[10.02.2005]
Fevralın 10-da Məzahir Pənahovun sədrliyi ilə
Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə MSK katibi Natiq Məmmədov Azərbaycan
Respublikasında seçkilərin keçirilməsi ilə bağlı
seçki sənədlərinin mühafizəsi və arxivə verilməsi
qaydaları haqqında Təlimatın layihəsi barədə
məlumat vermişdir. Komissiya həmin Təlimatın
təsdiqi edilməsi haqqında qərar çıxarmışdır.
Sonra MSK-nın digər katibi Vidadi Mahmudov seçici
vəsiqəsinin nümunəsi haqqında məlumat vermişdir.
Mərkəzi Seçki Komissiyası seçici vəsiqəsinin
nümunəsini təsdiq etmişdir.
İclasda Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyası haqqında Əsasnaməyə əlavə edilməsi
haqqında da qərar qəbul olunmuşdur.
Komissiya bəzi seçki dairələri dairə seçki komissiyalarının
tərkibində dəyişikliklər olunması barədə qərarlar
qəbul etmişdir.
Sonra cari məsələlərə baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında Seçki
Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri,
yerli kütləvi informasiya vasitələrinin nümayəndələri
iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti