. : MƏTBUAT BÜLLETENİ

 
[27.07.05]
İyulun 27-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə MSK katibi Natiq Məmmədov noyabrın 6-da keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar “Azərbaycan Tərəqqi Alyansı” siyasi partiyalar blokunun Mərkəzi Seçki Komissiyasında qeydə alınmasına dair məsələ barədə məlumat vermişdir. MSK bu blokun qeydə alınması haqqında qərar çıxarmışdır.
Sonra Mərkəzi Seçki Komissiyası bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibinin dəyişdrilməsi haqqında qərarlar qəbul etmişdir.
MSK-nın iclasında cari məsələlər də müzakirə edilmişdir.
Mərkəzi Seçki Komissiyasının iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Mərkəzi Seçki Komissiyasının
Mətbuat xidməti


[24.07.05]
İyulun 24-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə MSK katibi Natiq Məmmədov noyabrın 6-da keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar “Azərbaycançı Qüvvələr” siyasi partiyalar blokunun Mərəkəzi Seçki Komissiyasında qeydə alınması məsələsinə baxılmasına dair məsələ barədə məlumat vermişdir. MSK “Azərbaycançı Qüvvələr” siyasi partiyalar blokunun qeydə alınması haqqında qərar çıxarmışdır. Lakin həmin siyasi partiyalar blokunun emblemi Azərbaycan Respublikası Seçki Məcəlləsinin 51.3-cü maddəsinin tələblərinə cavab vermədiyinə görə təsdiq edilməmişdir. Bloka tövsiyə edilmişdir ki, emblemini Seçki Məcəlləsinin 51.3-cü maddəsinin tələblərinə uyğunlaşdıraraq yenidən Mərkəzi Seçki Komissiyasının təsdiqinə təqdim etsin.
Komissiya “Demokratik Azərbaycan”, “Azərbaycan Naminə” Siyasi Partiyalar blokunun Mərkəzi Seçki Komissiyasında qeydə alınması haqqında da qərarlar çıxarmışdır.
MSK-nın digər katibi Vidadi Mahmudov isə “Azərbaycan Respublikasında daimi yaşayan, vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə iştirakına dair Təlimat”ın layihəsi barədə məlumat vermişdir. Mərkəzi Seçki Komisssiyası bu Təlimatın təsdiq olunması haqqında qərar qəbul etmişdir.
Komissiya “Müşahidə aparmaq üçün qanuna müvafiq olaraq Mərkəzi Seçki Komissiyasına müraciət etmiş şəxslərin müşahidəçi kimi qeydə alınması məsələsinə də baxmış və qərara almışdır ki, Seçki Məcəlləsinin 40-cı maddəsinə əsasən seçkilərdə müşahidə aparmaq üçün qanuna müvafiq olaraq Mərkəzi Seçki Komissiyasına müraciət etmiş şəxslər müşahidəçi kimi qeydə alınsınlar.
Sonra Mərkəzi Seçki Komissiyası bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibinin dəyişdrilməsi haqqında qərarlar qəbul etmişdir.
MSK-nın iclasında cari məsələlər də müzakirə edilmişdir.
Mərkəzi Seçki Komissiyasının iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Mərkəzi Seçki Komissiyasının
Mətbuat xidməti


[21.07.05]
İyulun 21-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvəlcə Komissiyanın sədri 22 iyul Milli Mətbuatın 130 illiyi münasibətilə mətbuat nümayənədlərini təbrik etmiş, onların hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda oynadıqları əhəmiyyətli roldan danışmışdır.
Sonra MSK katibi Natiq Məmmədov 2005-ci il noyabrın 6-da keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar “İslahat” siyasi partiyalar blokunun Mərkəzi Seçki Komissiyasında qeydə alınması məsələsinə baxılması haqqında məlumat vermişdir. Komissiya həmin blokun qeydə alınması haqqında qərar qəbul etmişdir. MSK “Azadlıq” və “Yeni Siyasət” siyasi partiyalar bloklarının da qeydiyyat məsələsini müsbət həll etmişdir.
Mərkəzi Seçki Komissiyasının katibi Vidadi Mahmudov isə “Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə seçki bülletenlərinin, onların qoyulması üçün istifadə olunan zərflərin və seçki komissiyalarının səsvermə protokollarının hazırlanması, dairə və məntəqə seçki komissiyalarına verilməsi qaydaları haqqında Təlimat”ın layihəsi haqqında məlumat vermiş və Komissiya bu Təlimatı layihəsinin təsdiq edilməsi barədə qərar çıxarmışdır.
Mərkəzi Seçki Komissiyası “Seçici vəsiqələrinin verilməsi qaydası haqqında Təlimat”ın və “Seçki komissiyalarının məşvərətçi səs hüquqlu üzvlərinin statusu haqqında Təlimat”ın layihəsini də təsdiq etmişdir.
Komissiya bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi haqqında da qərar çıxarmışdır.
Cari məsələlərin müzakirəsi zamanı MSK nəzdində “Seçkilər” İnformasiya Mərkəzinin direktoru İqbal Babayev Mərkəzi Seçki Komissiyasının internet ünvanında yerlşdirilmiş məlumatlardan danışmış, bildirmişdir ki, maraqlananlar seçicilərin sayı, seçki dariələrinin hüdudları, seçki məntəqlərinin ünvanları haqqında və s. məlumatları bu ünvandan əldə edə bilərlər.
Mərkəzi Seçki Komissiyasının iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri, kütləvi informasiya vasitələrinin nümayəndələri uiştirak etmişlər.

Mərkəzi Seçki Komissiyasının
Mətbuat xidməti


[12.07.05]
İyulun 12-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə Komissiyanın sədr müavini Svetlana Qasımova hüdudlarında qismən dəyişikliklər edilmiş seçki dairələrinin sxeminin təsdiq olunmasına dair məsələ barədə məlumat vermişdir. MSK həmin seçki dairələrinin sxeminin təsdiq olunması haqqında qərar qəbul etmişdir.
Sonra Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov “Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçkilərində vəkil edilmiş şəxslərim statusu haqqında Təlimat”ın layihəsi barədə məlumat vermişdir. Komissiya həmin sənədin təsdiq edilməsi haqqında qərar çıxarmışdır.
MSK “Azərbaycan Respublikasının Milli Məclisi deputatlığına namizədin, siyasi partiyaların və siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinin statusu haqqında Təlimat”ın da layihəsini təsdiq etmişdir.
Komissiya bəzi seçki dairələri dairə seçki komissiyalarınını tərkibində dəyişiklik edilməsi haqqında qərarlar qəbul etmişdir.
İclasda carı məsələlər də müzakirə edilmişdir.
Mərkəzi Seçki Komissiyasının iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri, yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Mərkəzi Seçki Komissiyasının
Mətbuat xidməti


[08.07.05]
İyulun 8-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə Mərkəzi Seçki Komissiyasının 30 may, 4 iyun, 18 iyun və 22 iyun 2005-ci il tarixli iclas protokollarının təsdiq edilməsi haqqında qərar qəbul olunmuşdur.
Sonra MSK katibi Natiq Məmmədov “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə xüsusi seçki hesablarının açılmasının və aparılmasının uçotu, hesabatı qaydası, habelə namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçki fonduna vəsaitin daxil olması və xərclənməsi qaydaları haqqında Təlimat”ın layihəsi barədə məlumat vermişdir. Komissiya həmin sənədin təsdiq olunması haqqında qərar şıxarmışdır.
“Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanmasına və keçirilməsinə dövlət büdcəsindən ayrılan maliyyə vəsaitlərinin seçki komissiyaları arasında bölüşdürülməsi, göstərilən vəsaitlərdən təyinatı üzrə istifadəyə nəzarət edilməsi qaydaları haqqında Təlimat”ın layihəsi barədə isə Mərkəzi Seçki Komissiyasının digər katibi Vidadi Mahmudov məlumat vermişdir. MSK bu Təlimatın da təsdiqi haqqında qərar qəbul etmişdir.
İclasda Mərkəzi Seçki Komissiyasının 23 iyun 2004-cü il tarixli 06/44 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə seçicilərin təşəbbüs qruplarının yaradılması, vətəndaşın öz təşəbbüsü və ya seçicilərin təşəbbüs qrupunun deputatlığa namizədi irəli sürmələrinin qaydaları haqqında Təlimat”ın qüvvədən düşməsi barədə də qərar çıxarılmışdır.
Bundan başqa, MSK bəzi seçki dairələri dairə seçki komissiyalarınını tərkibində dəyişiklik edilməsi haqqında qərarlar qəbul etmişdir.
Komissiyanın iclasında carı məsələlər də müzakirə edilmişdir.
İclasda Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri, yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Mərkəzi Seçki Komissiyasının
Mətbuat xidməti


[05.07.05]
İyulun 5-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə Komissyanın sədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iyulun 4-də Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin təyin edilməsi ilə bağlı sərəncam imzaladığını MSK üzvlərinin diqqətinə çatdırmışdır. Sonra o, gündəlikdəki məsələ – Üçüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planının təsdiq edilməsi haqqında məlumat vermişdir. Təqvim Planı Komissiya üzvlərinin təklifləri nəzərə alınmaqla təsdiq edilmişdir.
MSK- nın iclasında cari məsələlər də müzakirə olunmuşdur.
Mərkəzi Seçki Komissiyasının iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri, yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti


[04.07.05]
İyulun 4-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə MSK katibi Natiq Məmmədov bəzi seçki dairələrinin adları, sayı və dairə seçki komissiyalarının tərkibinə dair məsələ barədə məlumat vermişdir. Komissiya bu məsələnin təsdiq olunması barədə qərar qəbul etmişdir.
Komissiyanın katibi Natiq Məmmədov “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə seçicilərin təşəbbüs qruplarının yaradılması, vətəndaşların öz təşəbbüsü və ya seçicilərin təşəbbüs qrupunun deputatlığa namizədi irəli sürmələri haqqında Təlimat” layihəsi barədə də məlumat vermişdir. Mərkəzi Seçki Komissiyası həmin təlimatı təsdiq etmişdir.
MSK-nın digər katibi Vidadi Mahmudov isə “Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə könüllü qeydiyyat depozitinin köçürülməsi və qaytarılması qaydaları haqqında Təlimat”ın layıhəsi haqqında məlumat vermiş, Mərkəzi Seçki Komissiyası bu sənədin təsdiq olunması barədə qərar çıxarmışdır.
MSK həmçinin “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə siyasi partiyalar blokunun qeydə alınması, namizədlərin siyasi partiyalar və siyasi partiyalar blokları tərəfindən irəli sürülməsi qaydası haqqında Təlimat”ı, “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə təsdiq edilmiş deputatlığa namizədlərin qeydə alınması üçün dairə seçki komissiyalarına təqdim olunmuş seçki sənədlərində və imza vərəqləqrindəki məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə müvafiq dairə seçki komissiyası tərəfindən yaradılmış işçi qrupunun Əsasnaməsi”ni, “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə imza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının təqdim etdikləri sənədlərdə və imza vərqələrində olan məlumatların düzgünlüyünün müvafiq seçki komissiyaları tərəfindən yoxlanılması Qaydaları”nı, “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədin gəlirlərinin miqdarı və mənbəyi, əmlakı barədə məlumatın toplanması Qaydası”nı, Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədlərin müdafiəsi üçün imzaların toplanmasından ötrü imza vərəqələrinin verilməsi haqqında Aktı, “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər zamanı təsdiq edilmiş deputatlığa namizədin müdafiəsi üçün seçici imzalarının toplanması və dairə seçki komissiyasına təqdim edilməsi haqqında Təlimat”ı yeni redaksiyada, “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə beynəlxalq (xarici) müçahidəçilərin fəaliyyət qaydaları haqqında Təlimat”ı və “Azərbaycan Respublikası vətəndaşının Milli Məclisə seçkilərdə müşahidə aparması qaydaları haqqında Təlimat”ı təsdiq etmişdir.
Bundan başqa, “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə namizədin özü, seçicilərin təşəbbüs qrupu, siyasi partiya və siyasi partiyalar bloku tərəfindən deputatlılğa namizədliyi irəli sürülmüş namizədin müdafiəsi üçün seçici imzalarının toplanması haqqında Yekun Protokolunun və imza vərəqələrindəki imzaların düzgünlüyünün yoxlanılması barədə Akt nümunəsinin qüvvədən düşməsi haqqında da qərarlar qəbul edilmişdir.
Sonra Mərkəzi Seçki Komissiyası 3 saylı Babək – Kəngərli, 14 saylı Əzizbəyov ikinci və 87 saylı Ağsu – İsmayıllı seçki dairələri dairə seçki komissiyalarının tərkibinin dəyişdrilməsi haqqında qərar çıxarmışdır.
Komissiyanın iclasında cari məsələlər də müzakirə edilmişdir.
Mərkəzi Seçki Komissiyasının iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun, Yaponiya səfirliyinin təmsilçiləri, yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası