[09.04.2005]
Aprelin 9-da Məzahir Pənahovun sədrliyi ilə
Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə MSK-nın katibi Natiq Məmmədov 71 saylı
Laçın – Kəlbəcər seçki dairəsindən Azərbaycan
Respublikasının Milli Məclisinə deputat seçilmiş
Elbrus Halay oğlu Təhməzovun deputat mandatından
məhrum edilməsi məsələsi barədə məlumat vermişdir.
Komissiya E. H. Təhməzovun deputet mandatından
məhrum edilməsi haqqında qərar çıxarmışdır.
Sonra Mərkəzi Seçki Komissiyası 81 saylı Beyləqan,
92 saylı Zərdab – Ucar, 109 saylı Balakən, 111
saylı Zaqatala – Balakən və 119 saylı Ağdam
kənd seçki dairələri dairə seçki komissiyalarının
tərkibində dəyişikliklər olunması barədə qərarlar
qəbul etmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında yerli
kütləvi informasiya vasitələrinin nümayəndələri
iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti