Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının 24 avqust 2009-cu il tarixli
23-8 saylı Qərarı ilə təsdiq edilmişdir.
Bələdiyyə seçkilərində səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyasının protokolunun doldurulması qaydasına dair
İ Z A H
Bələdiyyə seçkilərində səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyasının protokolunun (bu İzaha 1 saylı əlavə) doldurulması qaydası Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 106-cı və 237-ci maddələrinə, habelə bu İzaha uyğun olaraq müəyyənləşdirilir.
Məntəqə seçki komissiyasının protokolu yalnız həmin komissiyanın həlledici səs hüquqlu üzvləri tərəfindən tərtib edilməlidir. Protokolun tərtib edilməsini Seçki Məcəlləsinin 40.2-ci və 40.4-cü maddələrində göstərilən şəxslər (seçki komissiyalarının üzvləri, müvafiq seçki komissiyası üzrə qeydə alınmış namizədlər və onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, habelə müşahidəçi statusu almış Azərbaycan Respublikasının vətəndaşları və beynəlxalq müşahidəçilər) müşahidə edə bilərlər.
Qeyd:protokol tərtib edilərkən hər bir bəndin məlumatı ayrı-ayrılıqda göstərilir, saylar sözlə və rəqəmlə yazılır. Protokolun karandaşla yazılmasına və onda hər hansı bir düzəliş edilməsinə icazə verilmir. Rəsmi protokolda düzəliş edilməsi yolverilməz olduğuna görə, əvvəlcə onun q a r a l a m anüsxəsi tərtib edilməlidir. Protokolun 1–6-cı bəndlərindəki məlumatlar seçki qutuları açılmazdan əvvəl yazılır.
Protokol aşağıdakı qaydada doldurulmalıdır:
1-ci bənd – məntəqə üzrə seçici siyahılarında olan seçicilərin ümumi sayı
(1= 1a+1b)
- seçici siyahısında olan seçicilərin sayı;
b) əlavə seçici siyahısında olan seçicilərin sayı;
1-ci bənddə məntəqə seçki komissiyasının seçici siyahısına daxil edilmiş seçicilərin sayı (1a) və səsvermə günü məntəqə seçki komissiyasının qərarı ilə səsvermə hüququ təmin edilmiş şəxslərin adlarının daxil olduğu əlavə seçici siyahısındakı seçicilərin sayı (1b) müvafiq təsdiqləyici sənədlərə [daimi (və ya müvəqqəti) və əlavə seçici siyahılarına] əsasən qeyd olunur. Eyni zamanda 1a və 1b yarımbəndlərindəki rəqəmlərin cəmi 1-ci bənddə göstərilən sayı yaratmalı və müvafiq bərabərlik olmalıdır (1=1a+1b).
2-ci bənd – qeydiyyatdançıxma vəsiqəsi almış seçicilərin sayı
Daimi (və ya müvəqqəti) seçici siyahısına daxil edilmiş, lakin qanunla müəyyən edilmiş müddətdə qeydiyyatdançıxma vəsiqəsi almış seçicilərin sayı bu bənddə qeyd olunur.
3-cü bənd – məntəqə seçki komissiyasına dairə seçki komissiyasından verilmiş seçki bülletenlərinin sayı
(3=4+5+6)
3-cü bəndə dairə seçki komissiyasından məntəqə seçki komissiyasına akt tərtib edilməklə verilmiş seçki bülletenlərinin sayı daxil edilir. Bu rəqəmin daxil edilməsi üçün həmin akt əsas götürülməlidir.
Mötərizədə verilmiş hesablamada (3=4+5+6) göstərildiyi kimi, bu bəndin rəqəmi protokolun 4-cü (seçki bülleteni alan seçicilərin sayı), 5-ci (istifadə edilmədən ləğv olunmuş seçki bülletenlərinin sayı) və 6-cı (korlanmış seçki bülletenlərinin sayı) bəndlərinin cəminə bərabər olmalıdır.
4-cü bənd – seçki bülleteni alan seçicilərin sayı
(4=4a+4b+4c)
- səsvermə otağından kənarda;
- səsvermə otağında – seçici siyahılarında [daimi (və ya müvəqqəti) və əlavə seçici siyahısında olan imzaların sayı];
- səsvermə otağında – qeydiyyatdançıxma vəsiqəsi ilə.
Bu yarımbəndlərə seçki məntəqəsi üzrə səsvermə otağından kənarda (4a), səsvermə otağında seçici siyahıları əsasında (4b) və qeydiyyatdançıxma vəsiqəsi ilə (4c) seçki bülleteni almış seçicilərin sayı daxil edilir. Həmin rəqəmlərin cəmi 4-cü bəndin rəqəmini verir və bu rəqəm müvafiq qrafaya yazılır.
5-ci bənd – istifadə edilmədən ləğv olunmuş seçki bülletenlərin sayı
İstifadə edilmədən ləğv olunmuş seçki bülletenlərinin sayı bu bəndə müvafiq akt əsasında daxil edilir (istifadə edilməmiş seçki bülletenləri seçki qutuları açılmazdan əvvəl səsvermə otağındakı müşahidəçilərin müşahidəsi ilə məntəqə seçki komissiyasının üzvləri tərəfindən sayılır və aşağı sağ küncü ləğvetmə xəttindən kəsilməklə ləğv edilir. Həmin seçki bülletenlərinin sayı elan edilir və protokolda qeyd olunur. İstifadə edilməmiş bülletenlərin ləğv edilməsi haqqında akt tərtib edilir və həmin bülletenlər ayrıca yığılıb bağlanır).
6-cı bənd – korlanmış seçki bülletenlərinin sayı
Korlanmış seçki bülletenlərinin sayı bu bəndə müvafiq akt əsasında daxil edilir (seçici hər hansı bir səbəbdən bülleteni korlaması barədə məntəqə seçki komissiyasının üzvünə müraciət edərsə, komissiya üzvü korlanmış bülleteni ortadan kəsməklə ləğv edir, ayrıca zərfə qoyur və bu barədə dərhal akt tərtib edilir. Səsvermə bitdikdən sonra korlanmış seçki bülletenlərinin cəminə dair əlavə akt tərtib edilir və həmin bülletenlər ayrıca yığılıb bağlanır).
7-ci bənd – seçki qutularında olan seçki bülletenlərinin sayı (müəyyənləşdirilmiş formada olmayan seçki bülletenləri1 istisna edilməklə)
(7=7a+7b); (7 ≤ 4); (7=8+9)
a) daşınan seçki qutusunda (7a ≤ 4a);
b) daşınmaz seçki qutusunda (7b ≤ 4b+4c).
Daşınan və daşınmaz seçki qutularından çıxmış müəyyənləşdirilmiş formada olan seçki bülletenlərinin sayı qutuların açılma növbəliliyinə (əvvəlcə daşınan seçki qutusu, sonra isə daşınmaz seçki qutuları) uyğun olaraq ayrı-ayrılıqda bu bəndin “a” və ”b” yarımbəndlərinə daxil edilir.
Bu rəqəmlərin cəmi 7-ci bənddəki qrafaya daxil edilməli və onların arasında müvafiq bərabərlik olmalıdır (7=7a+7b). Protokolun 7a yarımbəndindəki rəqəm protokolun 4a yarımbəndindəki rəqəmdən,
________
1 Səslər: hesablanarkən seçki qutularından çıxmış müəyyənləşdirilmiş formada olmayan seçki bülletenləri sayılaraq aktlaşdırılır və həmin akt bu protokola əlavə edilir.
7b yarımbəndindəki rəqəm isə 4b və 4c yarımbəndlərindəki rəqəmlərin cəmindən az və ya onlara bərabər olmalıdır. Mötərizədə verilmiş kiçik bərabərlikdə (7 ≤ 4) göstərildiyi kimi, 7-ci bəndin rəqəmi protokolun 4-cü bəndindəki rəqəmdən az və ya ona bərabər olmalıdır. 7-ci bəndin rəqəmi həm də protokolun 8-ci (etibarsız hesab edilmiş seçki bülletenlərinin sayı) və 9-cu (etibarlı hesab edilmiş seçki bülletenlərinin sayı) bəndlərindəki rəqəmlərin cəminə bərabər olmalıdır (7=8+9).
Qeyd: müəyyənləşdirilmiş formada olan bülletenlər dedikdə, Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi formada hazırlanmış, nömrələnmiş yuxarı sol küncü kəsilmiş və yuxarı sağ küncü müvafiq məntəqə seçki komissiyasının möhürü ilə möhürlənmiş seçki bülletenləri başa düşülür.
8-ci bənd – etibarsız hesab edilmiş seçki bülletenlərinin sayı
(namizədlərin soyadlarından sağdakı kvadratlarda heç bir işarə qoyulmamış və ya seçilməli olan bələdiyyə üzvlərinin sayından çox işarə qoyulmuş müəyyənləşdirilmiş formada olan seçki bülletenlərinin sayı)
Bu bənddə yuxarıda göstərilən əsaslara görə, habelə qoyulmuş işarələrdən seçicilərin iradəsinin müəyyənləşdirilməsi mümkün olmadığı üçün etibarsız hesab edilmiş seçki bülletenlərinin sayı göstərilməlidir.
9-cu bənd – etibarlı hesab edilmiş seçki bülletenlərinin sayı
(namizədlərin soyadlarından sağdakı kvadratlarda seçilməli olan bələdiyyə üzvlərinin sayına bərabər və ya bu saydan az işarə qoyulmuş müəyyənləşdirilmiş formada olan seçki bülletenlərinin sayı)
Bu bənddə yuxarıda göstərilən əsaslara görə etibarlı hesab edilmiş seçki bülletenlərinin sayı göstərilməlidir.
10-cu bənd – etibarlı hesab edilmiş səslərin sayı (qanunauyğun doldurulmuş müəyyənləşdirilmiş formada olan etibarlı hesab edilmiş seçki bülletenlərindəki səslərin sayı)
(10=11)
Bu bənddə müəyyənləşdirilmiş formada olan qanunauyğun doldurulmış (namizədlərin soyadlarından sağdakı kvadratlarda seçilməli olan bələdiyyə üzvlərinin sayına bərabər və ya bu saydan az işarə qoyulmuş və bu işarələrdən seçicilərin iradəsinin müəyyənləşdirilməsi mümkün olan) seçki bülletenlərindəki səslərin sayı göstərilməlidir. Mötərizədə verilmiş bərabərlikdə (10=11) göstərildiyi kimi, bu bəndin rəqəmi 11-ci (etibarlı hesab edilmiş səslərin bələdiyyə üzvlüyünə namizədlər arasında bölünməsi) bəndinin cəminə bərabər olmalıdır.
11-ci bənd – etibarlı hesab edilmiş səslərin bələdiyyə üzvlüyünə namizədlər arasında bölünməsi
Bu bənddə seçki bülleteninə daxil edilmiş bələdiyyə üzvlüyünə namizədlərin soyadı, adı, atasının adı2 Azərbaycan Respublikası Seçki Məcəlləsinin 237.2.1-ci maddəsinin tələbi nəzərə alınmaqla seçki bülletenindəki ardıcıllıqla, əlifba sırası ilə yazılır və hər namizədin lehinə verilmiş səslərin sayı sözlə və rəqəmlə göstərilir. Seçicilərin etibarlı səslərinin qeydə alınmış namizədlər arasında bölünməsi yalnız protokolun 10-cu bəndində göstərilən etibarlı hesab edilmiş səslərə əsasən həyata keçirilir.
Cədvəlin sonunda səslərin cəmi yazılır və bu rəqəm protokolun 10-cu bəndinə (etibarlı hesab edilmiş səslərin sayına) bərabər olmalıdır. Bu sayda bərabərlik olmazsa, protokol etibarsız sayılmalıdır.
Protokol tam doldurulub qurtardıqdan sonra doldurulma tarixi və vaxtı həmin protokolda qeyd edilir.
Səsvermənin nəticələri haqqında yekun protokolu məntəqə seçki komissiyasının həlledici səs hüquqlu üzvlərinin sayının ən azı 2/3-si
tərəfindən imzalanır. Protokolun komissiya üzvləri tərəfindən boş və ya tam doldurulmamış halda imzalanması qadağandır. Protokolla bütövlükdə və ya onun ayrı-ayrı hissələri ilə razılaşmayan məntəqə seçki komissiyasının üzvü protokolu imzalayaraq, ona özünün xüsusi rəyini əlavə edə bilər və bu barədə protokolda müvafiq qeyd aparılır.
Aşağıda göstərilən seçki sənədləri Seçki Məcəlləsinin 106.7-ci maddəsinə uyğun olaraq səsvermənin nəticələri haqqında məntəqə seçki
komissiyasının yekun protokoluna əlavə edilərək dərhal, lakin 24 saatdan gec olmayaraq məntəqə seçki komissiyasının sədrinin və müxtəlif siyasi
___________
2 Seçki bülleteninə daxil edilmiş namizədlərin soyadı, adı, atasının adı eyni olduqda, onların doğulduqları il, ay, gün də göstərilməlidir.
qüvvələri təmsil edən iki üzvünün və müşahidəçilərin müşaiyəti ilə dairə seçki komissiyasına göndərilir:
1) məntəqə seçki komissiyası protokolunun 1-ci nüsxəsi;
2) səsvermə günü məntəqə seçki komissiyasına Seçki Məcəlləsinin tələblərinin pozulması ilə əlaqədar daxil olmuş şikayətlər (ərizələr) və bunlar üzrə məntəqə seçki komissiyasının qəbul etdiyi qərarlar;
3) bələdiyyə seçkilərində seçki bülletenlərinin dairə seçki komissiyasından məntəqə seçki komissiyasına verilməsi haqqında akt (2 saylı əlavə);
4) bələdiyyə seçkilərində istifadə edilməmiş seçki bülletenlərinin ləğv edilməsi haqqında akt (3 saylı əlavə);
5) bələdiyyə seçkilərində səsvermə üçün qeydiyyatdançıxma (səsvermə) vəsiqələrinin verilməsi və istifadə edilməmiş vəsiqələrin ləğv edilməsi haqqında akt (4 saylı əlavə);
6) bələdiyyə seçkilərində seçki bülletenlərinin kəsilmiş sol künclərinin sayı haqqında akt (5 saylı əlavə);
7) bələdiyyə seçkilərində səs verən vətəndaşların səhvi üzündən korlanmış seçki bülletenlərinin sayı haqqında akt (6 saylı əlavə);
8) bələdiyyə seçkilərində səsvermə otağından kənarda səs vermək üçün seçicilərin ərizələri ilə əlaqədar götürülmüş, istifadə edilmiş və istifadə edilmədən geri qaytarılmış seçki bülletenlərinin sayı haqqında akt (7 saylı əlavə);
9) seçki bülletenləri;
10) məntəqə üzrə seçici siyahıları (qeydiyyatdançıxma (səsvermə) vəsiqələri əlavə olunmaqla).
Adları çəkilən aktlar məntəqə seçki komissiyasının sədri və katibləri tərəfindən imzalanır.
Şikayətlərin (ərizələrin), məntəqə seçki komissiyası qərarlarının və yuxarıda adları çəkilən aktların təsdiq edilmiş sürətləri protokolun 2-ci nüsxəsinə tikilir.
Qeyd: protokol tərtib edilərkən ehtiyatsızlıqdan həmin protokolda hər hansı bir xətaya (məlumatların səhv daxil edilməsi, pozulma, qaralama və s.) yol verilmişdirsə, məntəqə seçki komissiyası həmin halı öz qərarı ilə rəsmiləşdirərək buna dair müvafiq akt tərtib etməli, protokolu həmin aktla birlikdə qanunda nəzərdə tutulmuş müddət ərzində dairə seçki komissiyasına təqdim etməlidir.
ƏLAVƏ 2
ƏLAVƏ 3
ƏLAVƏ 4
ƏLAVƏ 5
ƏLAVƏ 6
ƏLAVƏ 7