[23.07.04]
İyulun 23-də Məzahir Pənahovun sədrliyi ilə
Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
İclasın gündəliyindəki ilk məsələ üzrə çıxış
edən Mərkəzi Seçki Komissiyasının katibi Natiq
Məmmədov 24 saylı Nizami birinci seçki dairəsi
dairə seçki komissiyasının tərkibində dəyişiklik
edilməsi barədə məlumat vermiş və MSK Amanov
Pərviz Məcid oğlunun 24 saylı Nizami birinci
seçki dairəsi dairə seçki komissiyasının üzvü
vəzifəsindən vaxtından əvvəl azad olunması barədə
qərar qəbul etmişdir. Komissiyanın digər qərarı
ilə həmin vəzifəyə Rəhimov Yalçın Qəzənfər oğlu
təyin edilmişdir.
Mərkəzi Seçki Komissiyasının üzvü Azər Tağıyev
Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə
əlaqədar olaraq bəzi sənəd nümunələrinin - Azərbaycan
Respublikasının Milli Məclisinə seçkilərdə respublikanın
bütün ərazisində müşahidə aparmaq niyyətində
olan vətəndaşın ərizəsinin və Milli Məclisə
seçkilərdə seçki dairəsinin ərazisində müşahidə
aparmaq niyyətində olan vətəndaşın ərizəsinin,
habelə deputatlığa namizədin qeydiyyat vəsiqəsinin
formalarının təsdiq edilməsi barədə məlumat
vermişdir.
Mərkəzi Seçki Komissiyası bu sənəd nümunələrinin
təsdiq edilməsi haqqında qərar çıxarmışdır.
İclasda cari məsələlər də müzakirə olunmuşdur.
Mərkəzi Seçi Komissiyasının iclasında yerli
və xarici kütləvi informasiya vasitələrinin
nümayəndələri də iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti
[06.07.04]
İyulun 6-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi
Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə Komissiyanın sədri təşkilati məsələ
barədə məlumat verərək bildirmişdir ki, Mərkəzi
Seçki Komissiyasının sabiq katibi İnqilab Nəsirov
Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinin
hakimi təyin edilməsi ilə əlaqədar olaraq Azərbaycan
Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının üzvülüyündən
azad edilmiş və onun yerinə Natiq Seyfulla oğlu
Məmmədov MSK-nın üzvü təyin olunmuşdur. Sonra
Mərkəzi Seçki Komissiyası İ.Nəsirovun MSK katibi
vəzifəsindən azad olunması haqqında qərar qəbul
etmişdir. Bu vəzifəyə Natiq Məmmədovun namizədliyi
irəli sürülmüş və o, Mərkəzi Seçki Komissiyasının
katibi seçilmişdir.
Mərkəzi Seçki Komissiyası sədrinin müavini Svetlana
Qasımova 3 saylı Babək - Şərur seçki dairəsinin
adının dəyişdirilərək, 3 saylı Babək - Kəngərli
seçki dairəsi adlandırılması təklifi ilə çıxış
etmişdir. Komissiya üzvləri həmin dairə seçki
komissiyasının adında dəyişiklik edilməsi barədə
qərar çıxarmışlar.
İclasın sonunda cari məsələlərə baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında Seçki
Sistemləri üzrə Beynəlxalq Fondun, yerli və
xarici kütləvi informasiya vasitələrinin nümayəndələri
iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
Mətbuat xidməti
[02.07.04]
İyulun 2-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi
Seçki Komissiyasının iclası keçirilmişdir.
Mərkəzi Seçki Komissiyasının 25 may, 21 iyun
və 23 iyun 2004-cü il tarixli iclaslarının protokolları
təsdiq olunduqdan sonra MSK üzvü Azər Tağıyev
Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə
bağlı sənəd nümunələrinin layihələri barədə
məlumat vermişdir. Komissiya həmin nümunələrin
təsdiq olunması haqqında qərar qəbul etmişdir.
Mərkəzi Seçki Komissiyasının üzvü Ramiz İbrahimov
Milli Məclisə seçkilərdə irəli sürülməsi dairə
seçki komissiyasında təsdiq edilmiş deputatlığa
namizədin müdafiəsi üçün seçici imzalarının
toplanması və müvafiq dairə seçki komissiyasına
təqdim edilməsi qaydaları haqqında Təlmiatın
layihəsi barədə məlumat vermişdir. MSK bu sənədin
təsdiq olunması barədə qərar çıxarmışdır.
MSK sədrinin müavini Svetlana Qasımova 24 saylı
Nizami birinci, 29 saylı Səbail və 101 saylı
Xanlar - Daşkəsən seçki dairələrində Azərbaycan
Respublikasının Milli Məclisinə əlavə seçkilərə
hazırlıqla bağlı keçiriləcək seminarın gündəliyi
barədə məlumat vermişdir. Mərkəzi Seçki Komissiyası
seminarın gündəliyini təsdiq etmişdir.
İclasın sonunda cari məsələlər müzakirə olunmuşdur.
Mərkəzi Seçki Komissiyasının iclasında Seçki
Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri,
yerli və xarici küiləvi informasiya vasitələrinin
nümayəndələri iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
Mətbuat xidməti