kənd seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi haqqında qərar çıxarmışdır.
Sonra Mərkəzi Seçki Komissiyasının digər katibi Natiq Məmmədov 2004-cü il dekabrın 17-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı Komissiyaya daxil olmuş müraciətlər barədə məlumat vermişdir. MSK həmin müraciətlər haqqında müvafiq qərarlar qəbul etmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT-in Bakı ofisinin təmsilçiləri və yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti


[22.10.2004]
Oktyabrın 22-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə Komissiyanın katibi Vidadi Mahmudov bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibindəki dəyişikliklərlə bağlı məsələ barədə məlumat vermişdir. Mərkəzi Seçki Komissiyası 98 saylı Şəmkir və 18 saylı Yasamal – Səbail seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi haqqında qərar çıxarmışdır.
Sonra Mərkəzi Seçki Komissiyasının digər katibi Natiq Məmmədov 2004-cü il dekabrın 17-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı Komissiyaya daxil olmuş müraciətlər barədə məlumat vermişdir. MSK həmin müraciətlər haqqında müvafiq qərarlar qəbul etmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ABŞ səfirliyinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri, yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti


[20.10.2004]
Oktyabrın 20-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə Mərkəzi Seçki Komissiyasının üzvü Azər Tağıyev 95 saylı Tərtər və 6 saylı Culfa – Babək seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi barədə məlumat vermişdir. MSK həmin seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi haqqında qərar çıxarmışdır.
Sonra Komissiyanın üzvü İlham Məmmədov 2004-cü il oktyabrın 19-da keçirilmiş Milli Məclisə əlavə seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlər barədə məlumat vermişdir. MSK həmin müraciətlərin araşdırılmaq üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi haqqında qərarlar qəbul etmişdir.
Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov isə 2004-cü il dekabrın 17-nə təyin edilmiş bələdiyyələrə seçkilərlə bağlı Komissiyaya daxil olmuş müraciətlər barədə məlumat vermişdir. Bu müraciətlər haqqında müvafiq qərarlar qəbul olunmuşdur.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri, yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti


[18.10.2004]
Oktyabrın 18-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə Komissiya sədrinin müavini Svetlana Qasımova və MSK katibi Vidadi Mahmudov bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi barədə məlumat vermişlər. Mərkəzi Seçki Komissiyası 9 saylı Binəqədi ikinci, 25 saylı Nizami ikinci, 36 saylı Xətai dördüncü, 49 saylı Yevlax – Mingəçevir, 85 saylı Şamaxı və 111 saylı Zaqatala – Balakən seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi haqqında qərar çıxarmışdır.
Sonra Komissiyanın digər katibi Natiq Məmmədov 2004-cü il dekabrın 17-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlər barədə məlumat vermişdir. MSK həmin müraciətlər haqqında müvafiq qərarlar qəbul etmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
MSK-nın 19 oktyabrda keçirilən iclasında isə 20 saylı Nərimanov ikinci seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişiklik edilməsi qərara alınmışdır.
Həmin iclasda 17 dekabr bələdiyyə seçkiləri ilə bağlı Komissiyaya ünvanlanmış müraciətlərə baxılmış, müvafiq qərarlar qəbul edilmişdir.

Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti


[14.10.2004]
Oktyabrın 14-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə Komissiya sədrinin müavini Svetlana Qasımova, MSK katibləri Natiq Məmmədov və Vidadi Mahmudov bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi barədə məlumat vermişlər. Mərkəzi Seçki Komissiyası 9 saylı Binəqədi ikinci, 20 saylı Nərimanov ikinci, 25 saylı Nizami ikinci, 41 Sumqayıt birinci və 95 saylı Tərtər seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi haqqında qərar çıxarmışdır.
Sonra 2004-cü il dekabrın 17-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlər müzakirə olunmuş və müvafiq qərarlar qəbul edilmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri, yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti


[13.10.2004]
Oktyabrın 13-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə Komissiya sədrinin müavini Svetlana Qasımova və MCK katibi Vidadi Mahmudov bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi barədə məlumat vermişlər. Mərkəzi Seçki Komissiyası 9 saylı Binəqədi ikinci, 15 saylı Yasamal birinci, 18 saylı Yasamal – Səbail, 19 saylı Nərimanov birinci, 22 saylı Nəsimi ikinci, 36 saylı Xətai dördüncü, 47 saylı Mingəçevir, 98 saylı Şəmkir şəhər, 111 saylı Zaqatala – Balakən və 115 saylı Şəki – Oğuz seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi haqqında qərar çıxarmışdır.
Sonra MSK katibi Natiq Məmmədov 2004-cü il dekabrın 17-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə bağlı Mərkəzi Seşki Komissiyasına daxil olmuş müraciətlər haqqında məlumat vermişdir. Komissiya həmin müracıətlərdə əksini tapmış məsələlərin müsbət həlli barədə qərarlar qəbul etmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri, yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti


[07.10.2004]
Oktyabrın 7 - də Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Reno Harnişi, Böyük Britnaiyanın fövqəladə və səlahiyyətli səfiri Laurens Bristounu, Fransa Respublikasının fövqəladə və səlahiyyətli səfiri Rolan Blatmanı və ATƏT-in Bakı ofisinin rəhbəri Maurisio Pavesi qəbul etmişdir.
Qəbula görə MSK sədrinə təşəkkür edən qonaqlar qarşıdan gələn bələdiyyə seçkiləri ilə bağlı fikir mübadiləsi aparmaq niyyətində olduqlarını bildirmişlər. ABŞ səfiri Reno Harniş Komissiyanın peşəkarlığının artdığını xüsusi vurğulamış və bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar Mərkəzi Seçki Komissiyası tərəfindən görülən işlərlə maraqlanmışdır.
Komissiyanın sədri aşağı seçki komissiyalarında seçici siyhılarının dəqiqləşdirilməsi prosesi, seçki sənədlərinin qəbulu, bələdiyyə üzvlüyünə namizədlərin təsdiqi və qeydə alınması, Mərkəzi Seçki Komissiyasının qəbul etdiyi təlimat, izah və qaydalar, təsdiq etdiyi sənəd nümunələri və s. barədə ətraflı məlumat vermişdir. O, namizədlərin qeydiyyatı ilə bağlı indiyə qədər MSK-ya şikayət ərizəsinin daxil olmadığını qonaqların diqqətinə çatdırmış, yalnız şifahi şəkildə bəzi narazılıqların bildirildiyini və bu narazılıqlara operativ reaksiya verildiyini, problemlərin dərhal həll olunduğunu diqqətə çatdırmışdır.
Qonaqlar bələdiyyə seçkilərini diqqətdə saxladıqlarını və bu məsələdə əvəllər olduğu kimi Azərbaycana kömək etməyə hazır olduqlarını bildirmişlər.
Mərkəzi Seçki Komissiyasının sədri M. Pənahov köməyə görə təşəkkürünü bildirmiş, istər beynəlxalq qurumlar, istərsə də xarici dövlətlərin ölkəlmizdəki diplomatik nümayəndəlikləri ilə əməkdaşlıqdan məmnunluq duyduğunu qeyd etmişdir. Komissiyanın sədri bəzi beynəlxalq qurumların ölkəmiz haqqında hesabatlar hazırlayarkən yanlışlıqlara da yol verdiklərini dilə gətirmişdir. O, bildirmiqşdir ki, Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda demokratik təsisatların fəaliyyətinə dair 1358 saylı qətnaməsin respublikamızla bağlı həqiqəti əks etdirən məqamların yer alması təqdir olunasıdır. Lakin böyük təəssüf hissi ilə qeyd edilməlidir ki, həmin sənəddə yanlış mülahizələr də yer almışdır. 15 oktyabr 2003-ğü il prezident seçkiləri zamanı seçki prosesində şəffaflığın tam təmin olunmaması barədə mülahizəylə əlaqədar bildirməliyik ki, ATƏT-in müşahidə missiyasının ilkin hesabatında prezident seçkilərində şiffaflığın misilsiz səviyyədə təmin olunduğu göstərilirdi. O zaman seçkilərin gedişini 1000-dən çox xarici, 40 mindən artıq yerli müşhadiəçi izləyirdi. Həmin qətnamədə prezident seçkilərinin nəticələrinin guya dərc olunmadığı qeyd edilir. Ancaq səsvermənin ilkin nəticələri elə seçki günü axşam MSK-nın internet saytında yerləşdirilmişdi. Seçki məntəqləri üzrə səsvermənin nəticələri isə nəinki Seçki Məcəlləsinin tələbinə uyğun olaraq 6 ay müddətində, hətta 2 ay tez, yəni fevral ayının sonunda Mərkəzi Seçki Komissiyasının rəsmi nəşri olan “Xəbərlər” jurnalında dərc olunmuşdur.
Görüşün sonunda qonaqlar səmimi qəbula görə təşəkkürünü bildirmişlər.
Komissiyanın sədri də belə görüşlərin mütəmadi xarakter daşıması arzusunda olduğunu söyləmiş və xahiş etmişdir ki, təmsil etdikləri diplomatik korpusların nümayəndələrinin Mərkəzi Seçki Komissiyasının iclaslarında iştirakını təmin etsinlər. Bu onların MSK-nın fəaliyyəti haqqında dürüst informasiya almalarına kömək etmiş olar.
Görüşdə Mərkəzi Seçki Komissiyası sədrinin müavini Svetlana Qasımova, MSK Katibliyinin müdiri Çingiz Ələkbərov, Katibliyin beynəlxalq şöbəsini müdiri Rövzət Qasımov və mətbuat şöbəsinin müdiri Azər Sarıyev də iştirak etmişlər.

Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti


[07.10.2004]
Oktyabrın 7-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov bəzi seçki məntəqələrinin yenidən təşkil edilməsi haqqında məlumat vermişdir. MSK həmin seçki məntəqələrinin yenidən təşkili haqqında qərar çıxarmışdır.
Sonra MSK-nın digər katibi Vidadi Mahmudov bələdiyyə seçkilərində səsvermənin nəticələri ilə bağlı məntəqə seçki komissiyasının yekun protokolunun doldurulması qaydası haqqında və bələdiyyə seçkilərində səsvermənin nəticələri ilə əlaqədar dairə seçki komissiyasının yekun protokolunun doldurulması qaydası barədə İzahların layiıhələri haqqında məlumat vermişdir. Mərkəzi Seşki Komissiyası həmin layihələri təsdiq etmişdir.
Komissiya bələdiyyə seçkilərində qeydiyyatdançıxma (səsvermə) vəsiqəsi blanklarının Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyasına verilməsi haqqında akt nümunəsini də təsdiqləmişdir.
İclasda bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi barədə qərarlar qəbul edilmişdir.
MSK cari məsələlərə də baxmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri, yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti


[01.10.2004]
Oktyabrın 1-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə Komissiyanın 2, 9 və 16 sentyabr 2004-cü iı tarixli iclaslarının protokolları təsdiq edilmişdir.
Sonra Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov gündəlikdıki növbəti məsələ - “Azərbaycançı Qüvvələr Birliyi” siyasi partiyalar blokunun qeydə alınması haqqında məlumat vermişdir. MSK həmin seçki blokunun qeydə alınması barədə qərar qəbul etmişdir.
Komissiya Milli Məclisə əlavə seçkilər üşün seçki bülletenlərinin hazırlanması qaydası, mətni, forması, onların sayı və hazırlanmasına aid tələblər barədə də qərar çıxarmışdır.
Mərkəzi Seçki Komissiyasının katibi Vidadi Mahmudov bələdiyyələrə seçkilərdə səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyası protokolunun layihəsi barədə məlumat vermişdir. MSK həmin protokol nümunəsini təsdiq etmişdir.
Mərkəzi Seçki Komissiyası həmçinin bələdiyyə seçkilərində səsvermənin nəticələri barədə seçki dairəsi dairə seçki komissiyası protokolu formasının təsdiq edilməsi haqqında qərar qəbul etmişdir.
Sonra bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilmişdir.
Komissiya cari məsələlərə də baxmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçisi, kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak etmişlər.

Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası