. : MƏTBUAT BÜLLETENİ


[26.11.05]
Noyabrın 26-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə Komissiyanın üzvləri icraatlarında olan müraciətlər barədə məlumat vermişlər. MSK müraciətlərdən 3-nün aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi haqqında qərar qəbul etmişdir.
Sonra Mərkəzi Seçki Komissiyasının üzvü Azər Tağıyev seçkilərin hazırlanması və keçirilməsi dövründə fəaliyyətlərində nöqsanlara yol vermiş dairə və məntəqə seçki komissiyaları haqqında məsələ barədə məlumat vermişdir. MSK sözügedən dövrdə nöqsanlara yol vermiş 9 saylı Binəqədi ikinci, 38 saylı Nizami ikinci(Gəncə), 42 saylı Sumqayıt ikinci, 110 saylı Zaqatala, 119 saylı Ağdam kənd və 125 saylı Zəngilan- Qubadlı seçki dairələri dairə seçki komissiyalarının tərkibinin buraxılması haqqında qərar qəbul etmişdir. Bundan əlavə, bir sıra məntəqə seçki komissiyalarının tərkibinin buraxılması haqqında da qərar çıxarılmışdır.
Mərkəzi Seçki Komissiyasının üzvü Fuad Cavadov MSK tərəfindən araşdırma nəticəsində müəyyən edilən cinayət ehtimalı olan materialların Azərbaycanљ Respublikasının Baş Prokurorluğuna göndərilməsinə dair məsələ barədə məlumat vermişdir. Mərkəzi Seçki Komissiyası 29 məntəqə seçki komissiyasının sözügedən materiallarının Respublikanın Baş Prokurorluğuna göndərilməsi haqqında qərar qəbul etmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ABŞ səfirliyinin və Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri, yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Mərkəzi Seçki Komissiyasının
Mətbuat xidməti


[23.11.05]
Noyabrın 23-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
Əvvəlcə sədr Azərbaycan Respublikasının üçüncü çağırış Milli Məclisinə 6 noyabr 2005-ci ildə keçirilmiş seçkilərlə əlaqədar Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən seçkilərin ümumi yekunları haqqında protokolun tərtib edilməsi və seçkilərin yekunlarının yoxlanılması və təsdiq olunması üçün dairə seçki komissiyaları protokollarının onlara əlavə edilən sənədlərlə birlikdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə təqdim edilməsi barədə məsələni müzakirəyə çıxarmışdır. MSK sədri qeyd etmişdir ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 171.2-ci maddəsinin tələbinə uyğun olaraq Mərkəzi Seçki Komissiyası səsvermə günündən ən geci 20 gün keçənədək dairə seçki komissiyalarının protokollarını onlara əlavə edilən sənədlərlə birlikdə yoxlamalı, 48 saat müddətində Konstitusiya Məhkəməsinə təqdim etməlidir. Səsvermə günüdən etibarən qanunla müəyyən olunmuş müddət ərzində Mərkəzi Seçki Komissiyasına 538 müraciət daxil olmuş, bu müraciətlər Seçki Məcəlləsinin və MSK–nın Avropa Şurası Venetsiya Komissiyasının tövsiyələri əsasında təsdiqlədiyi “Seçki komissiyalarına daxil olmuş seçki hüquqlarının pozulması haqqında müraciətlərə baxılması qaydalarına dair Təlimat”ın tələblərinə uyğun şəkildə baxılmışdır. Ümmilikdə 460 seçki mənətəqəsi üzrə seçkilərin nəticələri etbarsız hesab edilmişdir. MSK 4 seçki dairəsi üzrə seçkiləri etibarsız hesab etmişdir. 2 seçki dairəsində bəzi seçki məntəqələri üzrə nəticələrinin etbarsız hesab edilməsi həmin seçki dairələri üzrə seçkilərin yekunlarına da təsir göstərmiş və deputat seçilmiş hesab olunan şəxslər dəyişmişdir. Artıq MSK-ya təqdim olunmuş bütün müraciətlərin araşdırılması və dairə seçki komissiyalarının protokollarının yoxlanılması başa çatmış və bu gün yuxarıda qeyd olunan sənədlərin Konstitusiya Məhkəməsinə göndərilməsi mümkündür.
Sonra çıxış edən Mərkəzi Seçki Komissiyası üzvlərinin böyük əksəriyyəti Milli Məclisə seçkilərin qanunun tələblərinə uyğun şəkildə keçirildiyini və bəzi qüsurlar istisna olmaqla seçkilərin nəticələrinin ümumilikdə qənaətbəxş olduğunu söyləmişlər. Komissiya üzvləri bu fikrin bir çox nüfuzlu beynəlxalq müşahidəçilər tərəfindən də dilə gətirildiyini vurğulamışlar.
Mərkəzi Seçki Komisisyasının sədri də həmin Komissiya üzvlərinin fikirlərinə şərik çıxaraq qeyd etmişdir ki, seçkilərin normal keçirilməsində dövlət başçısının müstəsna rolu olmuşdur. Cənab Prezident 11 may və 25 oktyabr sərəncamları, eyni zamanda dövlət əhəmiyyətli bir çox addımları ilə Milli Məclisə seçkilərin şəffaf, demoktarik və qanunauyğun keçirilməsi üçün səylərini əsirgəməmişdir. Sədr bu işdə MSK-ya bir sıra dövlət qurumlarının da yardım etdiyini bildirmişdir. M. Pənahov çıxışının sonunda Respublikanın Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürünü bildirmişdir. Daha sonra o, seçkiləri işıqlandırdəqlarına görə kütləvi informasiya vasitələrinin nümayəndələrinə və seçki prosesində yardımçı olmuş dövlət qurumlarına da minnətdarlıq etmişdir.
Gündəlikdəki məsələ səs qoyulmuşdur. 11 nəfər lehinə, 4 nəfər əlehinə olmaqla Milli Məclisə 6 noyabr 2005-ci ildə keçirilmiş seçkilərlə əlaqədar Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən seçkilərin ümumi yekunları haqqında protokolun tərtib edilməsi və seçkilərin yekunlarının yoxlanılması və təsdiq edilməsi üçün dairə seçki komissiyaları protokollarının onlara əlavə olunan sənədlərlə birlikdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə təqdim edilməsi haqqında qərar çıxarılmışdır.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, ABŞ səfirliyinin və Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri, yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Mərkəzi Seçki Komissiyasının
Mətbuat xidməti


[21.11.05]
Noyabrın 21-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
İclasda Komissiyaya daxil olmuş müraciətlərə və bəzi seçki dairələri üzrə nəticələrə dair məsələ və cari məsələ müzakirəyə çıxarılmışdı. Əvvəlcə MSK üzvləri icraatlarında olan müraciətlər barədə məlumat vermişlər. Mərkəzi Seçki Komissiyası 19 saylı Nərimanov birinci, 103 saylı Gədəbəy, 44 saylı Sumqayıt – Abşeron, 35 saylı Xətai üçüncü, 49 saylı Yevlax- Mingəçevir, 47 saylı Mingəçevir, 30 saylı Suraxanı birinci, 17 saylı Yasamal üçüncü, 61 saylı Neftçala, 60 saylı Salyan – Neftçala, 56 saylı Xaçmaz kənd, 51 saylı Qusar, 53 saylı Quba-Qusar, 66 saylı Biləsuvar, 50 saylı Qobustan- Xızı- Quba və 29 saylı Səbail seçki dairələrinin bəzi seçki məntəqələri üzrə səsvermənin nəticələrinə dair protokollarda müəyyən edilmiş uyğunsuzluqlar, habelə həmin məntəqələrdə yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədiyindən həmin məntəqələrdə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi haqqında qərar çıxarmışdır.
Bunula yanaşı, 61 saylı Neftçala seçki dairəsi üzrə 14, 31 və 34 saylı məntəqələrlə bağlı daxil olmuş şikayətlərə aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi haqqında qərar qəbul edilmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, ABŞ səfirliyinin və Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri, yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Mərkəzi Seçki Komissiyasının
Mətbuat xidməti


[10.11.05]
Noyabrın 10-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Komissiyanın katibi Natiq Məmmədov 4 saylı Naxçıvan şəhər, 11 saylı Qaradağ, 14 saylı Əzizbəyov ikinci, 73 saylı Lənkəran şəhər, 74 saylı Lənkəran kənd və 99 saylı Şəmkir kənd seçki dairələrində seçkilərin nəticələrinə dair məsələ barədə məruzə etmiş və araşdırmaların nəticələri haqqında məlumat vermişdir.
MSK 4 saylı Naxçıvan şəhər seçki dairəsinin 2 saylı seçki məntəqəsi, 11 saylı Qaradağ seçki dairəsinin 2, 17 və 26 saylı seçki məntəqələri, 14 saylı Əzizbəyov ikinci seçki dairəsinin 5 və 12 saylı seçki məntəqələri, 73 saylı Lənkəran şəhər seçki dairəsinin 3, 13, 15 və 26 saylı seçki məntəqələri, 74 saylı Lənkəran kənd seçki dairəsinin 1, 2, 5, 7, 10, 20, 21 və 27 saylı seçki məntəqələri və 99 saylı Şəmkir kənd seçki dairəsinin 1 və 24 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrinə dair protokolllarda yol verilməz düzəlişlər edildiyindən, habelə yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədiyindən həmin məntəqələr üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi haqqında qərarlar çıxarmışdır.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, ABŞ səfirliyinin və Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri, yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Mərkəzi Seçki Komissiyasının
Mətbuat xidməti


[09.11.05]
Noyabrın 9-da Məzahir Pənahovun sədrliyi Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə Komissiyanın katibi Natiq Məmmədov 8 saylı Binəqədi birinci seçki dairəsinin nəticələrinə dair məsələylə bağlı məruzə etmiş və bu dairədə seçkilərin nəticələri ilə bağlı MSK-ya daxil olmuş müraciətlər barədə məlumat vermişdir. Mərkəzi Seçki Komissiyası qərara almışdır ki, 8 saylı Binəqədi birinci seçki dairəsinin 4, 5, 7, 9, 10, 13, 14, 18, 20, 21, 22 və 25 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrinə dair protokollarda yol verilməz düzəlişlər edildiyindən, habelə yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədiyindən həmin məntəqələr üzrə səsvermənin nəticələri etibarsız hesab edilsin.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ABŞ səfirliyinin və Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri, yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Mərkəzi Seçki Komissiyasının
Mətbuat xidməti


[08.11.05]
Noyabrın 8-də Məzahir Pənahovun sədrliyi Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə Komissiyanın sədri 6 noyabr 2005-ci il Milli Məclisə seçkilərin Azərbaycan Respublikasının Seçki Məcəlləsinə və cənab Prezidentin 11 may və 25 oktyabr sərəncamlarının tələblərinə uyğun keçdiyini qeyd etmişdir. O, bildirmişdir ki, bir çox beynəlxalq müşahidəçilər də bəzi qüsurları qeyd etməklə yanaşı seçkilərin ümumilikdə qənaətbəxş səviyyədə keçdiyini vurğulamışlar.
Sonra Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov 31 saylı Suraxanı ikinci və 42 saylı Sumqayıt ikinci seçki dairələrinin nəticələrinə dair məsələylə bağlı məruzə etmiş və bu dariələrdə seçkilərin nəticələri ilə bağlı MSK-ya daxil olmuş müraciətlər barədə məlumat vermişdir. Mərkəzi Seçki Komissiyası 31 saylı Suraxanı ikinci seçki dairəsinin 8, 13, 17, 18, 20, 22, 23, 24, 25 və 28 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrinə dair protokollarda yol verilməz düzəlişlər edildiyindən, habelə yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədiyindən həmin məntəqələr üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi haqqında qərar çıxarmışdır. Həmçinin həmin seçki dairəsi üzrə müvafiq materialların aidiyyəti üzrə araşdırılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi də qərara alınmışdır.
Mərkəzi Seçki Komissiyası 42 saylı Sumqayıt ikinci seçki dairəsi üzrə seçkilərin nəticələri etibarsız hesab edilməsi və həmin seçki dairəsi üzrə müvafiq materiallar aidiyyəti üzrə araşdırılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi haqqında da qərar qəbul etmişdir.
MSK üzvü Ramiz İbrahimov 9 saylı Binəqədi ikinci seçki dairəsində seçkilərin nəticələri və bu dairədə keçirilmiş seçkilərlə bağlı MSK-ya daxil olmuş müraciətlər barədə məlumat vermişdir. Mərkəzi Seçki Komissiyası 9 saylı Binəqədi ikinci seçki dairəsi üzrə seçkilərin nəticələrinin etibarsız hesab edilməsi və həmin seçki dairəsi üzrə müvafiq materiallar aidiyyəti üzrə araşdırılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsini qərara almışdır.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, ABŞ səfirliyinin və Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri, yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Mərkəzi Seçki Komissiyasının
Mətbuat xidməti


[01.11.05]
Noyabrın 1-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə Komissiyanın 29 sentyabr, 5, 8 və 11 oktyabr 2005-ci il tarixli iclaslarının protokolları təsdiq edilmişdir.
Sonra Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov “Seçki komissiyalarına daxil olmuş seçki hüquqlarının pozulması haqqında müraciətlərə baxılması qaydalarına dair Təlimat“layihəsi barədə məlumat vermişdir. MSK həmin sənədin təsdiq edilməsi haqqında qərar çıxarmışdır.
Mərkəzi Seçki Komissiyasının digər katibi Vidadi Mahmudov Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 32/148 saylı, 5 oktyabr 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə iştirak etmək hüququna malik olan Azərbaycan Respublikası vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin səsvermədə istifadə etdikləri şəxsiyyətlərini təsdiq edən sənədlərin Siyahısı”na əlavələr olunmasına dair məsələ barədə məlumat vermişdir. Mərkəzi Seçki Komissiyasının qərarı ilə həmin siyahıya sovet posportu və 9 nömrəli formada arayış da əlavə olunmuşdur.
Komissiya 3 saylı Babək- Kəngərli, 9 saylı Binəqədi ikinci, 58 saylı Hacıqabul – Kürdəmir, 114 saylı Şəki kənd birinci və 120 saylı Cəbaryıl - Qubadlı seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər haqqında qərarlar qəbul etmişdir.
Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlər də müzakirəyə çıxarılmış, həmin müraciətlərdən biri araşdırılmaq üçün müvafiq dairə seçki komissiyasına, biri Daxili İşlər Nazirliyinə, biri isə Bakı Şəhər Baş Polis İdarəsinə göndərilmişdir.
İclasda carı məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, AŞ Venetsiya Komissiyasınlın ekspertləri və Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri, yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Mərkəzi Seçki Komissiyasının
Mətbuat xidməti


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası