| .
: Fəaliyyət və Səlahiyyətlər
|
Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının statusu, fəaliyyət istiqamətləri
və səlahiyyətləri Azərbaycan Respublikasının Seçki Məcəlləsi
ilə müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyası Azərbaycan Respublikası Konstitusiyasının
83, 101 və 142-ci maddələrinə uyğun olaraq daimi fəaliyyət
göstərən dövlət orqanıdır.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası
Azərbaycan Respublikasında Azərbaycan Respublikası Prezident
seçkilərinin və Azərbaycan Respublikası Milli Məclisi
deputatlarının seçkilərinin, həmçinin referendumların
(ümumxalq səsvermələrin), bələdiyyələrə seçkilərin hazırlanmasını
və keçirilməsini təmin edir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası:
• seçkilərin və referendumun hazırlanmasında və keçirilməsində
vətəndaşların seçki hüquqlarına riayət olunmasına nəzarət
edir;
• aşağı seçki komissiyalarının işi üçün zəruri olan
texnoloji avadanlığın normativlərini hazırlayır və təsdiq
edir, bu normativlərə əməl olunmasına nəzarət edir;
• aşağı seçki komissiyalarına hüquqi, metodiki və texniki
təşkilati kömək göstərir;
• seçki bülletenlərinin, referendumda səsvermə bülletenlərinin,
seçici siyahılarının, digər seçki komissiyalarının səsvermə
protokollarını və referendum sənədlərinin nümunələrini
və onların tərtib edilməsi qaydasını müəyyən edir;
• Azərbaycan Respublikasının Seçki Məcəlləsində nəzərdə
tutulan digər vəzifə və səlahiyyətləri həyata keçirir;
•Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası
müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanları
ilə birlikdə vahid seçici siyahısının tərtib edilməsi
və aparılması sistemini təşkil edir;
• seçkilərin və referendumun hazırlanması və keçirilməsi,
seçki sisteminin inkişafı, seçicilərin hüquqi maarifləndirilməsi,
seçki komissiyaları üzvlərinin peşə hazırlığı ilə əlaqədar
treyninqlərin həyata keçirilməsini təmin edir;
• seçkilərin və referendumun zamanı səsvermənin nəticələrini
müəyyən edir, həmin nəticələrin dərc olunmasını təmin
edir;
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası
Seçki Məcəlləsinin tətbiqi ilə əlaqədar daim təlimat,
izah, qayda və ya metodiki göstərişlər qəbul edə bilər.
Mərkəzi Seçki Komissiyasının öz səlahiyyətləri daxilində
qəbul etdiyi qərarlar və normativ xarakterli aktlar
dövlət orqanları, bələdiyyə qurumları, qeydə alınmış
namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları,
vəzifəli şəxslər və seçicilər üçün məcburidir.
|