. : MƏTBUAT BÜLLETENİ

[27.11.2004]
Noyabrın 27-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov 17 dekabr 2004-cü ilə təyin edilmiş Azərbaycan Respublikasının bələdiyyə seçkilərində ərazisi seçki dairələri arasında bölünmüş bələdiyyələr üzrə səsvermənin yekunlarına dair dairə seçki komissiyaları ptotokollarının tərtib edilməsi məsələsi barədə məlumat vermişdir. Komissiya həmin bələdiyyələr üzrə səsvermənin yekunlarına dair protokolları tərtib edəcək müvafiq dairə seçki komisiyalarını müəyyənləşdirmişdir.
Sonra MSK sədrinin müavini Svetlana Qasımova bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi ilə bağlı məsələni Komissiya üzvlərinin nəzərinə çatdırmışdır. Mərkəzi Seçki Komissiyası 45 saylı Abşeron və 113 saylı Şəki şəhər seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi haqqında qərar çıxarmışdır.
İclasda bələdiyyə seçkiləri ilə bağlı MSK- ya daxil olmuş müraciətlər də müzakirə edilmişdir. Mərkəzi Seçki Komissiyası namizədliklərinin qeydə alınmasından imtina olunmuş 10 nəfər vətəndaşın şikayət ərizəsinə baxmış və onlardan 9 nəfərin namizədliyinin qeydə alınması barədə qərar qəbul etmişdir.
Komissiya cari məsələlərə də baxmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti


[19.11.2004]
Noyabrın 19-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikası ərazisinin bir hissəsinin işğal olunması nəticəsində öz daimi yaşayış yerlərini tərk etməyə məcbur olmuş vətəndaşların 2004-cü il 17 dekabra təyin edilmiş bələdiyyə seçkilərində aktiv seçki hüquqlarının həyata keçirilməsi ilə bağlı məsələ barədə məlumat vermişdir. MSK qərara almışdır ki,
həmin şəxslər məcburi məskunlaşdıqları bələdiyyələrin ərazisində aktiv seçki hüququndan istifadə edə bilərlər.
Sonra 2004-cü il dekabrın 17-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı Komissiyaya daxil olmuş müraciətlər müzakirə edilmişdir. Mərkəzi Seçki Komissiyası namizədliklərinin qeydə alınmasından imtina olunmuş 8 nəfər vətəndaşın şikayət ərizəsinə baxmış və onların namizədliyinin qeydə alınması barədə qərar qəbul etmişdir.
MSK cari məsələlərə də baxmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti


[18.11.2004]
Noyabrın 18-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə MSK sədrinin müavini Svetlana Qasımova, Komissiyanın katibləri Natiq Məmmədov və Vidadi Mahmudov bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi ilə bağlı məsələ barədə məlumat vermişlər. Mərkəzi Seçki Komissiyası 15 saylı Yasamal birinci, 24 saylı Nizami birinci, 25 saylı Nizami ikinci və 48 saylı Yevlax seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi haqqında qərar çıxarmışdır.
İclasda 2004-cü il dekabrın 17-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı Komissiyaya daxil olmuş müraciətlər də müzakirə edilmişdir. Mərkəzi Seçki Komissiyası namizədliklərinin qeydə alınmasından imtina olunmuş 14 nəfər vətəndaşın şikayət ərizəsinə baxmış və onlardan 13 nəfərin namizədliyinin qeydə alınması barədə qərar qəbul etmişdir.
MSK cari məsələlərə də baxmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti


[13.11.2004]
Noyabrın 13-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə MSK sədrinin müavini Svetlana Qasımova bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi məsələsi ilə bağlı məlumat vermişdir. Komissiya 24 saylı Nizami birinci və 29 saylı Səbail seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi barədə qərar çıxarmışdır.
Sonra Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov MSK-ya daxil olmuş müraciətlər haqqında məlumat vermişdir. 33 nəfər vətəndaşin şikayət ərizəsinə baxılmış və onlardan 32 nəfərin namizədliyinin qeydə alınması barədə qərar qəbul edilmişdir.
Komissiya cari məsələlərə də baxmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti


[10.11.2004]
Noyabrın 10-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov 2004-cü il dekabrın 17-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı bəzi seçki sənədlərinin nümunələri haqqında məlumat vermişdir. Mərkəzi Seçki Komissiyası həmin sənədlərin nümunələrini təsdiq etmişdir.
Sonra Komissiyanın digər katibi Vidadi Mahmudov bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi məsələsi ilə bağlı məlumat vermişdir. MSK 30 saylı Suraxanı birinci, 62 saylı Saatlı, 73 saylı Lənkəran şəhər və 114 saylı Şəki kənd seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi barədə qərar çıxarmışdır.
İclasda MSK-ya daxil olmuş müraciətlər də müzakirə edilmişdir. 21 nəfər vətəndaşin şikayət ərizəsinə baxılmış və onlardan 17 nəfərin namizədliyinin qeydə alınması haqqında qərar qəbul edilmişdir.
Komissiya cari məsələlərə də baxmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri və yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti


[08.11.2004]
Noyabrın 8-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov 2004-cü il dekabrın 17-nə təyin edilmiş bələdiyyələrə seçkilərlə əlaqədar seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydası barədə məlumat vermişdir. Komissiya qərara almışdır kı, seçki bülletenləri Azərbaycan Respublikası Milli Məclisi Aparatının mətbəəsində 2004-cü il noyabrın 8-nə olan məlumata görə seçki dairələri üzrə daimi seçici siyahılarındakı 4. 552.662 seçicinin ümumi sayından 3 faiz artıq olmamaqla cəmi 4. 689.201 nüsxə hazırlansın. MSK həmçinin seçki bülletenlərinin mətninin və formasının təsdiqi olunması haqqında qərar qəbul etmişdir.
Sonra bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi ilə bağlı məsələ müzakirə edilmişdir. Mərkəzi Seçki Komissiyası 21 saylı Nəsimi birinci, 25 saylı Nizami ikinci, 45 saylı Abşeron, 49 saylı Yevlax – Mingəçevir və 71 saylı Masallı kənd seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi barədə qərar çıxarmışdır.
İclasda 2004-cü il dekabrın 17-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı Komissiyaya daxil olmuş müraciətlər də müzakirə edilmişdir. Mərkəzi Seçki Komissiyası namizədlklərinin qeydə alınmasından imtina olunmuş 25 nəfər vətəndaşin şikayət ərizəsinə baxmış və onlardan 22 nəfərin namizədliyinin qeydə alınması haqqında qərar qəbul etmişdir.
MSK cari məsələlərə də baxmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri və yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti


[05.11.2004]
Noyabrın 5-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keirilmişdir.
Azərbaycan Respublikasının Milli Məclisinə 19 oktyabr 2004-cü ildə keçirilmiş əlavə seçkilərin yekunlarının yoxlanılması və təsdiqi üçün 24 saylı Nizami birinci, 29 saylı Səbail və 101 saylı Xanlar – Daşkəsən seçki dairələri dairə seçki komissiyalarıının yekun protokollarının onlara əlavə edilmiş sənədlərlə birlikdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim olunması barədə məsələ müzakirəyə çıxarılmışdır. Bu məsələ barədə MSK-nın katibi Natiq Məmmədov məlumat vermişdir. Seçkilərin ümumilikdə qanuna uyğun şəkildə keçirildiyi bildirilmiş, yalnız bir neçə seçki məntəqəsində qanun pozuntularina yol verildiyi qeyd edilmişdir. 24 saylı Nizami birinci seçki dairəsinin 2, 20, 21 və 26 saylı seçki məntəqələrində, 29 saylı Səbail seçki dairəsinin isə 2 , 4, 8 və 20 saylı seçki mənəqələrində Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələbləri pozulmuş və buna görə də Mərkəzi Seçki Komissiyası həmin məntəqələrdə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi barədə qərar çıxarmışdır. Bu seçki məntəqələrindən 29 saylı Səbail seçki dairəsinin ərazisində yerləşən 2 saylı seçki məntəqəsində seçicilərin seçkidə iştirak hüququ pozulduğundan həmin seçki mənətəqəsi məntəqə seçki komissiyasının tərkibinin buraxılması haqqında qərar qəbul edilmişdir.
MSK həmçinin qərara almışdır ki, 24 saylı Nizami birinci və 29 saylı Səbail seçki dairələri dairə seçki komissiyaları sədrlərinin öz vəzifələrinə uyğun gəlmədikləri müəyyən edildiyindən, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 25.2.22-ci maddəsinə əsasən müvafiq komissiyalar tərəfindən həmin məsələyə münasibət bildirilsin.
Müzakirələr zamanı qeyd olunmuşdur ki, sözügedən seçki mənətəqələrində səsvermənin nəticələrinin etibarsız hesab edilməsi səsvermənin ümumi nəticələrinə ciddi təsir göstərmir. Komissiya Azərbaycan Respublikasının Milli Məclisinə 19 oktyabr 2004-cü ildə keçirilmiş əlavə seçkilərin yekunlarının yoxlanılması və təsdiqi üçün 24 saylı Nizami birinci, 29 saylı Səbail və 101 saylı Xanlar – Daşkəsən seçki dairələri dairə seçki komissiyalarıının yekun protokollarının onlara əlavə edilmiş sənədlərlə birlikdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul etmişdir.
İclasda Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri və yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti


[02.11.2004]
Noyabrın 2-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə Komissiya sədrinin müavini Svetlana Qasımova və MSK-nın katibi Vidadi Mahmudov bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi ilə bağlı məsələ barədə məlumat vermişlər. Mərkəzi Seçki Komissiyası 21 saylı Nəsimi birinci, 48 saylı Yevlax şəhər və 95 saylı Tərtər seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi haqqında qərar çıxarmışdır.
Sonra Hüseyn Məmməd oğlu Paşayev Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Komissiyasında məşvərətçi səs hüquqlu komissiya üzvü təsdiq edilmişdir.
MSK-nın digər katibi Natiq Məmmədov 2004-cü il dekabrın 17-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı Komissiyaya daxil olmuş müraciətlər barədə məlumat vermişdir. Mərkəzi Seçki Komissiyası namizədlklərinin qeydə alınmasından imtina olunmuş 28 nəfərin şikayət ərizəsinə baxmış və onların namizədliklərinin qeydə alınması haqqında qərar qəbul etmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT-in Bakı ofisinin təmsilçiləri və yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası