[27.10.2003]
Oktyabrın 27-də Məzahir Pənahovun sədrliyi ilə
Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Komissiya sədri MSK üzvlərini cənab İlham
Heydər oğlu Əliyevin Milli Məclisin deputatı
səlahiyyətlərinə xitam verilməsi haqqında
məlumatlandıraraq qeyd etmişdir ki, cənab
İlham Heydər oğlu Əliyev Azərbaycan Respublikasının
baş naziri seçildikdən sonra deputat səlahiyyətlərinə
xitam verilməsi barədə Mərkəzi Seçki Komissiyasına
müraciət etmişdir. Komissiya cənab İlham Heydər
oğlu Əliyevin Milli Məclisin deputatı səlahiyyətlərinə
xitam verilməsi barədə qərar qəbul etmişdir.
Sonra Mərkəzi Seçki Komissiyasının katibi
İnqilab Nəsirov Komissiya üzvlərini Azərbaycan
Respublikasının Milli Məclisinə Yeni Azərbaycan
Partiyasının təqdim etdiyi vahid namizədlər
siyahısından çıxmış deputatın yerinə həmin
siyahıda növbəti gələn Asif Ağalar oğlu İmaməliyevin
Milli Məclisin deputatı kimi təsdiq edilməsi
və ona deputat mandatının verilməsi barədə
məlumatlandırmışdır. Bu məsələnin müsbət həlli
barədə qərar qəbul olunmuşdur.
İclasda Mərkəzi Seçki Komissiyası üzvlərinin
15 oktyabr 2003-cü il Azərbaycan Respublikası
Prezidentinin seçkilərinin təşkili ilə bağlı
gərgin əməyi qeyd olunmuş və Komissiya üzvlərinin
mükafatlandırılması barədə qərar qəbul edilmişdir.
Komissiyaya daxil olmuş müraciətlər də müzakirə
edilmiş və bu müraciətlərin nəzərə alınması
haqqında qərar qəbul olunmuşdur.
Mərkəzi Seçki Komissiyasının iclasında Milli
Demokratiya İnstitutu, Seçki Sistemləri üzrə
Beynəlxalq Fondun (İFES), Yaponiya səfirliyinin
təmsilçiləri, yerli və xarici kütləvi informasiya
vasitələrinin nümayəndələri iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti
[20.10.2003]
Oktyabrın 20-də Məzahir Pənahovun
sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının
iclası keçirilmişdir.
Komissiyanın sədri 15 oktyabr 2003-cü il Azərbaycan
Respublikası Prezidenti seçkilərinin təşkili
və keçirilməsi sahəsində Mərkəzi Seçki Komissiyası
tərəfindən görülmüş işlər barədə məlumat verdikdən
sonra Komissiyaya daxil olan müraciətlərə
baxılmışdır. Müraciətlərdən bir qisminin gələn
iclasda müzakirə olunması, digər qisminin
isə Azərbaycan Respublikası Baş Prokurorluğuna
göndərilməsi haqqında qərar qəbul olunmuşdur.
Sonra Mərkəzi Seçki Komissiyası 2003-cü il
oktyabrın 15-də keçirilmiş Azərbaycan Respublikası
Prezidenti seçkilərinə yekun vurulması və
səsvermənin nəticələrinin təsdiq olunmaq üçün
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə
göndərilməsi haqqında qərar qəbul etmişdir.
Mərkəzi Seçki Komissiyasının iclasında Avropa
Şurası Baş Katibinin, ATƏT-in Demokratik Təsisatlar
və İnsan Hüquqları Bürosunun, Seçki Sistemləri
üzrə Beynəlxalq Fondun(İFES), ABŞ, Böyük Britaniya,
Türkiyə, Qazaxıstan səfirliklərinin təmsilçiləri,
yerli və xarici kütləvi informasiya vasitələrinin
nümayənədələri iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti
[05.10.2003]
Oktyabrın 5-də Məzahir Pənahovun sədrliyi
ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Komissiyanın sədri Azərbaycan Respublikası
Prezidentliyinə namizədliyi qeydə alınmış
cənab Əliyev ilham Heydər oğlunun səlahiyyətli
nümayəndələrinin qeydə alınması barədə məlumat
vermişdir. MSK məsələnin müsbət həlli barədə
qərar qəbul etmişdir.
Sonra MSK sədri Azərbaycan Respublikası Prezidentliyinə
namizəd cənab Əliyev İlham Heydər oğlu tərəfindən
Mərkəzi Seçki Komissiyasına məşvərətçi səs
hüquqlu üzv təyin edilmiş Hüseyn Məmməd oğlu
Paşayevin və Azərbaycan Respublikası Prezidentliyinə
namizəd cənab Əliyev İlham Heydər oğlu tərəfindən
Azərbaycan Respublikasının bütün ərazisində
müşahidə aparmaq üçün müşahidəçi təyin edilmiş
Şaitdin Sərdar oğlu Əliyevin təsdiq edilməsi
haqqında məlumat vermişdir. Komissiya hər
iki məsələnin müsbət həlli barədə qərar qəbul
etmişdir.
Mərkəzi Seçki Komissiyasının katibi Vidadi
Mahmudov cəzaçəkmə müəssisələrində səsvermənin
təşkili haqqında məlumat vermişdir. Komissiya
sədrinin müavini Sveilana Qasımova isə bu
məsələ ilə bağlı arayış tədqim etmişdir. MSK
Svetlana Qasımovanın məlumatının nəzərə alınması
barədə qərar çıxarmışdır.
Sonra Mərkəzi Seçki Komissiyası Azərbaycan
Respublikası Prezidentliyinə namizədliyi qeydə
alınmış xanım Lalə Şövkət Hacıyeva tərəfindən
vəkil təyin edilmiş Dilbazi Bəhruz Museyib
oğlunun geri çağırılması və vəsiqəsinin ləğv
edilməsi, onun tərəfindən vəkil təyin edilmiş
Budaqova Zemfira Müseyib oğlunun qeydə alınması
haqqında qərar qəbul etmişdir.
MSK-nın katibi İnqilab Nəsirov və Komissiyanın
üzvü Azər Tağıyev daxil olmuş müraciətlər
barədə məlumat vermişlər. Müraciətlərdən ikisinin
araşdırılmaq üçün Azərbaycan Respublikası
Baş Prokurorluğuna göndərilməsi haqqında qərar
qəbul olunmuşdur.
İclasın sonunda cari məsələlər müzakirə edilmişdir.
Komissiyanın iclasında Seçki Sistemləri üzrə
Beynəlxalq Fondun, ATƏT-in İnsan hüquqları
və Demokratik Təsistalar Bürosunun, Milli
Demokratiya İnstitutunun təmsilçiəlri, yelri
və xarici kütləvi informasiya vasitələrinin
nümayəndələri iştirak edirdilər.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti
[03.10.2003]
Oktyabryn 3-də Məzahir Pənahovun sədrliyi
ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Komissiyanın sədri Azərbaycan Respublikasının
Prezidenti, 15 oktyabr 2003-cü il tarixdə
keçiriləcək Azərbaycan Respublikası Prezidenti
seçkilərində namizədliyi qeydə alınmış cənab
Heydər Əlirza oğlu Əliyevin namizədliyini
geri götürməsi barədə məlumat vermişdir. O,
qeyd etmişdir ki, cənab Heydər Əlirza oğlu
Əliyev Mərkəzi Seçki Komissiyasına ərizə ilə
müraciət edərək namizədliyini geri götürdüyünü
bildirmişdir. Komissiya cənab Heydər Əlirza
oğlu Əliyevin müraciətini nəzərə almış və
müvafiq qərar qəbul etmişdir.
Mərkəzi Seçki Komissiyasının katibi Vidadi
Mahmudov Azərbaycan Respublikası Prezidenti
seçkilərində namizədliyi qeydə alınmış cənab
Kərimli Əli Əmirhüseyn oğlunun namizədliyinin
geri götürməsi haqqında məlumat vermişdir.
Komissiya bu barədə də müvafiq qərar çıxarmışdır.
Sonra Komissiya sədrinin müavini Svetlana
Qasımova 2003-cü il oktyabrın 15-nə təyin
edilmiş Azərbaycan Respublikası Prezidentinin
seçkilərinə hazırlıqla əlaqədar dairə və məntənqə
seçki komissiyalarının rəhbərliyi üçün keçiriləcək
növbəti zona seminar-müşavirələrinin gündəliyinin
təsdiq edilməsi haqqında məlumat vermişdir.
MSK üzvləri gündəliyin təsdiq edilməsi barədə
qərar qəbul etmişlər.
İclasda Milli İstiqlal Partiyası tərəfindən
vəkil təyin edilmiş 12 nəfərin qeydə alınması
barədə məsələyə baxılmış və bu məsələnin müsbət
həll olunması barədə qərar qəbul olunmuşdur.
Mərkəzi Seçki Komissiyasının katibi İnqilab
Nəsirov bəzi dairə seçki komissiyalarının
tərkibində dəyişiklik edilməsi haqqında məlumat
verilmişdir. MSK həmin dairə komissiyalarının
tərkibində müvafiq dəyişiklik edilməsi barədə
qərarlar qəbul etmişdir.
Sonra gündəlikdəki digər məsələlər müzakirə
edilmiş, müvafiq qərarlar çıxarılmışdır.
Mərkəzi Seçki Komissiyasının İclasında Seçki
Sistemləri üzrə Beynəlxalq Fondun (İFES),
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları
Bürosunun, ABŞ, Fransa, Yaponiya səfirliklərinin
təmsilçiləri, yerli və xarici kütləvi informasiya
vasitələrinin nümayəndələri iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti
[1.10.2003]
Oktyabrın 1-də Məzahir Pənahovun sədrliyi
ilə Mərkəzi Seçki Komissiyasının iclası
keçirilmişdir.
Mərkəzi Seçki Komissiyasının 12 avqust və
14 avqust iclaslarının protokolları təsdiq
edildikdən sonra MSK katibi İnqilab Nəsirov
Azərbaycan Respublikası Prezidenti seçkilərində
namizədliyi qeydə alınmış Səmədov Abutalıb
Qənbər oğlunun namizədliyini geri götürməsi
barədə məlumat vermişdir. O, qeyd etmişdir
ki, Səmədov Abutalıb Qənbər oğlu Mərkəzi
Seçki Komissiyasına ərizə ilə müraciət edərək
namizədliyini Əliyev İlham Heydər oğlunun
xeyrinə geri götürdüyünü bildirmişdir. Komissiya
onun müraciətini nəzərə almış və müvafiq
qərar qəbul etmişdir.
Sonra 2003-cü il oktyabrın 15-də keçiriləcək
Azərbaycan Respublikası Prezidentinin seçkiləri
ilə əlaqədar seçki bülletenlərinin çap edilməsi
haqqında məlumat verilmişdir. Komissiya
seçki bülletenlərinin Tələbə Qəbulu üzrə
Dövlət Komissiyasının mətbəəsində çap olunması
barədə qərar qəbul etmişdir.
Komissiya bəzi dairə seçki komissiyalarının
tərkibində dəyişiklik edilməsi haqqında
məsələni də müzakirə etmiş və həmin komissiyaların
tərkibinldə müvafiq dəyişikliklər edilməsini
qərara almışdır.
İclasda MSK-ya daxil olmuş müraciətlərə
də baxılmış və müvafiq qərarlar qəbul edilmişdir.
İclasın sonunda cari məsələlər müzakirə
edilmişdir.
Mərkəzi Seçki Komissiyasının İclasında Seçki
Sistemləri üzrə Beynəlxalq Fondun(İFES),
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları
Bürosunun, Milli Demokratiya İnstitutunun,
ABŞ səfirliyinin təmsilçiləri, yerli və
xarici kütləvi informasiya vasitələrinin
nümayəndələri iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti
[29.09.2003]
Sentyabrın 29-da Məzahir Pənahovun sədrliyi
ilə Mərkəzi Seçki Komissiyasının iclası
keçirilmişdir.
İclasda Mərkəzi Seçki Komissiyasının katibi
İnqilab Nəsirov Azərbaycan Respublikası
Prezidenti seçkilərində namizədliyi qeydə
alınmış Əliyev Yunus İsaxan oğlunun namizədliyini
geri götürməsi barədə məlumat vermişdir.
MSK katibi bildirmişdir ki, Əliyev Yunus
İsaxan oğlu Mərkəzi Seçki Komissiyasına
müraciət edərək namizədliyini Əliyev İlham
Heydər oğlunun xeyrinə geri götürdüyünü
bildirmişdir. Komissiya onun müraciətinin
nəzərə almış və müvafiq qərar qəbul etmişdir.
Mərkəzi Seçki Komissiyasının katibi Vidadi
Mahmudov Azərbaycan Respublikası Seçki Məcəlləsinin
47.9-cu maddəsinin tətbiqi haqqında məlumat
vermişdir. MSK məsələnin müsbət həlli barədə
qərar qəbul etmişdir.
Müsavat Partiyası tərəfindən vəkil təyin
edilmiş 9, Azərbaycan Milli İstiqlal Partiyası
tərəfindən isə vəkil təyin edilmiş 24 nəfərin
qeydə alınması məsələsinə də baxılmış və
bu barədə müsbət qərar qəbul olunmuşdur.
Komissiya bəzi dairə seçki komissiyalarının
tərkibində dəyişikliklər edilməsi haqqında
məsələni də müzakirə etmiş və müvafiq qərarlar
çıxarmışdır.
Sonra Mərkəzi Seçki Komissiyasına daxil
olmuş müraciətlərə baxılmışdır. Müraciətlərdən
bir qisminin Azərbaycan Respublikası Baş
Prokurorluğuna göndərilməsi barədə qərar
qəbul olunmuşdur.
Sonra 13 saylı Əzizbəyov birinci Dairə Seçki
Komissiyasının təqdimatı müzakirə edilmiş
və bu məsələ barəsində Azərbaycan Respublikası
Apellyasiya Məhkəməsinə müraciət edilməsi
haqqında qərar çıxarılmışdır.
İclasın sonunda cari məsələlər müzakirə
edilmişdir.
Mərkəzi Seçki Komissiyasının İclasında Seçki
Sistemləri üzrə Beynəlxalq Fondun(İFES),
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları
Bürosunun, Avropa Şurasının, Milli Demokratiya
İnstitutunun, ABŞ səfirliyinin təmsilçiləri,
yerli və xarici kütləvi informasiya vasitələrinin
nümayəndələri iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti
[29.09.2003]
Mərkəzi Seçki Komissiyası avqust
ayından başlayaraq dairə və məntəqə seçki
komissiyaları üzvlərinin peşəkarlığının
artırılması, onların seçkilərin keçirilməsi
ilə bağlı zəruri vərdişlərə yiyələnmələri
məqsədilə treyninq-seminarlar təşkil edir.
Treyninq-seminarlarin əsas mövzusu səsvermə
proseduru, səslərin hesablanması və nəticələr
haqqında yekun protokolun doldurulmasıdır.
Məntəqə seçki komissiyaları üzvlərindən
ibarət olan kiçik qruplar üçün keçirilən
treyninq-seminarlar zamanı praktiki məşğələlərə
geniş yer verilir.
Treyninq-seminarları Mərkəzi Seçki Komissiyası
Katibliyinin Beynəlxalq əlaqələr şöbəsinin
müdiri Rövzət Qasımovun başçılıq etdiyi
treyninq qrupu aparır. 13 nəfərdən ibarət
ekspert qrupunun üzvləri seçkilərlə bağlı
treyninqlərin aparılmasından ötrü xüsusi
hazırlıq kursu keçmiş və beynəlxalq dərəcəli
sertifikat almışlar.
Respublika üzrə 85-dən artıq dairədə artıq
treyninq-seminarlar başa çatdırılmışdır.
Treyninq-seminarlar keçirilərkən Seçki Sistemləri
üzrə Beynəlxalq Fondla (IFES) əməkdaşlıq
edilir. 39 dairədə treyninq-seminarlar bu
fondun yaxından iştirakı ilə keçirilir.
Bu silsilədən olan tədbirlərin oktyabr ayının
8-dək davam etdirilməsi nəzərdə tutulur.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti
[24.09.2003]
Sentyabrın 24-də Mərkəzi Seçki Komissiyasının
iclası Məzahir Pənahovun sədrliyi ilə davam
etdirilmişdir.
Mərkəzi Seçki Komissiyasının üzvü Asəf Əliyev
seçkiqabağı təşviqat məqsədilə Türkiyə Respublikasından
Azərbaycana gətirilmiş təşviqat materiallarının
istehsalçısı, tirajı, qiymtəi, ödənilmiş dövlət
rüsumu və vergi öhdəliyinin yerinə yetirilməsi
barədə məlumatların verilməsi üçün Dövlət
Gömrük Komitəsvinə sorğu göndərilməsini təklif
etmişdir. A. Əliyevin təklifi ilə bağlı qərar
qəbul olunmamışdır.
Komissiyanın katibi Vidadi Mahmudov Seçki
Məcəlləsinin 95.2-ci maddəsinin icrası vəziyyəti
haqqında məlumat vermişdir. Mərkəzi Seçki
Komissiyası bu məsələnin qanuna uyğun şəkildə
araşdırılmasının Nəzarət Təftiş Komissiyasına
həvalə edilməsi haqqında qərar çıxarmışdır.
Sonra Mərkəzi Seçki Komissiyasına daxil olmuş
ərizə və müraciətlər barədə məlumat verilmişdir.
Müraciətlərin bir qisminin araşdırılıb müvafiq
tədbirlər görülməsi üçün Azərbaycan Respublikası
Baş Prokurorluğuna göndərilməsi haqqında qərar
qəbul edilmişdir.
MSK üzvü Ənvər Əliyev Seçki Məcəlləsinin 22.2-ci
maddəsinə əməl edilməsi vəziyyəti barədə məlumat
vermişdir. Komissiya üzvləri bu məsələnin
araşdrıldıqdan sonra MSK-nın iclasında müzakirə
edilməsi barədə qərar qəbul etmişlər.
Mərkəzi Seçki Komissiyasının üzvü İ. Məmmədov
Yeni Azərbaycan Partiyasının səlahiyyətli
nümayəndəsi Ə. Əhmədov tərəfindən Komissiyaya
ünvanlanan müraciət haqqında məlumat vermişdir.
Müraciətdə prezidentliyə namizəd İ. Qəmbər
haqqında Seçki Məcəlləsinin 58-ci maddəsinin
tələblərini pozduğuna, Mərkəzi Seçki Komissiyasına
mülkiyyət hüququ əsasında ona məxsus olan
əmlakı və gəlirləri barədə dəqiq məlumat vermədiyinə
və təsisiçisi olduğu “Yeni Müsavat” qəzetinin
2002-ci ilin yekununa əsasən əldə etdiyi 57
010,4 min manat vəsaiti gizlətdiyinə görə
qanuni tədbirlər görülməsi xahiş edilmişdir.
MSK bu məsələnin Nəzarət Təftiş Komissiyası
tərəfindən araşdırılması və yenidən Komissiyanın
müzakirəsinə çıxarılması barədə qərar qəbul
etmişdir.
Sonra gündəlikdəki digər məsələlər müzakirə
olunmuş və müvafiq qərarlar çıxarılmışdır.
Mərkəzi Seçki Komissiyasının İclasında Seçki
Sistemləri üzrə Beynəlxalq Fondun(İFES), ATƏT-in
Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun,
Avropa Şurasının, Milli Demokratiya İnstitutunun,
ABŞ səfirliyinin təmsilçiləri, yerli və xarici
kütləvi informasiya vasitələrinin nümayəndələri
iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti
[23.09.2003]
Sentyabrın 23-də Məzahir Pənahovun sədrliyi
ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
MSK katibi İnqilab Nəsirov Mərkəzi Seçki Komissiyasının
Əsasnaməsinin təsdiq edilməsi haqqında məlumat
vermişdir. Əsasnamə təkliflər nəzərə alınmaqla
qəbul edilmişdir.
Mərkəzi Seçki Komissiyasının katibi Vidadi
Mahmudov seçki günü məntəqə seçki komissiyalarının
iş qaydası haqqında Təlimatın təsdiq edilməsi
barədə məlumat vermiş və bu sənəd də təkliflər
nəzərə alınmaqla qəbul olunmuşdur.
Mərkəzi Seçki Komissiyasının üzvü Azər Tağıyev
21 sentyabrda bəzi seçki dairələrində baş
verən hadisələrə münasibət bildirilməsi haqqında
məlumat vermişdir. Müzakirələr zamanı komissiya
üzvləri seçkilərin keçirilməsi üçün sabitliyin
çox mühüm faktor olduğunu vurğulamış və ölkədəki
bəzi destruktiv çevərələrin bu sabitliyi pozmaq,
1991-92-ci illərdəki situasiyanı yatarmaq
cəhdlərindən söz açmışlar. Natiqlər qeyd etmişlər
ki, prezidentliyə namizədlər seçkiqabağı təşviqat
apararkən sui-istifadə hallarına yol verməməli,
Seçki Məcəlləsinin tələblərinə uyğun addımlar
atmalı və süni qarşıdurma yaratmamalıdırlar.
Çıxışçılar belə hesab etmişlər ki, polis “Polis
haqqında” Azərbaycan Respublikası Qanununa
və digər müvafiq qanunlara uyğun olaraq belə
halların qarşısını almalı, ictimai asayişin
qorunmasını təmin etməlidir. Sonra Mərkəzi
Seçki Komissiyası həmin hadisələrlə bağlı
bəyanat qəbul etmişdir. Bu hadisələrlə bağlı
daxil olmuş müraciətlər ararşdırılıb müvafiq
tədbirlər görülməsi üçün Azərbaycan Respublikası
Baş Prokurorluğuna göndərilmişdir.
Komissiya üzvü Qabil Orucov müşahidəçilərin
qeydə alınması barədə məlumat vermişdir. MSK
üzvləri bu məsələnin müsbət həlli barədə qərar
çıxarmışlar.
İclasda Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(İFES),
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları
Bürosunun, Milli Demokratiya İnstitutunun,
ABŞ səfirliyinin təmsilçiləri, yerli və xarici
kütləvi informasiya vasitələrinin nümayəndələri
iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti
[18.09.2003]
Sentyabrın 18-də Məzahir Pənahovun sədrliyi
ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
MSK üzvləri Mərkəzi Seçki Komissiyasının 3
və 8 avqust iclaslarının protokollarını təsdiq
etdikdən sonra Komissiya üzvü Qabil Orucov
vətəndaşların öz təşəbbüsü ilə Azərbaycan
Respublikaının bütün ərazisində müşahidə aparması
barədə müraciətlərə baxılması haqqında məlumat
vermişdir. Komissiya üzvləri müraciətlərə
müsbət cavab verilməsi barədə qərar qəbul
etmişlər.
MSK katibi İnqilab Nəsirov Azərbaycan Respublikası
Prezidentinin seçkiləri üzrə seçki məntəqəsində
səslərin hesablanması və səsvermənin nəticələri
haqqında məntəqə seçki komissiyasının yekun
protokolunun doldurulması qaydaları haqqında
izahın, digər katib Vidadi Mahmudov isə seçki
dairəsində səslərin hesablanması və səsvermənin
nəticələri haqqında dairə seçki komissiyasının
yekun protokolunun doldurulması qaydaları
haqqında izahın təsdiq edilməsi barədə məlumat
vermişdir. Hər iki sənəd təkliflər nəzərə
alınmaqla təsdiq edilmişdir.
İclasda Mərkəzi Seçki Komissiyasının Prezidentliyə
namizədlərə müraciəti təsdiq edilmişdir. Komissiya
üzvləri Prezidentliyə namizədləri seçkiqabağı
təşviqat apararkən vətəndaşlara və bir-birlərinə
hörmətlə yanaşmağa çağırmışlar.
Sonra Vətəndaş Həmrəyliyi Partiyası tərəfindən
vəkil təyin edilmiş 50 nəfərin, Müsavat Partiyası
tərəfindən isə vəkil təyin edilmiş 26 nəfərin
qeydə alınması barədə qərar çıxarılmışdır.
Komissiya daha sonra bəzi dairə seçki komissiyalarının
tərkibində dəyişikliklər edilməsi haqqında
məlumatları dinləmiş və müvafiq qərarlar qəbul
etmişdir.
İclasda MSK-ya daxil olan ərizə və müraciətlərə
də baxılmış, müraciətlərin bir qisminin araşdırılmaq
üçün Respublika Baş Prokurorluğuna göndərilməsi
haqqında qərar qəbul olunmuşdur.
Mərkəzi Seçki Komissiyası gündəlikdəki digər
məsələləri müzakirə edərək müvafiq qərarlar
qəbul etmişdir.
Komissiyanın iclasında Seçki Sistemləri üzrə
Beynəlxalq Fondun(İFES), ATƏT-in Demokratik
Təsisatlar və İnsan Hüquqları Bürosunun, Böyük
Britaniya səfirliyinin təmsilçiləri, yerli
və xarici kütləvi informasiya vasitələrinin
nümayəndələri iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti
[11.09.2003]
Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyası
mətbuat xidmətinin məlumatı
“Yeni Müsavat” qəzetinin
11sentyabr 2003-cü il tarixli sayında dərc
olunan “Dövləti cinayətin üstü açıldı” sərlöhvəli
məqalədə guya “Sənayeavtomatika” İstehsal
Birliyində şəffaf qutuların hazırlanması barədə
məlumat verilib. Mərkəzi Seçki Komissiyası
bu məlumatı qəti surətdə təkzib edir və bəyan
edir ki, şəffaf qutular ölkəmizdə fəaliyyət
göstərən hər hansı bir müəssisədə hazırlanmır.
Şəffaf qutular Seçki Sistemləri üzrə Beynəlxalq
Fondun (IFES) təşkilatçılığı, Almaniya, ABŞ,
Niderland və Böyük Britaniya hökumətlərinin
maliyyə yardımı ilə Honkonqda hazırlanıb.
“Sənayeavtomatika” İstehsal Birliyi isə Mərkəzi
Seçki Komissiyası ilə bağladığı müqavilə əsasında
şəffaf seçki qutuları yox, səsvermə kabinələri
hazırlayır və artıq belə kabinələr bir çox
dairələrin seçki məntəqələrinə göndərilmişdir.
Adı çəkilən qəzetdə dərc edilmiş məqalədə
əks olunanlar həqiqətə uyğun deyil və bu kimi
dezinformasiyalar ədalətli, şəffaf və demokratik
seçki keçirilməsi istiqamətində görülən işlərin
əngəllənməsinə, gözdən salınmasına cəhd və
qərəzli yanaşma kimi qiymətləndirilməlidir.
Mərkəzi Seçki Komissiyası ölkə vətəndaşlarını
ayıq-sayıq olmağa, belə dezinormasiyalara
uymamağa çağırır, seçiciləri əmin edir ki,
bundan sonra da seçkilərin azad, ədalətli
və demokratik keçirilməsi üçün bütün qanuni
tədbirləri görəcəkdir.
[09.09.2003]
Avropa Şurası Venesiya Komissiyası, Avropa
Şurasının İnsan Hüquqları üzrə Baş İdarəsinin
və Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyası Avropa Şurası Baş Katibinin
Azərbaycandakı xüsusi nümayəndəsinin iştirakı
ilə 8-10 sentyabr 2003-cü ildə Bakıda (Azərbaycan)
seçkilərə dair birgə seminar-treyninqlər
keçirir.
Seminar-treyninq Mərkəzi Seçki Komissiyası
və aşağı seçki komissiyalarının üzvləri,
məhkəmə hakimləri, QHT-lər, siyasi partiyaların
nümayəndələri, seçki müşahidəçiləri və KİV
nümayəndələri üçün nəzərdə tutulub.
Seminar-treyninqdə iştirak edəcək Avropa
Şurası ekspertləri aşağıdakılardır:
cənab Bernard Oven – Müqayisəli Seçki Təlim
Mərkəzinin baş katibi (Fransa), cənab Didier
Vinolas – Fransa Daxili İşlər Nazirliyinin
nümayəndəsi, cənab Riçard Baret – İrlandiya
Hüquq şöbəsinin rəsmisi, cənab G.Buenger
– Skopyedə itkin şəxslər üzrə Beynəlxalq
Komissiyanın nümayəndəsi, cənab Xristoforos
Xristoforou – Media və siyasi məsələlər
üzrə analitik, Radio və Televiziya orqanının
keçmiş direktoru (Kipr), cənab Aşok Aşir
– siyasi məsələlər üzrə baş redaktor, BBC
Uels və xanım Tereza Romer.
Səsvermə və səslərin sayılması üzrə praktiki
məşğələlər keçirilməsi və onların videoçəkilişi
nəzərdə tutulur.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti
[08.09.2003]
Sentyabrın 8-də Məzahir Pənahovun sədrliyi
ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Komissiyanın katibi İnqilab Nəsirov dairə
seçki komissiyalarının nəzarət-təftiş xidməti
və seçici siyahılarının dəqiqləşdirilməsi
barədə izahın təsdiq edilməsi haqqında məlumat
vermişdir. Bu sənədlər təkliflər nəzərə alınmaqla
qəbul olunmuşdur.
Mərkəzi Seçki Komissiyasının digər katibi
Vidadi Mahmudov isə müşahidəçilərin qeydiyyatdan
keçməsi üçün dairə seçki komissiyasına təqdim
edilən sənədlər siyahısının və Azərbaycan
Respublikası vətəndaşlarının öz təşəbbüsü
ilə müşahidə aparması qaydaları haqqında izahın
təsdiq edilməsi barədə məlumat vermişdir.
Komissiya bu sənədləri də təkliflər nəzərə
alınmaqla qəbul etmişdir.
Sonra Prezidentliyə namizədliyi qeydə alınmış
Lalə-Şövkət Hacıyeva tərəfindən vəkil təyin
edilmiş Əliyev Hüseynağa Əlişan oğlunun, Səmədov
Rəhman Əlövsət oğlunun, Salmanov Bahadur Cəmşid
oğlunun və Şirinova Zümrüd Soltan qızının
qeydə alınması barədə məlumat verilmiş və
bu məsələnin müsbət həlli barədə qərar çıxarılmışdır.
Daha sonra Mərkəzi Seçki Komissiyasının sədr
müavini Svetlana Qasımova və katibi Vidadi
Mahmudov bəzi dairə seçki komissiyalarının
tərkibində dəyişiklik edilməsi haqqında məlumat
vermiş və həmin dairə seçki komissiyalarının
tərkibində dəyişiklik edilməsi qərara alınmışdır.
İclasda MSK-ya daxil olan ərazi və şikayətlərə
də baxılmış və müvafiq qərarlar qəbul edilmişdir.
Komissiya sentyabrın 6-da Azərbaycan Dövlət
Televiziyasında qeydə alınmış namizədlərə
ayrılmış pulsuz efir vaxtından dəyirmi masa
zamanı istifadə edilərkən yol verilmiş hərəkətləri
müzakirəyə çıxarmışdır. MSK üzvləri bu hadisəni
pisləmiş və qeydə alınmış namizədlərə gələcəkdə
belə hallara yol verilməməsi üçün müraciət
edilməsi barədə qərar qəbul etmişlər.
Sonra Mərkəzi Seçki Komissiyasının üzvü Azər
Tağıyev iclas iştirakçılarını MSK-nın Kütləvi
İnformasiya Vasitələrinə müraciətinin layihəsi
ilə tanış etmişdir. Komissiya üzvləri həmin
müraciətin qəbul edilməsinə səs vermişlər.
İclasda Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(İFES),
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları
Bürosunun, Avropa Şurasının, Milli Demokratiya
İnstitutunun, ABŞ,Yaponiya və Qazaxıstan səfirliyinin
təmsilçiləri, yerli və xarici kütləvi informasiya
vasitələrinin nümayəndələri iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti
[02.09.2003]
Sentyabrın 2-də Məzahir Pənahovun sədrliyi
ilə Mərkəzi Seçki Komissiyasının İclası keçirilmişdir.
İclasın gündəliyi Komissiya üzvləri tərəfindən
bəyənildikdən sonra Mərkəzi Seçki Komissiyasının
21, 25 iyul və 1 avqust iclaslarının protokolları
təsdiq olunmuşdur.
Sonra Mərkəzi Seçki Komissiyasının katibi
İnqilab Nəsirov Müasir Müsavat Partiyası tərəfindən
vəkil təyin edilmiş 50 nəfərin qeydə alınması
haqqında məlumat vermişdir. Komissiya məsələnin
müsbət həlli barədə qərar çıxarmışdır.
MSK bəzi dairə seçki komissiyalarının tərkibində
dəyişiklik edilməsi məsələsinə baxaraq müvafiq
qərar qəbul etmişdir.
Komissiyanın katibi Vidadi Mahmudov Prezidentliyə
namizədliyi qeydə alınmış Hacıyev Hafiz Ələmdar
oğlu tərəfindən Prezidentliyə namizədliyi
qeydə alınmış digər namizədlərin şərəf və
ləyaqətini təhqir edən və ləkələyən məlumatlar
yaydığına görə seçkiqabağı təşviqat dövründə
efir vaxtından istifadə etmək hüququndan məhrum
edilməsi ilə əlaqədar məhkəməyə müraciət olunması
haqqında təklif vermişdir. Bu təklif komissiya
üzvləri tərəfindən dəstəklənməmişdir. MSK
Prezidentliyə namizəd Hacıyev Hafiz Ələmdar
oğluna gələcəkdə Prezidentliyə namizədliyi
qeydə alınmış digər şəxslərin ünvanına şərəf
və ləyaqəti təhqir edən ifadələr işlətməməsi
barədə xəbərdarlıq etmiş və məsələni ararşdırılmaq
üçün Azərbaycan Respublikası Prokurorluğuna
gönərmişdir.
Sonra Prezidentliyə namizədliyi qeydə alınmış
Məmmədov Etibar Səlidar oğlunun və Kərimli
Əli Əmirhüseyn oğlunun dövlət televiziyasında
ayrılmış efir vaxtından 29 avqust 2003-cü
il tarixdə istifadə edərkən ölkə Prezidentli
Əliyev Heydər Əlirza oğlunun şərəf və ləyaqətini
təhqir edən və ləkələyən məlumatlar yaydıqlarına
görə həmin namizədlər haqqında tədbir görülməsi
barədə Yeni Azərbaycan Partiyasının müraciətinə
baxılmışdır. Prezidentliyə namizədlikləri
qeydə alınmış Məmmədov Etibar Səlidar oğluna
və Kərimov Əli Əmirhüseyn oğluna gələcəkdə
belə hallara yol verməmələri üçün xəbərdarlıq
edilməsi və şikayət ərizəsindəki faktların
araşdırılıb tədbir görülməsindən ötrü Azərbaycan
Respublikası Ədliyyə Nazirliyinə göndərilməsi
qərara alınmışdır.
Sonra Mərkəzi Seçki Komissiyasına daxil olan
ərizə və şikayətlər müzakirə edilmişdir. Şikayətlərdən
3-ü araşdırılmaq üçün Respublika Prokurorluğuna
göndərilmişdir.
Komissiya İclasın sonunda cari məsələləri
müzakirə etmiş və müvafiq qərarlar çıxarmışdır.
İclasda Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(İFES),
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları
Bürosunun təmsilçiləri, yerli və xarici kütləvi
informasiya vasitələrinin nümayəndələri iştirak
etmişlər.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti
[28.08.2003]
Avqustun 28-də Məzahir Pənahovun
sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının
iclası keçirilmişdir.
İclasın gündəliyi təsdiq olunduqdan sonra
MSK sədri Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının 15 , 16 və 19 iyul iclas
protokollarının təsdiq edilməsi haqqında çıxış
etmişdir. Komissiya üzvlərinin təklifləri
nəzərə alınmaqla sözügedən protokollar təsdiq
edilmişdir.
Sonra komissiya sədrinin müavini Svetlana
Qasımova Azərbaycan Respublikası Pezidentinin
seçkilərinə hazırlıqla əlaqədar dairə seçki
komissiyaları üzvləri üçün keçiriləcək növbəti
seminar-treyninqin gündəliyi barədə məlumat
vermişdir. Komissiya üzvləri gündəliyin təsdiqlənməsi
haqqında qərar çıxarmışlar.
Mərkəzi Seçki Komissiyasının katibi İnqilab
Nəsirov prezidentliyə namizədliyi qeydə alınmış
Qüdrət Müzəffər oğlu Həsənquliyev tərəfindən
vəkil təyin edilmiş 50 nəfərin qeydə alınması
təklifi ilə çıxış etmişdir. Təklif komissiya
tərəfindən bəyənilmişdir.
Sonra MSK katibi Vidadi Mahmudov prezidentliyə
namizədliyi qeydə alınmış Lalə-Şövkət Hacıyeva
tərəfindən vəkil təyin edilmiş 50 nəfərin
qeydə alınması və Azərbaycan Xalq Cəbhəsi
Partiyası tərəfindən məşvərətçi səs hüquqlu
üzv təyin edilmiş Rasim Mirzəhüseyn oğlu Niftəliyevin
təsdiq olunması haqqında məlumat vermişdir.
Bu məsələ də komissiya üzvləri tərəfindən
müsbət həll olunmuşdur.
Daha sonra Komissiya bəzi dairə seçki komissiyalarının
tərkibində dəyişiklik edilməsi barədə məsələlərə
baxmışdır. Komissiya 45 saylı Abşeron, 82
saylı Ağcabədi, 80 saylı İmişli-Beyləqan dairə
seçki komissiyalarının tərkibində dəyişiklik
edilməsi haqqında qərar çıxarmışdır.
Seçki komissiyası üzvlərinin dövlət və bələdiyyə
qulluğunda olmalarının yolverilməzliyi barədə
Seçki Məcəlləsinin 22.2-ci maddəsinin tələblərinin
yerinə yetirilməsi vəziyyəti barədə müzakirələr
aparılmış və məsələnin araşdırıldıqdan sonra
yenidən müzakirəyə çıxarılması qərara alınmışdır.
Sonra gündəlikdəki digər məsələlər müzakirə
olunmuş, müvafiq qərarlar qəbul edilmişdir.
Komissiyanın iclasında Seçki Sistemləri üzrə
Beynəlxalq Fondun (İFES), Milli Demokratiya
İnstitutunun, Avropada Təhlükəsizlik və Əməkdaşlıq
Təşkilatı Demokratik Təsisatlar və İnsan Hüquqları
Bürosunun, Yaponiya səfirliyinin təmsilçiləri,
yerli və xarici kütləvi informasiya vasitələrinin
nümayəndələri iştirak etmişlər.
Mərkəzi
Seçki Komissiyasının
mətbuat xidməti
[22.08.2003]
Avqustun 22-də Məzahir Pənahovun sədrliyi
ilə Mərkəzi Seçki Komissiyasının növbəti
iclası keçirilmişdir.
Komissiyanın sədri M.Pənahov 2003-cü il
oktyabrın 15-nə təyin edilmiş Azərbaycan
Respublikası Prezidenti seçkiləri ilə əlaqədar
qeydə alınmış namizədlərə pulsuz efir vaxtının
ayrılması məqsədilə Püşkatma Komissiyasının
yaradılması haqqında məlumat vermişdir.
Sonra Mərkəzi Seçki Komissiyasının üzvləri
Azər Tağıyev, Fuad Cavadov, Ənvər Əliyev
və MSK mətbuat şöbəsinin müdiri Azər Sarıyevdən
ibarət püşkatma komissiyası yaradılmışdır.
Sonra Mərkəzi Seçki Komissiyasının sədri
M.Pənahov qeydə alınmış prezidentliyə namizədlərə
“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika”
və “Bakinski raboçi” qəzetlərinin səhifələrində
pulsuz yer ayrılması ilə bağlı həmin dövri
nəşrlərin çəkdikləri xərclərin Mərkəzi Seçki
Komissiyası tərəfindən ödənilməsi üçün vəsait
ayrılması barədə məlumat vermişdir. Komissiya
bu məsələnin müsbət həlli ilə bağlı qərar
çıxarmışdır.
Mərkəzi Seçki Komissiyası sədrinin müavini
Svetlana Qasımova Yeni Azərbaycan Partiyası
tərəfindən vəkil təyin edilmiş 50 nəfərin
qeydə alınması haqqında məlumat vermişdir.
Komissiya bu məsələnin müsbət həlli ilə
bağlı qərar qəbul etmişdir.
Daha sonra püşkatmanın keçirilməsi üçün
Mərkəzi Seçki Komissiyasının iclasında fasilə
elan edilmiş, prezidentliyə namizədlərin
səlahiyyətli nümayəndələrinin və kütləvi
informasiya vasitələri təmsilçilərinin iştirakı
ilə püşkatma keçirilmişdir. Püşkatma başa
çatdıqdan sonra nəticələr elan edilmişdir.
Mərkəzi Seçki Komissiyasının katibi İnqilab
Nəsirov Azərbaycan Naminə Alyans Partiyası
tərəfindən Mərkəzi Seçki Komissiyasında
məşvərətçi səs hüquqlu üzv təyin edilmiş
Quliyev Arif Əmiraslan oğlunun, habelə Azərbaycan
Respublikasının bütün ərazisində müşahidə
aparmaq üçün təyin edilmiş İsayev Abdulla
Hüseyn oğlunun təsdiq edilməsi haqqında
məlumat vermişdir. Komissiya bu məsələlərin
müsbət həlli barədə qərar çıxarmışdır.
Mərkəzi Seçki Komissiyasının katibi Vidadi
Mahmudov Vətəndaş Həmrəyliyi Partiyası tərəfindən
Mərkəzi Seçki Komissiyasında məşvərətçi
səs hüquqlu üzv təyin edilmiş Baxışov Müzəffər
Qiyas oğlunun, habelə Azərbaycan Respublikasının
bütün ərazisində müşahidə aparmaq üçün təyin
edilmiş Mustafayev Yamil İsa oğlunun təqdimatı
haqqında məlumat vermişdir. Komissiya bu
məsələlərin lehinə rəy vermişdir.
Mərkəzi Seçki Komissiyasının katibi İ.Nəsirov
Müasir Müsavat Partiyası tərəifndən Mərkəzi
Seçki Komissiyasında məşvərətçi səs hüquqlu
üzv təyin edilmiş Həsənzadə Rauf Allahverdi
oğlunun, habelə respublikanın bütün ərazisində
müşahidə aparmaq üçün təyin edilmiş Məmmədov
Akif Musa oğlunun təsdiq olunması haqqında
təklifi diqqətə çatdırmışdır. İclas iştirakçıları
bu təklifi dəstəkləmişlər.
Komissiyanın katibi V.Mahmudov Azərbaycan
Respublikası prezidentliyinə namizəd Hacıyeva
Lalə-Şövkət tərəfindən Mərkəzi Seçki Komissiyasına
məşvərətçi səs hüquqla üzv təyin edilmiş
Abbasov Elxan Saleh oğlunun, habelə ölkənin
bütün ərazisində müşahidə aparmaq üçün təyin
edilmiş Yaqubov Mahir Məmməd oğlunun təsdiq
edilməsi haqqında məlumat vermişdir. Komissiya
bu məsələni də müsbət həll etmişdır.
Daha sonra MSK-nın katibi İ.Nəsirov Milli
Vəhdət Partiyası tərəfindən Mərkəzi Seçki
Komissiyasında məşvərətçi səs hüquqlu üzv
təyin edilmiş Qasımov Telman Abiəli oğlunun,
habelə həmin partiya tərəfindən vəkil təyin
edilmiş 50 nəfərin qeydə alınması barədə
təklifi komissiya üzvlərinin nəzərinə çatdırmışdır.
İclasda bu məsələlərin müsbət həlli haqqında
qərar qəbul edilmişdir.
Mərkəzi Seçki Komissiyasının katibi V.Mahmudov
Ədalət Partiyası tərəfindən MSK-da məşvərətçi
səs hüquqlu üzv təyin edilən Məsiyev Azad
Yusif oğlunun, Azərbaycan Respublikasının
bütün ərazisində müşahidə aparmaq üçün təyin
edilmiş Rüstəm Səməd oğlu Həsənovun və vəkil
edilən 50 nəfərin qeydə alınması haqqında
məlumat vermişdir. Komissiya bu məsələlərə
də müsbət rəy vermişdir.
Sonra MSK üzvü Azər Tağıyev Komissiyaya
daxil olmuş müraciətlərə baxılması barədə
məlumat vermişdir. Mərkəzi Seçki Komissiyası
üzvləri şikayətlərlə bağlı uyğun qərarlar
qəbul etmişlər.
Bundan sonra MSK üzvü Fuad Cavadov 2003-cü
il oktyabrın 15-nə təyin edilmiş Azərbaycan
Respublikası Prezidenti seçkilərində qeydə
alınmış namizədlərə pulsuz efir vaxtının
bölgüsü məqsədilə keçirilmiş püşkatmanın
nəticələrini elan etmişdir. Komissiya üzvləri
həmin nəticələrin təsdiqlənməsinin lehinə
səs verimşlər.
Komissiyanın İclasında Seçki Sistemləri
üzrə Beynəlxalq Fondun (İFES), Milli Demokratiya
İnstitutunun, ABŞ, Yaponiya səfirliklərinin
təmsilçiləri, yerli və xarici kütləvi informasiya
vasitələrinin nümayəndələri iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti
[21.08.2003]
Dairə seçki
komissiyaları üzvləri üçün seminar
Azərbaycan Respublikası prezidentinin
seçkilərinə hazırlıqla əlaqədar dairə seçki
komissiyalarının üzvləri üçün zona seminar-müşavirələrinin
keçirilməsi davam edir. Avqustun 21-də Şəhriyar
adına Mədəniyyət mərkəzində Bakı şəhərində
yerləşən 29 seçki dairəsinin və 120 saylı
Cəbrayıl-Qubadlı, 124 saylı Şuşa–Fizuli–Xocalı-Xocavənd,
125 saylı Zəngilan-Qubadlı seçki dairələri
dairə seçki komissiyalarının üzvləri üçün
seminar keçirilmişdir.
Seminarı Mərkəzi Seçki Komissiysının sədri
Məzahir Pənahov açmışdır. O, dairə seçki komissiyalarının
üzvlərini seçilmələri münasibətilə təbrik
etmiş və bildirmişdir ki, Mərkəzi Seçki Komissiyası
indiyədək dairə seçki komissiyaları üzvlərinin
hüquqi biliklərinin artırılması və təlimatlandırılması
məqsədilə ölkənin 7 bölgəsində seminarlar
təşkil etmişdir. MSK sədri belə bir tədbirin
avqustun 22-də Naxçıvan şəhərində keçiriləcəyini
də diqqətə çatdırmışdır.
Daha sonra M.Pənahov növbəti prezident seçkilərinin
ölkəmizin ictimai –siyasi həyatında mühüm
tarixi hadisə olduğunu və bu tarixi şəraitdə
dairə seçki komissiyalarının üzərinə böyük
məsuliyyət düşdüyünü söyləmişdir. Açıq və
ədalətli seçkilərin keçirilməsi üçün ictimai
- siyasi sabitliyin mühüm faktor olduğunu
nəzərə çatdıran MSK sədri qeyd etmişdir ki,
artıq hazırkı iqtidarın səyləri nəticəsində
ölkədə belə sabitlik yaradılmış, çoxpartiyalı
sistem təşəkkül tarmış, kütləvi informasiya
vasitələri üzərindən senzura götürülmüş, bir
sözlə demokratik şərait bərqərar olmuşdur.
Bütün bunlar həhn hazırki iqtidara minnətdarlıq
edən natiq ölkə parlamentinin qəbul etdiyi
və dövlət başcısı tərəfindən imzalanaraq qüvvəyə
minmiş Azərbaycan Respublikasının Seçki Məcəlləsinin
beynəlxalq normalara cavab verdiyini vurğulamışdır.
MSK sədri prezident seçkilərinin keçirilməsinin
əsasən 3 mərhələdən ibarət olduğunu bildirmişdir.
Birinci mərhələdə namizədlər irəli sürülür
və qeydə alınır, ikinci mərhələdə təşviqat
kamraniyası ararılır, həmin mərhələdə isə
səsvermə keçirilir. Birinci mərhələnin arxada
qaldığını və xeyli iş görüldüyünü deyən natiq
artıq ikinci mərhələnin başlandığını söyləmişdir.
M.Pənahov dairə seçki komissiyaları və məntəqə
seçki komissiyalarının yaradılmasının da böyük
əhəmiyyət kəsb etdiyini xüsusi qeyd etmişdir.
Seminarda Mərkəzi Seəki Komissiyası üzvlərinin
məruzələri dinlənilmişdir. Mərkəzi Seçki Komissiyasının
üçün Fuad Cavadov seçici siyahılarının tərtib
edilməsi, seçicilərin seçki siyahılarına daxil
olmalarını təsdiq edən qeydiyyatdanəıxma vəsiqəsi
barədə məruzə etmişdir. O, beynəlxalq təcrübədən
nümunələr gətirərək seçici siyahılarının tərtibinin
Kanada və İngiltərə praktikasına uyğun həyata
keçirildiyini qeyd etmişdir. Əvvəllər əsas
və əlavə seçici siyahılarının mövcud olduğundan
danışan MSK üçün bildirmişdir ki, indi Seçki
Məcəlləsinə görə vahid seçici siyahısı var.
O, sözügedən mövzu ilə bağlı başqa məsələlərə
də toxunmuşdur.
Çıxış edən digər natiq, MSK üçün Azər Tağıyev
qeydə alınmış prezidentliyə namizədlərin,
siyasi partiyaların və siyasi partiya bloklarının
seçki dairəsinin ərazisində seçkiqabağı təşviqat
fəaliyyətinə bərabər şəraitin yaradılması
barədə məruzə ilə əıxış etmişdir. O, seçkiqabağı
təşviqatın qaydaları, müddəti barədə ətraflı
məlumat vermiş, kütləvi informasiya vasitələrinin
təşviqat prosesindəki rolundan sshbət açmışdır.
A. Tağıyev din xadimləri üçün təşviqat aparılmasının
yolverilməz olduğunu vurğulamış, bu məsələnin
Konstitusiyada təsbit edildiyini xatırlatmışdır.
Azər Tağıyevdən sonra MSK üzvü Asif Mahmudov
məntəqə seçki komissiyalarının formalaşdırılması,
onların fəaliyyətinə nəzarət işinin əlaqələndirilməsi
barədə məruzə etmişdir. O, seçki məntəqələrinin
yaradılması, təşkili qaydalarından söz açmış,
məntəqə seçki komissiyalarının vəzifələri
və komissiya üzvlərinin fəaliyyətinin təminatları
barədə ətraflı danışmışdır.
Seminarın sonunda MSK üzvləri dairə seçki
komissiyaları üzvlərini maraqlandıran suallara
ətraflı cavablar vermişlər.
Tədbirdə KİV nümayəndələri iştirak etmişdir.
[18.08.2003]
2003-cü il avqustun 18-dən 22-nə kimi Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyası ölkədə
prezident seçkilərinə hazırlıqla əlaqədar
Azərbaycan Respublikası Seçki Məcəlləsinin
25.2.7 maddəsinə uyğun olaraq dairə seçki
komissiyalarının üzvləri üçün zona seminarları
keçirir. Seçki komissiyaları üzvlərinin hüquqi
biliklərinin artırılması və təlimatlanıdırılması
məqsədilə təşkil olunan treninqlər respublikanın
doqquz zonasını və hər zonada (Naxçıvan Muxtar
Respublikasının seçki dairələrindən başqa)
14 seçki dairəsinin dairə seçki komissiyalarını
əhatə edir. Naxçıvan şəhərində avqustun 22-də
1-7 saylı seçki dairəsinin dairə seçki komissiyalarının
üzvləri üçün seminarların keçirilməsi nəzərdə
tutulur. Seminarlarda seçici siyahılarının
tərtib edilməsi, seçicilərin seçici siyahılarına
daxil olmalarını təsdiq edən qeydiyyatdançıxma
vəsiqəsi barədə, qeydə alınmış namizədlərin,
siyasi partiyaların, siyasi partiya bloklarının
seçkiqabağı təşviqat fəaliyyəti üçün seçki
dairəsinin ərazisində bərabər şəraitin yaradılması,
məntəqə seçki komissiyalarının formalaşdırılması
və onların əlaqələndirilməsi və sair mövzularda
məruzələr dinlənilir. Məruzələrlə Mərkəzi
Seçki Komissiyasının üzvləri və MSK Aparatının
məsul işçiləri çıxış edirlər.
Avqustun 18-də Sumqayıt, Əli Bayramlı, Göyçay
şəhərlərində, avqustun 19-da isə Quba, Şəki
və Lənkəranda seminarlar olmuşdur. Avqustun
20-də Gəncədə, avqustun 21-də Bakı şəhərində
seminarlar keçirilməsi nəzərdə tutulur.
Avqustun 19-da Şəki şəhərində keçirilən seminarda
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları
Bürosunun Azərbaycanda pezident seçkiləri
ilə əlaqədar missiyası rəhbərinin müavini
cənab Con Hartland da iştirak etmişdir.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti
[15.08.2003]
Avqustun 15-də Məzahir Pənahovun
sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının
növbəti iclası olmuşdur.
Mərkəzi Seçki Komissiyasının katibi Vidadi
Mahmudov Azərbaycan Respublikası prezidentliyinə
namizədlikləri təsdiq edilmiş cənab Rüstəmxanlı
Sabir Xudu oğlunun,cənab Musayev Elşad Nəbi
oblunun, Mərkəzi Seçki Komissiyasının katibi
İnqilab Nəsirov isə prezidentliyə namizədlikləri
təsdiq edilmiş cənab Hacıyev Hafiz Ələmdar
oğlunun, cənab Kərimli Əli Əmirhüseyn oğlunun,
cənab Sadıxov Çingiz Dəmir oğlunun, cənab
Kərimli Tahir Zayıdağa oğlunun prezidentliyə
namizədliklərinin qeydə alınması haqqında
məlumat vermişlər.
Azərbaycan Respublikası prezidentliyinə namizədlikləri
təsdiq edilmiş cənab Rüstəmxanlı Sabir Xudu
oğlu və cənab Hacıyev Hafiz Ələmdar oğlu könüllü
qeydiyyat depozitinin geri qaytarılmaması
şərtilə namizədliklərinin qeydə alınması barədə
rəsmi müraciət etdiklərinə görə Mərkəzi Seçki
Komissiyası onların prezidentliyə namizədliklərini
qeydə almaq haqqında qərar qəbul etmişdir.
Komissiya Azərbaycan Respublikası prezidentliyinə
namizədliyi təsdiq edilmiş cənab Kərimli Əli
Əmirhüseyn oğlunun sənədləri Seçki Məcəlləsinin
tələblərinə uyğun rəsmiləşdirildiyinə görə
onun prezidentliyə namizədliyini qeydə almaq
barədə qərar qəbul etmişdir.
Azərbaycan Respublikası prezidentliyinə namizədlikləri
təsdiq edilmiş cənab Musayev Elşad Nəbi oğlunun,
cənab Sadıxov Çingiz Dəmir oğlunun, cənab
Kərimli Tahir Zayıdağa oğlunun prezidentliyə
namizədlikləri onların müdafiəsi üçün təqdim
olunmuş etibarlı seçici imzalarının lazımi
sayda olmaması səbəbindən qeydə alınmamışdır.
Mərkəzi Seçki Komissiyasının katibi İnqilab
Nəsirov Azərbaycan Respublikası prezidentliyinə
namizəd Həsənquliyev Qüdrət Müzəffər oğlu
tərəfindən Mərkəzi Seçki Komissiyasına məşvərətçi
səs hüquqlu üzv təyin edilmiş Mirzəbəyli Elçin
Əbdülrəhim oğlunun, habelə Azərbaycan Respublikasının
bütün ərazisində müşahidə aparmaq üçün müşahidəçi
təyin edilmiş Məmmədov Elbrus Qibləli oğlunun
təsdiq edilməsi haqqında məlumat vermişdir.
Komissiya buməsələlərin müsbət həlli barədə
qərar çıxarmışdır.
İclasın sonunda 8 saylı Binəqədi və 92 saylı
Zərdab –Ucar seçki dairələri dairə seçki komissiyalarının
tərkibində dəyişiklik edilməsi məsələsi müzakirə
edilmiş və müvafiq qərar qəbul olunmuşdur.
İclasda Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(İFES),
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları
Büürosunun,Milli Demokratiya İnstitutunun,
Avropa Şurası Baş Katibinin xüsusi nümayəndəliyinin,
ABŞ və Türkiyə səfirliklərinin təmsilçiləri,
xarici vaə yerli kütləvi informasiya vasitələrinin
nümayəndələri iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti
[14.08.2003]
Avqustun 14-də Məzahir Pənahovun sədrliyi
ilə Mərkəzi Seçki Ko-missiyasının növbəti
iclası olmuşdur.
Mərkəzi Seçki Komissiyasının katibi İnqilab
Nəsirov Azərbaycan Respublikası prezidentliyinə
namizədlikləri təsdiq olunmuş cənab Hafiz
Ələmdar oğlunun, cənab Şirin İxtiyar Əlibala
oğlunun, cənab Əlizadə Araz Məmməd Mübariz
oğlunun, xanım Hacıyeva Lalə-Şövkətin prezidentliyə
namizədliklərinin qeydə alınması haqqında
məlumat vermişdir. Komissiya Azərbaycan
Respublikası prezidentliyinə namizədlikləri
təsdiq edilmiş cənab Hacıyev Hafiz Ələmdar
oğlunun, cənab Şirin İxtiyar Əlibala oğlunun,
cənab Əlizadə Araz Məmməd Mübariz oğlunun
nami-zədliklərini onların müdafiəsi üçün
təqdim olunmuş etibarlı seçici imzalarının
lazımi saydan az olmasına görə qeydə almamışdır.
Azərbaycan Respublikası prezidentliyinə
namizədliyi təsdiq olunmuş xanım Hacıyeva
Lalə-Şövkət könüllü qeydiyyat depozitinin
geri qaytarılmaması şərtilə namizədliyinin
qeydə alınması barədə müraciət etdiyinə
görə Mərkəzi Seçki Komissiyası onun prezidentliyə
namizədliyini qeydə almaq haqqında qərar
qəbul etmişdir.
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir
Pənahov cənab Rüstəmxanlı Sabir Xudu oğlunun
prezidentliyə namizədliyinin qeydə alınmaması
barədə səsvermə keçirilməsi haqqında məlumat
vermişdir.
Komissiya Sabir Xudu oğlu Rüstəmxanlının
prezidentliyə namizədliyinin qeydə alınmamasını
səs çoxluğu ilə qərara almışdır.
İclasda Mərkəzi Seçki Komissiyasının katibi
Vidadi Mahmudov Azər-baycan Respublikası
Seçki Məcəlləsinin 19.3-cü maddəsinin tələblərinin
bəzi dairə seçki komissiyaları tərəfindən
pozulması barədə Mərkəzi Seski Komissiyasına
daxil olmuş şikayətlərə baxılmasının nəticələri
haqqında məlumat vermişdir. Məsələ hərtərəfli
müzakirə olunmuş və əslində heç bir qanun
pozuntusu hallarına yol verilmədiyi aşkara
çıxarılmışdır.
Mərkəzi Seçki Komissiyası sədrinin müavini
Svetlana Qasımovanın 76 saylı Lənkəran-
Astara dairə seçki komissiyasının tərkibində
dəyişiklik edilməsi barədə məlumatı dinlənilmişdir.
Həmin dairə seçki komissiya-sının tərkibində
dəyişiklik edilməsinə razılıq verilməsi
qərara alınmışdır.
Müsavat Paritiyası tərəfindən Mərkəzi Seçki
Komissiyasında məşvə-rətçi səs hüquqlu üzv
təyin edilmiş İsmayılov İlham Köçəri oğlunun
təsdiq edilməsi haqqında komissiyanın katibi
Vidadi Mahmudovun məlumatı dinlənildikdən
sonra İsmayılov İlham Köçəri oğlunun məşvərətçi
səs hüquqlu üzv təsdiq edilməsi qərarlaşdırılmışdır.
Seçki Komissiyasının katibi İnqilab Nəsirov
Komissiyaya daxil olmuş müraciətlərə baxılması
haqqında məlumatla çıxış etmişdir. Komissiya
həmin müraciətlərin Azərbaycan Respublikası
Baş Prokurorluğunda araş-dırılan sənədlərə
əlavə kimi göndərilməsini qərara almışdır.
İclasın sonunda cari məsələlər müzakirə
olunmuşdur.
Komissiyanın iclasında Seçki Sistemləri
üzrə Beynəlxalq Fondun (İFES), ATƏT-in Demokratik
Təsisatlar və İnsan Hüquqları Bürosunun,
Avropa Şurası Baş Katibinin xüsusi nümayəndəliyinin,
ABŞ, Türkiyə, Yaponiya səfirliklərinin təmsilçiləri,
xarici və yerli kütləvi informasiya va-sitələrinin
nümayəndələri iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti
[12.08.2003]
Avqustun 12-də cənab Məzahir Pənahovun sədrliyi
ilə Mərkəzi Seçki Komissiyasının növbəti
iclası olmuşdur.
İclasda Mərkəzi Seçki Komissiyasının katibi
İnqilab Nəsirov “Azərbaycan Respublikasının
Prezidentliyinə namizədin, siyasi partiya
və siyasi partiyalar blokunun səlahiyyətli
nümayəndələrinin statusu haqqında Təlimat”ın,”Vəkil
edilmiş şəxslərin statusu haqqında “Təlimat”ın,
Mərkəzi Seçki Komissiyasının katibi Vidadi
Mahmudov “Seçki komissiyalarının məşvərətçi
səs hüquqlu üzvlərinin statusu haqqında
Təlimat”ın təsdiq edilməsi barədə məlumat
vermişlər. Komissiya üzvlərinin rəy və təklifləri
nəzərə alınmaqla həmin sənədlər təsdiq olunmuşdur.
Mərkəzi Seçki Komissiyasının katibi İnqilab
Nəsirovun “Azərbaycan Respublikası prezidentliyinə
qeydə alınmış namizədlərin təhlükəsizliyinin
təmin edilməsi haqqında” məlumatı dinlənilmişdir.
Komissiya müzakirəyə çıxarılmış bu məsələnin
müsbət həllini məqsədəuyğun hesab etmişdir.
İclas iştirakçıları Mərkəzi Seçki Komissiyasının
katibi İnqilab Nəsirovun Azərbaycan Respublikası
prezidentliyinə namizədlikləri təsdiq edilmiş
cənab Məmmədov Etibar Səlidar oğlunun və
xanım Hacıyeva Lalə-Şövkətin prezidentliyə
namizədliklərinin qeydə alınması haqqında
məlumatını dinləmişlər.
Komissiya cənab Məmmədov Etibar Səlidar
oğlunun prezidentliyə namizədliyini qeydə
almağı qərarlaşdırmışdır.
Xanım Hacıyeva Lalə-Şövkətin təqdim olunmuş
imza vərəqələri və digər seçki sənədləri
Seçki Məcəlləsinin tələblərinə uyğun gəlmədiyinə
görə onun prezidentliyə namizədliyi qeydə
alınmamışdır.
Mərkəzi Seçki Komissiyasının katibi Vidadi
Mahmudov Azərbaycan Respublikası prezidentliyinə
namizədliyi təsdiq edilmiş cənab Rüstəmxanlı
Sabir Xudu oğlunun prezidentliyə namizədliyinin
qeydə alınması haqqında məlumat vermişdir.
Geniş müzakirələrdən sonra müəyyən məqamların
tam araşdırılması üçün cənab Rüstəmxanlı
Sabir Xudu oğlunun prezidentliyə namizədliyinin
qeydə alınıb-alınmaması məsələsi növbəti
iclasa kimi təxirə salınmışdır.
Mərkəzi Seçki Komissiyası sədrinin müavini
Svetlana Qasımova və komissiyanın katibi
Vidadi Mahmudov bəzi dairə seçki komissiyalarının
tərkibində dəyişiklik edilməsi barədə məlumat
vermişlər. Komissiya təklif olunan dəyişikliklərin
qəbul edilməsini məqbul saymışdır.
Müşahidəçilərin akkreditasiyadan keçməsi
üçün Mərkəzi Seçki Komissiyasına təqdim
edilən sənədlərin siyahısının təsdiq olunması
haqqında komissiyanın katibi Vidadi Mahmudovun
məlumatı dinlənildikdən sonra həmin sənədlər
siyahısının təsdiq edilməsi qərara alınmışdır.
Komissiyanın üzvü Azər Tağıyev Mərkəzi Seçki
Komissiyasına daxil olmuş müraciətlərə baxılması
haqqında məlumatla çıxış etmişdir. Bəzi
qəzetlərdə prezidentliyə namizədlərin əleyhinə
yönəldilmiş etikadan kənar təşviqatqabağı
materialların hərtərəfli müzakirəsinin növbəti
iclasda geniş müzakirəyə çıxarılması qərara
alınmışdır. Mərkəzi Seçki Komissiyasının
katibi İnqilab Nəsirovun 1-7 saylı seçki
dairələrinin təchizatı üçün Mərkəzi Seçki
Komissiyası tərəfindən mərkəzləşdirilmiş
qaydada paylanmalı ləvazimatın xərclərinin
Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki
Komissiyasının bank hesabına köçürülməsi
haqqında məlumatı dinlənilmişdir. Komissiya
bu məsələnin müsbət həllinə səs vermişdir.
İclasın sonunda cari məsələlərə baxılmışdır.
İclasda Seçki Sistemləri üzrə Beynəlxalq
Fondun (İFES), Avropa Şurası Baş katibinin
xüsusi nümayəndəliyin, ATƏT-in Demokratik
Təsisatlar və İnsan Hüquqları Bürosunun,
ABŞ, Türkiyə, Rumıniya, İsrail səfirliklərinin
təmsilçiləri, xarici və yerli informasiya
vasitələrinin nümayəndələri iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti
[08.08.2003]
Avqustun 8-də cənab Məzahir Pənahovun sədrliyi
ilə Mərkəzi Seçki Komissiyasının növbəti
iclası olmuşdur. Məzahir Pənahov Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının
12 iyul 2003-cü il tarixli , 13 iyul 2003-cü
il tarixli və 14 iyul 2003-cü il tarixli
iclas protokollarının təsdiq edilməsi haqqında
məlumat vermişdir. Komissiya həmin iclas
protokollarının təsdiq edilməsi barədə qərar
qəbul etmişdir.
Sonra cündəliyin digər məsələlrinə baxılmışdır.
Mərkəzi Seçki Komissiyası sədrinin müavini
Svetlana Qasımova “Azərbaycan Respublikası
Prezidentinin seçkilərinə hazırlıqla əlaqədar
dairə seçki komissiyalarının üzvləri üçün
zona seminarlarının keçirilməsi Gündəliyi”nin
təsdiq edilməsi haqqında məlumat vermişdir.
Komissiya bu Gündəliyin təsdiq olunması
barədə qərar qəbul etmişdir.Mərkəzi Seçki
Komissiyasının katibi Vidadi Mahmudov Azərbaycan
Respublikası Prezidentliyinə namizədliyi
təsdiq edilmiş cənab İsmayılov İlyas Abbas
oğlunun, Mərkəzi Seçki Komissiyasının katibi
İnqilab Nəsirov isə cənab Əliyev Yunus İsaxan
oğlunun prezidentliyə namizədliklərinin
qeydə alınması haqqında məlumat vermişlər.
Komissiya İsmayılov İlyas Abbas oğlunun
və Əliyev Yunus İsaxan oğlunun Azərbaycan
Respublikası prezidentliyinə namizədliklərinin
qeydə alınması barədə qərar çıxarmışdır.
Mərkəzi Seçki Komissiyasının üzvü Azər Tağıyev
“Azərbaycan Respublikası Prezidentinin seçkiləri
zamanı seçkiqabağı təşviqatın aparılması
ilə bağlı Azərbaycan Respublikası Seçgi
Məcəlləsinin bəzi müddəalarının tətbiqi
və prezident seçkilərində iştirak etmək
üçün qeydə alınmış namizədlər, namizədləri
qeydə alınmış siyasi partiyalar, siyasi
partiya bloklarına Dövlət Teleradio Şirkətinin
kanallarında efir vaxtını verilməsi dövri
mətbuat səhifələrində seçkiqabağı təşviqat
materiallarının dərc edilməsi qaydaları
haqqında Təlimat”ın, Mərkəzi Seçki Komissiyasının
katibi İNqilab Nəsirov isə “Məntəqə seçki
komissiyalarının formalaşdırılması qaydaları
haqqında Təlimat”ın təsdiq edilməsi barədə
iclas iştirakçılarına məlumat vermişlər.
Komissiya hər iki təlimatın təsdiq olunmasını
qərara almışdır.
Mərkəzi Seçki Komissiyasının katibi İnqilab
Nəsirov “Mərkəzi Seçki Komissiyası katibliyinin
Əsasnaməsi”nin təsdiq edilməsi haqqında
məlumat vermişdir. Komissiya katibliyin
Əsasnaməsini verilmiş təkliflər nəzərə alınmaqla
təsdiq etmişdir.
İclasda Mərkəzi Seçki Komissiyası sədrinin
müavini Svetlana Qasımovanın, Mərkəzi Seçki
Komissiyasının katibi İnqilab Nəsirovun
və Mərkəzi Seçki Komissiyasının katibi Vidadi
Mahmudovun bəzi seçki komissiyalarının tərkibində
dəyişikliklər edlilməsi barədə məlumaitları
dinlənilmişdir. Komissiya bununla əlaqədar
müvafiq qərar qəbul etmişdir.
Mərkəzi Seçki Komissiyasının katibi Vidadi
Mahmudov səsvermənin nəticələri haqqında
dairə və məntəqə seçki komissiyalarının
prtokol nümunələrinin təsdiq edilməsi haqqında
məlumatı dimnlənildikdən sonra həmin protokol
nümunələrinin təsdiq olunmasını qərarlaşdırmışdır.
Mərkəzi Seçki Komissiyasının katibi İnqilab
Nəsirov azadlıqdan məhrumetmə yerlərində
təqsirli bilinən, məhkum olunan şəxslərin
səsverməsi üçün xüsusi vəsiqə formasının
təsdiq edilməsi haqqında məlumat vermişdir.
Komissiya həmin vəsiqə formasının təsdiq
olunmasını qərara almışdır.
Mərkəzi Seçki Komissiyasının katibi İnqilab
Nəsirovun Mərkəzi Seçki Komissiyasına daxil
olmuş müraciətlərə baxılması haqqında məlumatı
müzakirə olunmuş və sənədlərin araşdılaraq
müvafiq tədbirlər görülməsindən ötrü Azərbaycan
Respublikasının Baş Prokurorluğuna göndərilməsini
qərara alınmışdır.
Azərbaycan Respublikası Prezidentliyinə
qeydə alınmış namizədlərin təhlükəsizliyinin
təmin edilməsi haqqında məsələ komissiyanın
qərarı ilə növbəti iclasa keçirilmişdir.
İclasın sonunda cari məsələlərə baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında Seçki
Sistemləri üzrə Beynəlxalq Fondun (İFES),
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları
Bürosunun Bakı ofisinin, ABŞ-ın Milli Demokratiya
İnstitutunun, Avropa Şurası Baş katibinin
Bakı ofisinin, ABŞ səfirliyinin təmsilçiləri,
xarici və yerli kütləvi informasiya vasitələrinin
nümayəndələri iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti
[03.08.2003]
Avqustun 3-də Məzahir Pənahovun sədrliyi
ilə Mərkəzi Seçki Komissiyasının növbəti
iclası olmuşdur. Məzahir Pənahov Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının
8 iyul 2003-cü il və 9 iyul 2003-cü il tarixli
iclas protokollarının təsdiq edilməsi haqqında
məlumat vermişdir. Komissiya üzvləri həmin
iclas protokollarının təsdiq edilməsini
qərara almışlar.
Mərkəzi Seçki Komissiyasının katibi Vidadi
Mahmudov Azərbaycan Respublikası prezidentliyinə
namizədliyi təsdiq edilmiş cənab Qəmbər
İsa Yunus oğlunun prezidentliyə namizədliyinin
qeydə alınması haqqında məlumatla çıxış
etmişdir. Komissiya cənab Qəmbər İsa Yunus
oğlunun prezidentliyə namizədliyini qeydə
almaq barədə qərar çıxarmışdır.
Mərkəzi Seçki Komissiyasının katibi İnqilab
Nəsirov Azərbaycan Respublikası prezidentliyinə
namizədlikləri təsdiq edilmiş cənab Səmədov
Abutalıb Qənbər oğlunun və Həsənquliyev
Qüdrət Müzəffər oğlunun prezidentliyə namizədliklərinin
qeydə alınması barədə məlumatla çıxış etmişdir.
Komissiya cənab Səmədov Abutalıb Qənbər
oğlunun və cənab Həsənquliyev Qüdrət Müzəffər
oğlunun prezidentliyə namizədliklərini qeydə
almışdır.
Mərkəzi Seçki Komissiyası sədrinin müavini
Svetlana Qasımova və komissiyanın katibi
Vidadi Mahmudovun bəzi seçki komissiyalarının
tərkibində dəyişiklik edilməsi barədə məlumatları
dinlənildikdən sonra müvafiq qərar qəbul
olunmuşdur.
İclasda komissiyanın katibi Vidadi Mahmudovun
Mərkəzi Seçki Komissiyasına daxil olmuş
müraciətlərə baxılması haqqında məlumatı
dinlənilmiş və müzakirə edildikdən sonra
müraciətlərin araşdırılaraq müvafiq tədbir
görülməsindən ötrü Azərbaycan Respublikasının
Baş Prokurorluğuna göndərilməsi qərara alınmışdır.
Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası
Prezitentinin seçkiləri ilə əlaqədar bəzi
sənəd nümunələrini əsas kimi təsdiq etməyi
də qərarlaşdırmışdır.
İclasda Seçki Sistemləri üzrə Beynəlxalq
Fondun (İFES), ATƏT-in Demokratik Təsisatlar
və İnsan Hüquqları Bürosu Bakı ofisinin,
ABŞ və Türkiyə səfirliklərinin təmsilçiləri,
habelə xarici və yerli kütləvi informasiya
vasitələrinin nümayəndələri iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti
[01.08.2003]
Avqustun 1-də
Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki
Komissiyasının növbəti iclası olmuşdur.
Məzahir Pənahov iclas iştirakçılarına 2003-cü
il oktyabrın 15-də keçiriləcək Azərbaycan
Respublikasının Prezidenti seçkilərində
cənab İlham Heydər oğlu Əliyevin prezidentliyə
namizədliyinin qeydə alınması haqqında məlumat
vermişdir. O, cənab İlham Heydər oğlu Əliyevin
prezidentliyə namizədliyinin qeydə alınması
üçün təqdim olunmuş imza vərəqələrinin və
digər seçki sənədlərinin Seçki Məcəlləsinin
tələblərinə tam uyğun olması bütün iştirakçıların
diqqətinə çatdırmışdır.
Mərkəzi Seçki Komissiyası cənab İlham Heydər
oğlu Əliyevin Azərbaycan Respublikasının
prezidentliyinə namizədliyini qeydə almaq
barədə qərar çıxarmışdır.
Daha sonra iclas gündəliyində nəzərdə tutulmuş
digər məsələlərə baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının katibi İnqilab
Nəsirov Milli Konqres Partiyasına, habelə
“Böyük Azərbaycan” seçicilərin təşəbbüs
qrupu tərəfindən prezidentliyə namizədliyi
irəli sürülmüş Elşad Musayevə əlavə imza
vərəqələri verilməsi üçün müraciətlərə baxılması
haqqında komissiya üzvlərini məlumatlandırmışdır.
Mərkəzi Seçki Komissiyası Milli Konqres
Partiyasına və prezidentliyə namizədliyi
“Böyük Azərbaycan” seçicilərin təşəbbüs
qrupu tərəfindən irəli sürülmüş Elşad Musayevə
əlavə imza vərəqələri verilməsini qərara
almışdır.
İclasda Mərkəzi Seçki Komissiyasının katibi
İnqilab Nəsirov Vəfa Adil qızı Dəmirovanın
Azərbaycan Respublikası Prezidentinin seçkiləri
üzrə 55 saylı Xaçmaz şəhər seçki dairəsi
dairə seçki komissiyasının üzvlüyündən öz
xahişi ilə vaxtından əvvəl azad edilməsi
barədə məlumat vermişdir. Komissiya bu xahişə
əməl olunmasını qərara almışdır.
İclasda Azərbaycan Respublikası Prezidenti
seçkiləri ilə əlaqədar bəzi sənəd nümunələrinin
təsdiq edilməsi haqqında Mərkəzi Seçki Komissiyasının
katibi Vidadi Mahmudovun məlumatı dinlənildikdən
sonra həmin sənədlər əsas kimi qəbul olunmuşdur.
Sonda cari məsələlərə baxılmışdır.
İclasda Seçki Sistemləri üzrə Beynəlxalq
Fondun(İFES), ATƏT-in Demokratik Təsisatlar
və İnsan Hüquqları Bürosunun Bakı ofisinin,Yaponiya,
Türkiyə, İsrail, ABŞ, Polşa səfirliklərinin
təmsilçiləri, habelə xarici və yerli kütləvi
informasiya vasitələrinin nümayəndələri
iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti
[26.07.2003]
İyulun 26-da Mərkəzi Seçki Komissiyasında
Azərbaycan Respublikası Prezidentinin seçkilərinə
hazırlıqla əlaqədar 57–117 saylı dairə seçki
komissiyalarının sədrlərinin iştirakı ilə
müşavirə keçiriləndən sonra iyulun 28-də
1–56 saylı seçki komissiyalarının və işğal
olunmuş rayonlar üzrə dairə seçki komissiyaları
sədrlərinin iştirakı ilə də müşavirə keçirilmişdir.
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir
Pənahov müşavirə iştirakçılarını Azərbaycanda
Prezident seçkiləri ərəfəsində onlara göstərilmiş
ümumxalq etimadı münasibətilə təbrik etmiş,
seçkilərin dünya standartları səviyyəsində
keçirilməsi üçün var qüvvələrini əsirgəməyəcəklərinə
ümidvar olduğunu bildirmişdir. Onları seçkilərə
hazırlıq ərəfəsində və seçkilər keçirilən
gün Azərbaycanın demokratik dəyərlərə söykənən
ölkə imicinin bir daha təsdiqi üçün əllərindən
gələni etməyə çağırmışdır. Azərbaycanın
qabaqcıl dünya ölkələrinə inteqrasiyası
sahəsində respublika rəhbərliyinin apardığı
irimiqyaslı dövlət siyasətinin əməli nəticələrinin
daha da qabarıq təcəssümü üçün bunun vacibliyini
xüsusi vurğulamışdır. Məzahir Pənahov dairə
seçki komissiyalarının sədrlərini Azərbaycanda
prezident seçkilərinin şəffaf, ədalətli
və demokratik prinsiplər əsasında keçirilməsinin
təminatçılarından biri olmağa çağırmışdır.
Müşavirədə Mərkəzi Seçki Komissiyasının
katibi İnqilab Nəsirov seçkilərin demokratik
tələblər baxımından yüksək səviyyədə keçirilməsində
xüsusi rol oynaya biləcək dairə seçki komissiyalarının
fəaliyyəti barədə çıxış etmişdir. Natiq
tədbir iştirakçılarını maraqlandıran məsələlərdən
danışmış, onların əməli fəaliyyətində qarşılaşa
biləcəkləri problemlərin həlli yollarını
göstərmişdir.İnqilab Nəsirov dairə seçki
komissiyaları sədrlərinin çoxsaylı suallarına
ətraflı cavab vermişdir.
Müşavirənin gündəliyinə uyğun olaraq Mərkəzi
Seçki Komissiyasının katibi Vidadi Mahmudov
dairə seçki komissiyalarının formalaşmasının
yekunu, Mərkəzi Seçki Komissiyasının üzvü
Azər Tağıyev isə prezidentliyə namizədlərin
seçkiqabağı təşviqatın aparılması qaydaları
haqqında çıxış etmişlər.
Müşavirədə Mərkəzi Seçki Komissiyasının
sədri Məzahir Pənahov yekun sözü söyləmişdir.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti
[26.07.2003]
26 iyul 2003-cü
ildə Mərkəzi Seçki Komissiyasında Azərbaycan
Respublikası Prezidentinin seçkilərinə hazırlıqla
əlaqədar 57 saylıdan 117 saylıyadək dairə
seçki komissiyaları sədrlərinin iştirakı
ilə müşavirə olmuşdur. Mərkəzi Seçki Komissiyası
üzvləri və katibliyinin məsul əməkdaşlarının
da iştirak etdiyi müşavirəni giriş sözü
ilə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir
Pənahov açmışdır. O, qarşıdan gələn Azərbaycan
Respublikası Prezidentinin seçkiləri ilə
əlaqədar görülən hazırlıq işləri barədə
məlumat vermiş, seçicilərin maarifləndirilməsi
yönündə həyata keçirilən tədbirlərdən söz
açmışdır. O, Prezident seçkilərinə hazırlığın
bütün mərhələlərini əhatə edən təlimatların,
əsasnamələrin, izahların və digər normativ
sənədlərin yerlərə göndərilməkdən ötrü mətbəə
üsulu ilə çap edildiyini, dövri mətbuat
səhifələrində, dövlət televiziya və radiosu
kanallarında MSK üzvləri tərəfindən geniş
izahat işlərinin aparııldığını tədbir iştirakçılarının
nəzərinə çatdırmışdır. Bütün bunların Azərbaycanda
prezident seçkilərinin demokratik, şəffaf
və ədalətli keçirilməsinə xidmət edəcəyini
xüsusi vurğulamışdır. Prezident seçkilərinə
çox sayda beynəlxalq seçki qurumları nümayəndələrinin
müşahidəçi qismində dəvət olunacağı müşavirə
iştirakçılarının diqqətinə çatdırılmışdır.
Daha sonra, Məzahir Pənahov Azərbaycan Respublikasının
dövlət müstəqilliyi əldə ediləndən sonra
ölkədə ictimai-siyasi sabitliyin getdikcə
bərqərar olması sayəsində seçkilərin demokratik
dəyərlərə sadiqlik prinsipləri əsasında
keçirilməsi üçün geniş imkanlar yarandığını
xüsusi vurğulamışdır. Seçkilərin Avropa
standartlarına uyğun olaraq ədalət prinsiplərinə
ciddi əməl edilməklə keçirilməsi sayəsində
vətənimizin demokratiyanın durmadan inkişaf
etdiyi ölkələr sırasına çıxdığını dilə gətirən
Məzahir Pənahov Azərbaycan Respublikası
Prezidentinin seçkilərində də ancaq qanunun
aliliyinin rəhbər tutulacağına inamını bildirmişdir.
O, bunun üçün Azərbaycanda möhkəm hüquqi
baza formalaşdığını diqqətə çəkmişdir. Komissiyanın
sədri seçkilərdə demokratik dəyərlərə təminat
məsələsinin tam reallaşmasına nail olmaq
üçün dairə seçki komissiyalarının üzərinə
düşən vəzifələrin məsuliyyətindən də danıışmış,
onların sədrlərini heç bir qanun pozuntusuna
yol verməməkdən ötrü sayıq olmağa çağırmışdır.
Mərkəzi Seçki Komissiyasının katibi İnqilab
Nəsirovun “Dairə seçki komissiyalarının
fəaliyyəti barədə” çıxışı öz aktuallığı
baxımından tədbir iştirakçılarının marağına
səbəb olmuşdur. İnqilab Nəsirov bu çıxışında
dairə seçki komissiyalarının fəaliyyətində
bir sıra məqamlara aydınlıq gətirməklə dinləyiciləri
razı salmışdır.
Müşavirədə Mərkəzi Seçki Komissiyasının
katibi Vidadi Mahmudovun “Dairə seçki komissiyalarının
formalaşmasının yekunu haqqında”, Mərkəzi
Seçki Komissiyasının üzvü Azər Tagıyevin
“Azərbaycan Respublikası prezidentliyinə
namizədlərin seçkiqabağı təşviqatının aparılması
qaydaları” haqqında məlumatları da dinlənilmişdir..
Bəhs edilən məsələlər ətrafında müzakirələr
olmuş, dairə seçki komissiyalarının sədrlərinin
onları maraqlandıran sualları ətraflı cavablandırılmışdır.
Müşavirədən sonra dairə seçki komissiyalarının
nümayəndələrinə Seçki Məcəlləsi, Təlimatlar
toplusunun birinci kitabı, Azərbaycan Respublikası
Prezidentinin seçkilərinin hazırlanıb keçirilməsi
üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim
Planı, surətçıxaran aparatlar, dairə seçki
komissiyalarının möhürləri, vəsiqələr və
digər materiallar verilmişdir.
1 saylıdan 56 saylıyadək dairə seçki komissiyalarının
və işğal olunmuş rayonlar üzrə dairə seçki
komissiyalarının sədrlərinin iştirakı ilə
müşavirənin iyulun 28-də keçirilməsi nəzərdə
tutulmuşdur.
Müşavirədə ATƏT-in Demokratik Təsisatlar
və İnsan Hüquqları Bürosunun Bakı ofisinin
təmsilçiləri və kütləvi informasiya vasitələrinin
nümayəndələri iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti
[25.07.2003]
İyulun 25-də Məzahir Pənahovun sədrliyi ilə
Mərkəzi Seçki Komissiyasının növbəti iclası
olmuşdur. Məzahir Pənahov Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının 02 iyul 2003-cü
il tarixli,04 iyul 2003-cü il tarixli və 06
iyul 2003-cü il tarixli iclas Protokollarının
təsdiq edilməsi məsələsini müzakirəyə çıxarmışdır.
Həmin sənədlər komissiya üzvlərinin təklifləri
nəzərə alınmaqla təsdiq olunmuşdur. Məzahir
Pənahov daha sonra, Mərkəzi Seçki Komissiyasının
nəzdində Mətbuat qrupunun tərkibinin formalaşdırılması
haqqında iclas iştirakçılarına məlumat vermişdir.
Mərkəzi Seçki Komissiyasında bitərəflərin
nümayəndəsi İnqilab Nəsirov Mətbuat qrupunun
tərkibinin ANS Müstəqil Yayım və Media Şirkəti
, “Olaylar” Agentliyi və “525-ci qəzet” təmsilçilərindən,
müxalifətin nümayəndəsi Vidadi Mahmudov SPACE
teleşirkəti, “Yeni Müsavat” qəzeti və “Turan”
Agentliyi təmsilçilərindən, Yeni Azərbaycan
nümayəndəsi Svetlana Qasımova Azərbaycan Dövlət
Teleqraf Agentliyi (AzərTac), Azərbaycan Dövlət
Teleradio Verilişləri Şirkəti və “Azərbaycan”
qəzeti təmsilçilərindən formalaşdırılması
təklifini irəli sürmüşlər. Təklif yekdilliklə
qəbul edilmişdir. Mətbuat qrununda Mərkəzi
Seçki Komissiyası tərəfdən komissiya üzvləri
Azər Tağıyev, Fuad Cavadov, Asəf Əliyev və
Mətbuat Xidmətinin rəhbəri Arif Hüseynov təmsil
olunacaqlar.
İclasda Mərkəzi Seçki Komissiyası sədrinin
müavini Svetlana Qasımovanın “Azərbaycan Respublikası
Prezidentinin seçkilərinə hazırlıqla əlaqədar
2003-gü il iyulun 26-da və 28-də keçiriləcək
dairə seçki komissiyaları sədrlərinin müşavirəsinin
Gündəliyi”nin təsdiq edilməsi haqqında məlumatı
dinlənilmişdir. Komissiya gündənliyin təsdiq
olunmasını qərara almışdır. Daha sonra Svetlana
Qasımova Azərbaycan Respublikası Prezidentinin
seçkiləri üzrə 42 saylı Sumqayıt ikinci, 118
saylı Ağdam şəhər və 119 saylı Ağdam kənd
seçki dairəsi dairə seçki komissiyasının tərkibində
dəyişiklik edilməsi barədə məlumat vermişdir.
Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası
Prezidentinin seçkiləri üzrə 42 saylı Sumqayıt
seçki dairəsi dairə seçki Komissiyasının üzvü
Qoşqar Cahan oğlu Əsgərovun səlahiyyətlərinə
vaxtından əvvəl xitam verilməsini, Rəhman
Əşrəf oğlu Qədirovun 118 saylı Ağdam şəhər,
Qəmbər İsgəndər oğlu Həsənovun 119 saylı Ağdam
kənd seçki dairəsi dairə seçki komissiyalarının
üzvü təyin etməsini qərara almışdır.
Komissiya Mərkəzi Seçki Komissiyasına daxil
olmuş müraciətə baxaraq Vətəndaş Həmrəyliyi
Partiyasına əlavə imza vərəqələri verilməsini
qərarlaşdırmışdır.
İclasda Hüseyn Məmməd oğlu Paşayev Yeni Azərbaycan
Partiyasının Mərkəzi Seçki Komissiyasında
məşvərətçi səs hüquqlu üzvü və Şaitdin Sərdar
oğlu Əliyev Azərbaycan Respublikasının bütün
ərazisində Yeni Azərbaycan Partiyası tərəfindən
müşahidə aparmaq üçün müşahidəçi təsdiq edilmişdir.
Mərkəzi Seçki Komissiyasının üzvü Vidadi Mahmudovun
“Könüllü qeydiyyat depozitinin köçürülməsi
və qaytarılması qaydaları haqqında Təlimat”ın
təsdiq edilməsi barədə məlumatı dinlənildikdən
və müzakirə edildikdən sonra verilən təkliflər
nəzərə alınmaqla əsas kimi qəbul olunmuşdur
İclasda Mərkəzi Seçki Komissiyasının üzvü
Azər Tağıyevin “Azərbaycan Respublikası Prezidentinin
seçkiləri zamanı seçkiqabağı təşviqatın aparılması
ilə bağlı Azərbaycan Respublikasının Seçki
Məcəlləsinin bəzi müddəalarının tətbiqi və
prezident seçkilərində iştirak etmək üçün
qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların
bloklarına Azərbaycan Dövlət Teleradio Şirkətinin
kanallarında efir vaxtının verilməsi və dövri
mətbuat səhifələrində seçkiqabağı təşviqat
materiallarının dərc edilməsi qaydaları haqqında
Təlimat”ın təsdiq edilməsi haqqında məlumatı
dinlənilmişdir. Sənədin müzakirəsinin növbəti
iclasların birində davam etdirilməsi qərara
alınmışdır.
İclasda Seçki Sistemləri üzrə Beynəlxalq Fondun
(İFES), ATƏT-in Demokratik Təsisatlar və İnsan
Hüquqları Bürosunun Bakı ofisinin təmsilçiləri,
xarici və yerli kütləvi informasiya vasitələrinin
nümayəndələri iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti
İyulun 19-da Məzahir Pənahovun sədrliyi ilə
Mərkəzi Seçki Komissiyasının növbəti iclası
olmuşdur. Komissiyanın sədri Məzahir Pənahov
2003-cü il oktyabrın 15-də keçiriləcək Azərbaycan
Respublikasının Prezidenti seçkilərində Heydər
Əlirza oğlu Əliyevin prezidentliyə namizədliyinin
qeydə alınması haqqında məlumat vermişdir.
İclasda Heydər Əlirza oğlu Əliyevin namizədliyinin
qeydə alınması üçün təqdim olunmuş крйа взхзгзпзхкскс
вз екозх seçki sənədlərinin Seçki Məcəlləsinin
tələblərinə tam uyğun olması bütün iştirakçıların
nəzərinə çatdırılmışdır. Mərkəzi Seçki Komissiyası
cənab Heydər Əliyevin Azərbaycan Хжцфшбпкнацлслс
prezidentliyinə namizədliмкni qeydə almaq barədə
qərar çıxarmışdır.
Cənab Heydər Əlirza oğlu Əliyev Mərkəzi Seçki
Komissiyasında təsdiq olunmuş namizədlər arasında
prezidentliyə qeydə alınmış ilk namizəddir.
Komissiya daha sonra gündəliнdəki digər məsələlərin
müzakirəsini keçirmişdir.
Mərkəzi Seçki Komissiyasının katibi Вкеаек Раьршетв
Azərbaycan Vahid Kommunist Partiyası tərəfindən
prezidentliyə namizədliyi irəli sürülmüş cənab
Sayadov Sayad Sayad oğlunun namizədliyinin təsdiq
olunması haqqında məlumat vermişdir.
Komissiya prezidentliyə namizədin təqdim olunmuş
sənədlərinin Seçki Məcəlləsinin tələblərinə
uyğun hazırlanmadığını nəzərə alaraq cənab Sayad
Sayad oğlu Sayadovun namizədliyini təsdiq etməmişdir.
İclasda 2003-cü il oktyabrın 15-nə təyin edilmiş
Azərbaycan Respublikası Prezidentinin seçkiləri
ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil
olmuş müraciətə baxılması haqqında komissiyanın
üzvü İlham Məmmədovun məlumatı dinlənilmişdir.
Komissiya müraciətin araşdırılaraq müvafiq tədbirlər
görülməsi üçün sənədlərin Azərbaycan Respublikasının
Baş Prokurorluğuna, Azərbaycan Respublikasının
Ali Məhkəməsinə və Ədliyyə Nazirliyinə göndərilməsi
ni qərara almışdır. Komissiya üzvlərinin dairə
seçki komissiyalarında məsələlərin aidiyyəti
üzrə araşdırılmasını da məqsədə müvafiq saymışdır.
İclasda Xalq Cəbhəsi Partiyasıса əlavə sayda
imza vərəqələri verilməsi рзцзпзцк müsbət həll
olunmuşdur.
Komissiya iclasın sonunda cari məsələlərə baxmaqla
işini tamamlamışdır.
İclasda Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(İFES),
ATƏT-in Demoukratik Təsisatlar və İnsan Hüquqları
Bürosunun təmsilçiləri, habelə xarici və yerli
kütləvi informasiya vasitələrinin nümayəndələri
iştirak etmişlər.
Azərbaycan Respublikasının
Mərkəzi Seçki Komissiyasında İyulun 15-də Məzahir
Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının
növbəti iclası olmuşdur. Mərkəzi Seçki Komissiyasının
katibi İnqilab Nəsirov Azərbaycan Sosial-demokrat
Partiyası tərəfindən Azərbaycan Respublikası
prezidentliyinə namizədliyi irəli sürülmüş cənab
Əlizadə Araz Məmməd Mübariz oğlunun prezidentliyə
namizədliyinin təsdiq olunması haqqında məlumat
vermişdir. O, eyni zamanda sənədlərin Seçki
Məcəlləsinin tələblərinə uyğun rəsmiləşdirildiyini
bildirmişdir. Komissiya cənab Əlizadə Araz Məmməd
Mübariz oğlunun prezidentliyə namizədliyini
təsdiq etməyi qərara almışdır. Komissiya daha
sonra Mərkəzi Seçki Komissiyasının katibi İnqilab
Nəsirovun “Dairə və məntəqə seçki komissiyalarının
seçici siyahısı ilə iş qaydaları qaydaları haqqında
Təlimat”ın , “Azərbaycan Respublikası Prezidentinin
seçkilərində prezidentliyə namizədlərin, siyasi
partiyaların, siyasi partiyalar blokunun, seçkilər
sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının
təyin etdikləri müşahidəçilərin iş fəaliyyətinin
qaydaları haqqında Təlimat”ın təsdiq edilməsi
barədə məlumatını dinləmişdir.Həmin sənədlər
Komissiya üzvlərinin rəy və təklifləri nəzərə
alınmaqla əsas kimi təsdiq olunmuşdur. Mərkəzi
Seçki Komissiyasının katibi Vidadi Mahmudov
“Dairə və məntəqə seçki komissiyalarında katiblərin
seçkilərinə dair İzah”ın təsdiq edilməsi haqqında
“ məlumat vermişdir. Komissiya bu sənədi də
rəy və təkliflər nəzərə alınmaqla əsas kimi
qəbul etməyi qərarlaşdırmışdır. İclasın sonunda
cari məsələlərin müzakirəsi keçirilmişdir. İclasda
Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(İFES),
ATƏT-in Bakı Ofisinin, ABŞ səfirliyinin təmsilçiləri
, xarici və yerli kütləvi informasiya vasitələrinin
nümayəndələri iştirak etmişlər.
İyulun 12-də Məzahir Pənahovun
sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti
iclası olmuşdur.
Mərkəzi Seçki Komissiyasının katibi İnqilab
Nəsirov “Seçicilərin seçki siyahılarına daxil
olmalarını təsdiqləyən seçici vəsiqələrinin
hazırlanması və verilməsi qaydaları haqqında
İzah”ın, Mərkəzi Seçki Komissiyasının katibi
Vidadi Mahmudov “ Dairə və məntəqə seçki komissiyalarının
birinci iclaslarının keçirilməsi qaydaları haqqında
Təlimat”ın, “Seçki bülletenləri və zərflərin
hazırlanması, dairə və məntəqə seçki komissiyalarına
verilməsi qaydaları haqqında Təlimat”ın, “Seçicilərin
vaxtından əvvəl səsvermə qaydaları haqqında
İzah”ın, “Səsvermə üçün qeydiyyatdançıxma vəsiqəsinin
verilməsi qaydası haqqında Təlimat”ın, “Azərbaycan
Respublikası Prezidentinin seçkilərində Azərbaycan
Respublikasının dövlət bayrağı aldtında üzən
gəmilərdə, Xəzər dənizinin Azərbaycan Respublikasına
məxsus sektiorunda yerləşən neft platformalarında,
xəstəxanalarda, sanatoriyalarda, istirahət evlərində,
azadlıqdan məhrumetmə yerlərində, istintaq təcridxanalarında
seçkilərin təşkili haqqında Təlimat”ın təsdiq
edilməsi barədə məlumat vermişlər. Bu sənədlər
komissiya üzvlərinin rəy və təklifləri nəzərə
alınmaqla əsas kimi qəbul olunmuşdur.
Komissiya Vəhdət Partiyası tərəfindən Azərbaycan
Respublikası prezidentliyinə namizədliyi irəli
sürülmüş cənab Kərimli Tahir Zayidağa oğlunun
prezidentliyə namizədliyini təsdiq etmişdir.
Azərbaycan Respublikası prezidentliyinə namizədliyi
özü tərəfindən irəli sürülmüş Namazov Eldar
Sagif oğlunun sənədləri Seçkilər Məcəlləsinin
tələblərinə riayət edilməməklə Mərkəzi Seçki
Komissiyasına təqdim edildiyinə görə onun prezidentliyə
namizədliyi təsdiq olunmamışdır.
İclasda Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(İFES),
ABŞ səfirliyinin, Avropa Şurası Baş katibinin
Azərbaycandakı şəxsi nümayəndəliyinin təmsilçiləri,
xarici və yerli kütləvi informasiya vasitələrinin
nümayəndələri iştirak etmişlər.