[14.12.2005]
Dekabrın 14-də Məzahir Pənahovun sədrliyi ilə
Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə MSK sədri Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin nəticələri etibarsız
hesab olunmuş 10 seçki dairəsində təkrar seçkilərin
təyin olunması barədə 9 dekabr 2005-ci ildə
Sərəncam imzaladığlını diqqətə çatdırmışdır.
Sonra o, gündəlikdəki birinci məsələ - Mərkəzi
Seçki Komissiyasınınљ 18 oktyabr, 19 oktyabr,
23 oktyabr, 24 oktyabr, 26 oktyabr, 29 oktyabr,
1 noyabr, 4 noyabr, 6 noyabr, 8 noyabr, 9 noyabr
və 10 noyabr 2005-ci il tarixli iclaslarının
protokollarının təsdiq edilməsinə dair məsələ
barədə məlumat vermişdir. Komissiya həmin iclasların
protokollarını təsdiqləmişdir.
MSK–nın katibi Natiq Məmmədov üçüncü çağırış
Azəarbaycan Respublikasının Milli Məclisinə
9 saylı Biniəqədi ikinci, 31 saylı Suraxanı
ikinci, 38 saylı Nizami ikinci(Gəncə), 42 saylı
Sumqayıt ikinci, 44 saylı Sumqayıt – Abşeron,
69 saylı Cəlalabad- Masallı-Biləsuvar, 103 saylı
Gədəbəy, 106 saylı Tovuz-Qazax-Ağstafa, 110
saylı Zaqatala və 119 sağlı Ağdam kənd seçki
dairələrində təkrar seçkilərin hazırlanıb keçirilməsi
üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planının
layihəsini Mərkəzi Seçki Komissiyasının müzakirəsinə
təqdim etmişdir. Komissiya Təqvim Planı layihəsinin
əsas kimi təsdiqlənməsi haqqında qərar qəbul
etmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında Seçki
Sistemləri üzrə Beynəlxalq Fondun, ABŞ səfirliyinin
təmsilçiləri, kütləvi informasiya vasitələrinin
nümayəndələri iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti