[27.08.05]
Avqustun 27-də Məzahir Pənahovun sədrliyi ilə
Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə bəzi seçki dairələri dairə seçki komissiyalarının
tərkibinin dəyişdirilməsi haqqında məsələ müzakirəyə
çıxarılmışdır. Bu məsələ ilə bağlı Komissiya
sədrinin müavini Svetlana Qasımova və MSK katibi
Vidadi Mahmudov məlumat vermişlər. Mərkəzi Seçki
Komissiyası bəzi seçki dairələri dairə seçki
komissiyalarının tərkibində dəyişiklik edilməsi
barədə qərarlar çıxarmışdır.
Sonra Mərkəzi Seçki Komissiyasına daxil olmuş
müraciətlərə baxılmışdır. Müraciətlərin birinin
Azərbaycan Respublikasının Baş Prokurorluğuna,
ikisinin Naxçıvan Muxtar Respublikasının Prokurorluğuna,
birinin isə Bakı Şəhəri Prokurorluğuna xüsusi
qaydada araşdırılması üçün göndərilməsi barədə
qərarlar qəbul edilmişdir. Digər müraciətlər
ilkin araşdırma aparlması üçün müvafiq dairə
seçki komissiyalarına göndərilmişdir.
MSK-nın iclasında cari məsələlər də müzakirə
edilmişdir.
İclasda ATƏT-in Demokratik Təsisatlar və İnsan
Hüquqları Bürosunun ekspertləri, kütləvi informasiya
vasitələrinin nümayəndələri iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti
[23.08.05]
Avqustun 23-də Məzahir Pənahovun sədrliyi ilə
Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə bəzi seçki dairələri dairə seçki komissiyalarının
tərkibinin dəyişdirilməsi haqqında məsələ müzakirəyə
çıxarılmışdır. Bu məsələ barədə MSK sədrinin
müavini Svetlana Qasımova, Komissiyanın katibləri
Natiq Məmmədov və Vidadi Mahmudov məlumat vermişlər.
Mərkəzi Seçki Komissiyası bəzi seçki dairələri
dairə seçki komissiyalarının tərkibində dəyişiklik
edilməsi barədə qərarlar çıxarmışdır.
Sonra Mərkəzi Seçki Komissiyasına daxil olmuş
müraciətlərə baxılmışdır. Müraciətlərdən 5-i
ilkin araşdırma üçün müvafiq dairə seçki komissiyalarına
göndərilmişdir.
MSK-nın iclasında cari məsələlər də müzakirə
edilmişdir.
İclasda ATƏT-in Demokratik Təsisatlar və İnsan
Hüquqları Bürosunun ekspertləri, ABŞ səfirliyinin
və Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri,
kütləvi informasiya vasitələrinin nümayəndələri
iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti
[15.08.05]
Avqustun 15-də Məzahir Pənahovun sədrliyi ilə
Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə Komissiyanın 4 iyul, 5 iyul, 8 iyul,
12 iyul, 21 iyul, 24 iyul və 27 iyul 2005-ci
il tarixli iclas protokolları təsdiq edilmişdir.
Sonra MSK katibi Natiq Məmmədov 2005-ci il noyabrın
6-da keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar
“Birlik” siyasi partiyalar blokunun Mərkəzi
Seçki Komissiyasında qeydə alınması məsələsi
barədə məlumat vermişdir. Mərkəzi Seçki Komissiyası
həmin siyasi partiyalar blokunun qeydiyyata
alınması haqqında qərar çıxarmışdır.
Komissiyanın digər katibi Vidadi Mahmudov isə
“Hərbi qulluqçuların Azərbaycan Respublikası
Milli Məclisinə seçkilərdə iştirakına dair Təlimat”ın
layihəsi barədə məlumat vermişdir. MSK bu Təlimatın
təsdiqi haqqında qərar qəbul etmişdir.
Mərkəzi Seçki Komissiyası bəzi seçki dairələri
dairə seçki komissiyalarının tərkibində dəyişikliklər
etmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.
Komissiyanın iclasında Seçki Sistemləri üzrə
Beynəlxalq Fondun , ABŞ səfirliyinin təmsilçiləri,
yerli və xarici kütləvi informasiya vasitələrinin
nümayəndələri iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
Mətbuat xidməti
[12.08.05]
Avqustun 12-də Məzahir Pənahovun sədrliyi ilə
Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə MSK katibi Natiq Məmmədov 122 saylı
Xankəndi seçki dairəsi dairə seçki komissiyasının
fəaliyyətə başlamasına dair məsələ barədə məlumat
vermişdir. Mərkəzi Seçki Komissiyası 122 saylı
Xankəndi seçki dairəsi dairə seçki komissiyasının
fəaliyyətə başlaması, həmin dairə seçki komissiyasının
üzvlərinin təyin edilməsi haqqında qərar çıxarmışdır.
MSK həmçinin sözügedən dairə seçki komissiyasına
tapşırmışdır ki, seçki dairəsinin mərkəzi ilə
bağlı qısa müddətdə Mərkəzi Seçki Komissiyasına
təklif versin.
Sonra MSK üçüncü çağırış Azərbaycan Respublikasının
Milli Məclisinə seçkilərdə 122 saylı Xankəndi
seçki dairəsi dairə seçki komissiyasının fəaliyyətə
başlaması ilə əlaqədar həmin seçki dairəsinin
seçicilərinə Müraciətin layihəsini təsdiq etmişdir.
İclasda 2005-ci il noyabrın 6-da keçiriləcək
Milli Məclisə seçkilərlə əlaqədar “Azərbaycançı
Qüvvələr” siyasi partiyalar blokunun embleminin
təsdiq edilməsi məsələsinə də baxılmış və həmin
siyasi partiyalar blokunun embleminin təsdiqi
barədə qərar qəbul edilmişdir.
Mərkəzi Seçki Komissiyasının katibi Vidadi Mahmudov
səsvermə gününədək seçki komissiyalarının iclaslarını
müşahidə etmək istəyən şəxslərə xüsusi icazənin
verilməsi məsələsi barədə məlumat vermişdir.
Komissiya qərara almışdır ki, səsvermə gününədək
seçki komissiyalarının iclasını müşahidə etməık
üçün xüsusi icazə almaqdan ötrü qanuna müvafiq
olaraq Mərkəzi Seçki Komissiyasına müraciət
etmiş şəxslərin müraciətləri təmin edilsin və
hər seçki komissiyası üçün xüsusui icazə almış
müşahidəçilərin sayı 10 nəfərdən artıq olduqda
MSK tərəfindən həmin şəxslər arasında püşkatma
keçirilsin.
İclasda Mərkəzi Seçki Komissiyasına daxil olmuş
müraciətlərə də baxılmış, müvafiq qərarlar qəbl
edilmişdir.
MSK bəzi seçki məntəqələrinin yenidən təşkil
edilməsi haqqında da qərar cıxarmışdır .
Sonra Mərkəzi Seçki Komissiyası bəzi seçki dairələri
dairə seçki komissiyalarının tərkibinin dəyişdrilməsi
haqqında qərarlar qəbul etmişdir.
MSK-nın iclasında cari məsələlər də müzakirə
edilmişdir.
Mərkəzi Seçki Komissiyasının iclasında Seçki
Sistemləri üzrə Beynəlxalq Fondun, ABŞ səfirliyinin
təmsilçiləri, kütləvi informasiya vasitələrinin
nümayəndələri iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
Mətbuat xidməti