.:MƏTBUAT BÜLLETENİ

[28.08.04]
Avqustun 28-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
İclasın gündəliyi təsdiq olunduqdan sonra Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov bələdiyyə seçkilərinin hazırlanması və keçirilməsinə dövlət büdcəsindən ayrılan maliyyə vəsaitlərinin seçki komissiyaları arasında bölüşürülməsi, göstərilən vəsaitlərdən təyinatı üzrə istifadəyə, qeydə alınmış bələdiyyə üzvlüyünə namizədlərin seçki fondlarına daxil olmuş vəsailərdən istifadəyə nəzarət edilməsi qaydaları haqqında Təlimatın layihəsi barədə məlumat vermişdir. MSK bu Təlimat layihəsinin təsdiq edilməsi barədə qərar çıxarmışdır.
Komissiya bələdiyyə seçkilərində xüsusi seçki hesablarının açılmasının və aparılmasının uçotu, hesabatı qaydası, habelə namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçki fonduna vəsaitin daxil olması və xərclənməsi qaydaları haqqında Təlimatın layihəsini müzakirə etmiş və bu sənədi də təsdiqləmişdir.
MSK katibi Vidadi Mahmudov bələdiyyə seçkilərində qeydiyyatdançıxma vəsiqəsindən istifadə edilməsiniə dair İzahın layihəsi barədə məlumat vermişdir. Mərkəzi Seçki Komissiyası İzah layihəsinin təsdiqi barədə qərar qəbul etmişdir.
Bələdiyyə üzvlüyünə namizədin gəlirlərinin miqdarı, mənbələri, mülkiyyəti və əmlakları barədə məlumatın toplanması Qaydası layihəsi də MSK-nın iclasında müzakirəyə çıxarılmış və təsdiq edilmişdir.
Azərbaycan Respublikasında bələdiyyələrə seçkilərdə bəzi seçki sənədləri nümunələrinin layihələri Komissiyanın müzakirəsinə verilmişdir. Mərkəzi Seçki Komissiyası həmin nümunələrin layihələrini təsdin etmişdir.
İclasda təşkilati məsələlərə də baxılmışdır. Mərkəzi Seçki Komissiyası sədrinin müavini Sveitlana Qasımova 34 saylı Xətai ikinci, 35 saylı Xətai üçüncü və 49 saylı Yevlax- Mingəçevir seçki dairələri dairə seçki komissiyalarının, MSK katibi Natiq Məmmədov isə 17 saylı Yasamal üçüncü və 55 saylı Xaçmaz şəhər seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi təklifi ilə çıxış etmişlər. Komissiya sözügedən seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik barədə təklifləri bəyənmişdir.
MSK cari məsələləri də müzakirə etmişdir.
Mərkəzi Seçki Komissiyasının iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri, yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti


[25.08.04]
Avqustun 25-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə Mərkəzi Seçki Komissiyasının 30 iyul və 7 avqust 2004-cü il tarixli iclaslarının rrotokolları təsdiq edilmişdir.
Sonra MSK katibi Natiq Məmmədov bələdiyyə seçkilərində bələdiyyə üzvlüyünə namizədə, namizədin, siyasi partiyanın, siyasi rartiyalar blokunun səlahiyyətli nümayəndələrinə dairə seçki komissiyası tərəfindən imza vərəqələrinin verilməsi Qaydaları layihəsinin təsdiq edilməsi təklifi ilə çıxış etmişdir. Komissiya həmin sənədin təsdiq edilməsi haqqında qərar çıxarmışdır.
Mərkəzi Seçki Komissiyasının katibi Vidadi Mahmudov bələdiyyə seçkilərində seçicilərin təşəbbüs qrurlarının yaradılması və namizədin irəli sürülməsi qaydaları haqqında Təlimatın layihəsi barədə məlumat vermişdir. MSK bu təlimatın təsdiq olunması barədə qərar qəbul etmişdir. Komissiya bələdiyyələrə seçkilərdə bəzi seçki sənədlərinin nümunələrini də təsdiq etmişdir.
Mərkəzi Seçki Komissiyası sədrinin müavini Svetlana Qasımova 10 saylı Binəqədi üçüncü seçki dairəsi və 103 saylı Gədəbəy seçki dairəsi dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi barədə təklif vermişdir. MSK həmin seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi barədə qərar qəbul etmişdir.
Sonra Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılmış və müvafiq qərarlar çıxarılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri, yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti


[19.08.04]
Avqustun 19-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə MSK sədrinin müavini Svetlana Qasımova Azərbaycan Resrublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi ilə əlaqədar seminar
- müşavirənin gündəlyinin təsdiq edilməsi barədə məlumat vermişdir. Komissiya seminar - müşavirənin avqustun 24-nə təyin olunması haqqında qərar qəbul etmişdir.
Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov Azəbaycan Resrublikasında bələdiyyə seçkiləri ilə əlaqədar bəzi seçki sənədləri nümunələrinin hazırlanması barədə məlumat vermişdir. MSK həmin sənəd nümunələrini təsdiq etmişdir.
Komissiya 29 saylı Səbail, 48 saylı Yevlax, 96 saylı Goranboy-Naftalan və 110 saylı Zaqatala seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər etmişdir.
Mərkəzi Seçki Komisiyasının katibi Vidadi Mahmudov Milli Məclisə seçkilərlə bağlı bəzi seçki sənədləri nümunələrinin təsdiq olunması barədə təkliflə çıxış etmiş və Komissiya həmin nümunələri təsdiqləmişdir.
MSK üzvü Azər Tağıyev Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqatın ararılması üçün qeydə alınmış namizədlər arasında teleradio verilişlərində efir vaxtlarının, eləcə də dövri nəşrlərin səhifələrində yerlərin ayrılması üçün dairə seçki komissiyaları tərəfindən keçirilən rüşkatmanın qaydasının təsdiq edilməsi haqqında məlumat vermişdir. Mərkəzi Seçki Komissiyası bu qaydanın təsdiq edilməsi haqqında qərar qəbul etmişlər.
İclasda Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılmışdır.
MSK-nın iclasında cari məsələlər də müzakirə edilmişdir.
Mərkəzi Seçki Komissiyasının iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun, ABŞ səfirliyinin təmsilçiləri, yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti


[17.08.04]
Avqustun 17-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə Komissiya sədri Azərbaycan Respublikası bələdiyyələrinə yeni seçkilərin tarixinin təyin edilməsi məsələsini müzakirəyə çıxarmışdır. Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkilərinin 2004-cü il dekabrın 17-nə təyin olunması haqqında qərar qəbul etmişdir.
Sonra MSK katibi Natiq Məmmədov bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim panının təsdiq edilməsi barədə məlumat vermişdir. Təqvim planı Komissiya üzvləri tərəfindən təsdiq olunmuşdur.
Mərkəzi Seçki Komissiyasının katibi Vidadi Mahmudov bələdiyyə üzvlüyünə namizədlərin müdafiəsi üçün seçici imzalarının toplanması ilə bağlı imza vərəqələri nümunələrinin təsdiq olunması barədə təkliflə çıxış etmişdir. Komissiya bu sənəd nümunələrini təsdiq etmişdir.
Mərkəzi Seçki Komissiyasının iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun, ABŞ səfirliyinin, yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası