Razılaşdırılmışdır:
Azərbaycan Respublikası
Mərkəzi Bankının sədri
E.S.RÜSTƏMOV |
Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının 24 avqust 2009-cu il tarixli
23-5 saylı Qərarı ilə təsdiq edilmişdir.
Mərkəzi Seçki Komissiyasının sədri
M.M.PƏNAHOV |
Bələdiyyə seçkilərində seçki fondlarına vəsaitin daxil olması, xərclənməsi uçotunun aparılması və hesabatı qaydaları haqqında
Təlimat
Bu Təlimat Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 90-cı, 93-cü, 94-cü və 225-ci maddələrinə əsasən hazırlanıb və “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bələdiyyə seçkilərində seçki fonduna vəsaitin daxil olması, xərclənməsi uçotunun aparılması və hesabatı qaydalarını müəyyən edir.
1. Bələdiyyə üzvlüyünə namizədlərin seçki fondu aşağıdakı məbləğdən çox olmamaq şərtilə formalaşdırılır:
1.1. əhalisi 99.999-dan çox olan ərazidə - 50 000 manatdan;
1.2. əhalisi 49.999-dan çox olan ərazidə - 37 500 manatdan;
1.3. əhalisi 19.999-dan çox olan ərazidə - 25 000 manatdan;
1.4. əhalisi 9.999-dan çox olan ərazidə - 12 500 manatdan;
1.5. əhalisi 4.999-dan çox olan ərazidə - 7 500 manatdan;
1.6. əhalisi 4.999-dan az olan ərazidə - 5 000 manatdan.
2. Bələdiyyə üzvlüyünə namizədlərin, namizədi qeydə alınmış siyasi partiyaların, siyasi partiyalar bloklarının seçki fondlarının mənbələri
2.1. Bələdiyyə üzvlüyünə namizədlərin seçki fondları yalnız aşağıdakı pul vəsaiti hesabına formalaşır:
2.1.1.bu Təlimatın 1.1-ci bəndində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədin 10 000 manatdan çox olmamaq şərtilə xüsusi vəsaiti;
2.1.2. bu Təlimatın 1.2-ci bəndində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədin 7 500 manatdan çox olmamaq şərtilə xüsusi vəsaiti;
2.1.3. bu Təlimatın 1.3-cü bəndində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədin 5 000 manatdan çox olmamaq şərtilə xüsusi vəsaiti;
2.1.4. bu Təlimatın 1.4-cü bəndində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədin 2 500 manatdan çox olmamaq şərtilə xüsusi vəsaiti;
2.1.5. bu Təlimatın 1.5-ci bəndində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədin 1 250 manatdan çox olmamaq şərtilə xüsusi vəsaiti;
2.1.6. bu Təlimatın 1.6-cı bəndində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədin 750 manatdan çox olmamaq şərtilə xüsusi vəsaiti.
2.2. Bələdiyyə üzvlüyünə namizəd siyasi partiyalar, siyasi partiyalar bloku tərəfindən irəli sürülmüşdürsə:
2.2.1. bu Təlimatın 1.1-ci bəndində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün 7 500 manatdan çox olmamaq şərtilə siyasi partiyaların, siyasi partiyalar bloklarının vəsaiti;
2.2.2. bu Təlimatın 1.2-ci bəndində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün 5 000 manatdan çox olmamaq şərtilə siyasi partiyaların, siyasi partiyalar bloklarının vəsaiti;
2.1.3. bu Təlimatın 1.3-cü bəndində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün 3 750 manatdan çox olmamaq şərtilə siyasi partiyaların, siyasi partiyalar bloklarının vəsaiti;
2.1.4. bu Təlimatın 1.4-cü bəndində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün 2 500 manatdan çox olmamaq şərtilə siyasi partiyaların, siyasi partiyalar bloklarının vəsaiti;
2.1.5. bu Təlimatın 1.5-ci bəndində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün 1 250 manatdan çox olmamaq şərtilə siyasi partiyaların, siyasi partiyalar bloklarının vəsaiti;
2.1.6. bu Təlimatın 1.6-cı bəndində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün 500 manatdan çox olmamaq şərtilə siyasi partiyaların, siyasi partiyalar bloklarının vəsaiti.
2.3. Namizədlərin qeydiyyatı başa çatdıqdan sonra bələdiyyə üzvlüyünə namizədlərə dairə seçki komissiyası tərəfindən bərabər həcmdə ayrılmış vəsait.
2.4. 500 manatdan çox olmayan vətəndaşların könüllü ianələri.
2.5. Aşağıda göstərlən məbləğdən çox olmamaq şərtilə hüquqi şəxslərin könüllü ianələri:
2.5.1.bu Təlimatın 1.1-ci bəndində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün 10 000 manatdan;
2.5.2. bu Təlimatın 1.2-ci bəndində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün 7 500 manatdan;
2.5.3. bu Təlimatın 1.3-cü bəndində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün 3 750 manatdan;
2.5.4. bu Təlimatın 1.4-cü bəndində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün 2 500 manatdan;
2.5.5. bu Təlimatın 1.5-ci bəndində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün 1 250 manatdan;
2.5.6. bu Təlimatın 1.6-cı bəndində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün 750 manatdan.
2.6. Bələdiyyər onların ərazilərində irəli sürülən namizədlərin seçki fondlarına bərabər məbləğdə vəsait ayıra bilərlər.
2.7. Bələdiyyələrin 1/3-dən çoxunda namizəd irəli sürmüş və ya namizədləri qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları vahid seçki fondu yarada bilərlər.
2.8. Siyasi partiyaların, siyasi partiyalar bloklarının seçki fondları yalnız aşağıdakı pul vəsaiti hesabına formalaşır:
2.8.1. siaysi partiyaların, siyasi partiyalar bloklarının 250 000 manatdan çox olmamaq şərtilə xüsusi vəsaiti;
2.8.2. Mərkəzi Seçki Komissiyasının siyasi partiyaya, siyasi partiyaların bloklarına ayırdığı vəsait;
2.8.3. vətəndaşların 750 manatdan çox olmamaqla könüllü ianələri;
2.8.4. hüquqi şəxslərin 25 000 manatdan çox olmayan ianələri.
2.9. Siyasi partiyanın, siyasi partiyalar blokunun seçki fondu vəsaitinin yuxarı həddi bu Təlimatın 1-ci bəndində göstərilən məbləğin irəli sürülmüş və ya qeydə alınmış namizədlərin sayına vurulması yolu ilə müəyyən edilir. Hər bir halda siyasi partiyanın, siyasi partiyalar blokunun seçki fondunun yuxarı məbləği 500 min manatdan çox ola bilməz.
2.10. Siyasi partiyanın, siyasi partiyalar blokunun hər bir namizəd üçün xərclənmiş vəsaitin məbləği bu Təlimatın 1-ci bəndində göstərilən məbləğdən yuxarı ola bilməz. Bu tələbə riayət olunması siyasi partiyaların, siyasi partiyalar bloklarının maliyyə hesabatında göstərilməlidir.
2.11. Vahid seçki fondu yaradan siyasi partiyanın, siyasi partiyalar blokunun bələdiyyələr üzrə qeydiyyatdan keçən namizədləri bələdiyyələrin yarısının və ya yarısından azını əhatə edərsə, siyasi partiyanın, siyasi partiyalar blokunun xüsusi seçki hesabı bağlanır. Həmin hesabın bağlanması ilə eyni vaxtda hər bir namizəd üçün xüsusi seçki hesabı açılır və vahid seçki fondunun vəsaitləri namziədlərin seçki fondları arasında proporsional qaydada bölüşdürülür.
3. Namizədlərin seçki fondlarına könüllü ianə ayırmaq, yaxud natura şəklində və ya xidmət göstərilməsi yolu ilə yardım etmək aşağıdakılara qadağan edilir:
3.1. xarici dövlətlərə və xarici hüquqi şəxslərə;
3.2. xarici vətəndaşlara;
3.3. vətəndaşlığı olmayan şəxslərə;
3.4. 18 yaşına çatmamış vətəndaşlara;
3.5. seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan vəziyyətə görə Azərbaycan Respublikasının hüquqi şəxsinin nizamnamə kapitalında yuxarıda göstərilən şəxslərin iştirak (mülkiyyət) payı 30 faizdən çox olarsa, Azərbaycan Respublikasının hüquqi şəxslərinə;
3.6. beynəlxalq təşkilatlara və beynəlxalq ictimai hərəkatlara;
3.7. dövlət hakimiyyəti orqanlarına və bələdiyyə qurumlarına;
3.8. dövlət, bələdiyyə təşkilatları və idarələrinə;
3.9. seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan vəziyyətə görə nizamnamə kapitalında dövlətin və ya bələdiyyənin iştirak payı 30 faizdən artıq olan hüquqi şəxslərə;
3.10. hərbi hissələrə;
3.11. xeyriyyə təşkilatlarına, dini birliklərə, idarələrə və təşkilatlara;
3.12. aşağıdakı məlumatlardan hər hansı birini göstərməyən anonim ianə köçürənlərə (vətəndaş üçün – soyadını, adını, atasının adını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyasını, nömrəsini, verilmə tarixini, yaşayış yerinin ünvanını, doğum tarixini; hüquqi şəxs üçün – vergi ödəyicisinin eyniləşdirmə nömrəsini, adını, qeydiyyat tarixini, bank rekvizitlərini, nizamnamə kapitalında dövlət və ya bələdiyyə payının olmasını, bunlar olduğu halda – miqdarını, nizamnamə kapitalında xarici kapitalın pay miqdarını göstərməyənlərə və ya qeyri-düzgün göstərənlərə).
4. Bələdiyyə üzvlüyünə namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçki fondlarına ianələrin köçürülməsi və xərclənməsi qaydası
4.1. Könüllü ianələr yalnız Azərbaycan Respublikasının vətəndaşlarından rabitə şöbələri və ya bank təşkilatları vasitəsilə ianəçinin soyadı, adı, atasının adı, doğum tarixi və yaşayış yerinin ünvanı göstərilməklə şəxsiyyət vəsiqəsi, yaxud onu əvəz edən sənədin təqdim edilməsi əsasında qəbul edilir.
4.2. Hüquqi şəxslərin könüllü ianələri isə seçki fonduna yalnız nağdsız köçürülmə yolu ilə, müvafiq hüquqi şəxsin nizamnamə kapitalında dövlət və ya bələdiyyə kapitalının, xarici kapitalın olub-olmaması və ya payı qeyd edilməklə, onun adı, qeydiyyat tarixi, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, bank rekvizitləri göstərilməklə qəbul olunur.
4.3. Vətəndaşların və hüquqi şəxslərin könüllü ianələri xüsusi seçki hesabına poçt və ya bank təşkilatları vasitəsilə müvafiq ödəniş sənədi alındıqdan sonra ən geci iki gün ərzində köçürülməlidir.
4.4. Namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçki fonduna ianələr Seçki Məcəlləsinin 90.2-ci maddəsində və bu Təlimatın 5-ci bəndində göstərilən və buna hüququ olmayan subyektlərdən daxil olubsa, yaxud Seçki Məcəlləsində və bu Təlimatda nəzərdə tutulan məbləğdən artıq köçürülübsə, müvəkkil bank bu Təlimatın 1 saylı əlavəsinə uyğun olaraq müvafiq seçki komissiyasına məlumat verir.
4.5. Namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçki fondlarına könüllü ianələr buna hüququ olmayan fiziki və hüquqi şəxslərdən daxil olubsa, yaxud Seçki Məcəlləsinin 225-ci maddəsində nəzərdə tutulmuş məbləğdən artıq köçürülübsə, ianənin xüsusi seçki hesabına daxil olduğu gündən sonrakı 10 gün müddətində namizəd və ya maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə ianəni bütünlüklə və ya onun müəyyənləşdirilmiş yuxarı həddini aşan hissəsinin geri qaytarılmasının səbəbini göstərməklə və göndərilmə xərclərini çıxmaqla, ianəçiyə qaytarmalıdır. Göstərilən müddət ərzində ianə ianəçiyə geri qaytarılmadıqda, bank bu barədə müvafiq seçki komissiyasına yazılı məlumat verməklə həmin ianəni bütünlüklə ianəçiyə geri qaytarmalıdır.
4.6. Seçki Məcəlləsinin 93.7-ci maddəsinə uyğun olaraq anonim ianələr xüsusi seçki hesabına daxil olduğu gündən sonra 10 gün müddətində namizəd, qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyalar bloku tərəfindən dövlət büdcəsinə köçürülür. Göstərilən müddət ərzində anonim ianə dövlət büdcəsinə köçürülmədikdə bank müvafiq seçki komissiyasına yazılı məlumat verməklə həmin ianəni bütünlüklə dövlət büdcəsinə köçürür.
4.7. Qeydə alınmış namizədlərin, namizədi qeydə alınmış siyasi partiyaların, siyasi partiyalar bloklarının xüsusi seçki hesabları üzrə bütün əməliyyatlar səsvermə günündən sonra 3 iş günü müddətində dayandırılır.
4.8. Seçki Məcəlləsinin 91.4-cü maddəsində nəzərdə tutulmuş digər hallarda müvafiq seçki komissiyasının göstərişi ilə bank namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının xüsusi seçki hesablarından xərclərin ödənilməsi ilə bağlı maliyyə əməliyyatlarını dayandırır.
4.9. Maliyyə əməliyyatlarının aparılması müddəti Mərkəzi Seçki Komissiyası tərəfindən Seçki Məcəlləsinin 92.1-ci maddəsində müəyyən edilmiş aşağıdakı hallarda və əsaslarla uzadıla bilər:
4.9.1. qeydiyyatdan imtina edilənədək namizədin, namizədi qeydə almış siyasi partiyanın, siyasi partiyalar bloklarının gördükləri işlərin dəyərinin ödənilməsi üçün;
4.9.2. namizəd kimi çıxış etməyə razılıq verməsi barədə ərizəsini geri götürməsi və ya siyasi partiya, siyasi partiyaların bloku tərəfindən geri çağırılması;
4.9.3. öz namizədliyini geri götürmüş qeydə alınmış namizədə, qeydə alınmış namizədini geri çağırmış siyasi partiyaya, siyasi partiyaların bloklarına, qeydiyyatı ləğv edilmiş qeydə alınmış namizədə, namizədin qeydiyyatının ləğv edilməsi haqqında qərarın qəbul edilməsinədək görülmüş işlərin dəyərinin ödənilməsi ilə əlaqədar;
4.9.4. digər hallarda – qeydə alınmış namizədə, siyasi partiyaya, siyasi partiyaların blokuna səsvermə gününədək görülmüş işlərin dəyərinin ödənilməsi ilə əlaqədar.
4.10. Namizədlərin xüsusi seçki hesabında cəmləşən vəsaitlərdən yalnız namizədlərin irəli sürülməsinin müdafiəsi üçün imzaların toplanmasına yönəlmiş təşkilati-texniki tədbirlərin maliyyə təminatı, habelə seçici imzalarının toplanması üçün müvafiq şəxslərin haqqının ödənilməsi, seçkiqabağı təşviqatla bağlı işlərin, həmçinin informasiya və məşvərət xidmətlərinin dəyərinin ödənilməsi, habelə seçki kampaniyasının keçirilməsi ilə əlaqədar hüquqi şəxslərin və vətəndaşların bilavasitə yerinə yetirdikləri digər işlərin dəyərinin ödənilməsi ilə bağlı xərclər üçün istifadə edilə bilər (Təlimata 1 saylı əlavə). Bu vəsaitdən Seçki Məcəlləsinin 88.2-ci, 88.4-cü, 88.5-ci maddələrinin tələblərinin pozulması ilə həyata keçirilən təşviqat məqsədləri üçün istifadə edilməsi qadağandır.
5. Seçki fondlarının vəsaitlərinə dair hesabat
5.1. Müvəkkil bank Seçki Məcəlləsində və bu Təlimatın 3-cü, 4.8-ci, 4.9-cu, 4.10-cu və 5-ci bəndlərində nəzərdə tutulan hallar barədə müvafiq seçki komissiyasına hesabat verməlidir.
5.2. Namizədlər, namizədləri qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları müvafiq seçki komissiyasına öz maliyyə hesabatlarını (Təlimata 2 saylı əlavə) aşağıdakı növbəliklə təqdim edirlər:
5.2.1. birinci ilkin maliyyə hesabatı Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydada müvafiq seçki komissiyasına qeydiyyat üçün zəruri sənədlərlə eyni zamanda təqdim edilir; bu hesabata hesabatda göstərilmiş tarixə 2 gün qalmışdan əvvəlki dövr üçün məlumatlar daxil edilir;
5.2.2. ikinci ilkin maliyyə hesabatı səsvermə gününə ən tezi 20 gün qalmış və səsvermə gününə ən geci 10 gün qalmış təqdim edilir; bu hesabata orada göstərilən tarixə 7 gün qalmışdan əvvəlki dövr üçün məlumatlar daxil edilir;
5.2.3. yekun maliyyə hesabatı seçkilərin nəticələrinin rəsmi dərc edildiyi gündən ən geci 10 gün sonra təqdim edilir; yekun maliyyə hesabatına seçki fonduna vəsaitlərin daxil olmasını və xərclənməsini təsdiq edən ilkin maliyyə sənədləri qoşulur.
5.3. Namizəd öz statusunu itirdikdə, maliyyə hesabatının verilməsi vəzifəsi namizəd olmuş vətəndaşların və ya maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndənin üzərinə qoyulur.
5.4. Müvəkkil bank həftədə bir dəfədən az olmamaq şərtilə, səsvermə gününə 10 gündən az müddət qaldıqda isə 3 bank günü ərzində bir dəfədən az olmamaq şərtilə müvafiq seçki komissiyasına bələdiyyə üzvlüyünə namizədlərin, namizədləri qeydə alınmış siyasi partiya, siyasi partiyalar bloklarının xüsusi seçki hesablarına daxil olan və xərclənən vəsaitlər barədə bu Təlimatın 1 saylı əlavəsinə uyğun formada məlumat verir.
______
Əlavə 1
Əlavə 2