. : T Ə L İ M A T

 

Azərbaycan Respublikası

Mərkəzi Seçki Komissiyasının

24 avqust 2009-cu il  tarixli

23-3 saylı Qərarı ilə təsdiq edilmişdir.

 

Bələdiyyə seçkilərində namizədliyin təsdiq edilməsi və qeydə alınması üçün təqdim olunan
seçki sənədlərindəki məlumatların yoxlanılması və namizədlərin qeydə alınması

Q A Y D A L A R I

 

Müvafiq seçki komissiyası Azərbaycan Respublikasının Seçki Məcəlləsi (bundan sonra – Seçki Məcəlləsi) ilə müəyyənləşdirilmiş sənədlərdə, hər bir namizədin imza vərəqələrində olan məlumatların düzgünlüyünü və namizədlərin irəli sürülməsi prosedurunun bu Məcəllənin tələblərinə uyğunluğunu yoxlayır. Müvafiq seçki komissiyası namizədlərin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçicilərin Seçki Məcəlləsinə uyğun olaraq təqdim etdikləri tərcümeyi-hala aid məlumatların və namizəd haqqında digər məlumatların düzgünlüyünü yoxlayır  (Seçki Məcəlləsinin 59.1-ci maddəsi).
Müvafiq seçki komissiyası Seçki Məcəlləsinə uyğun olaraq təqdim edilmiş məlumatların və faktların düzgünlüyünü yoxlamaq məqsədilə müvafiq orqanlara müraciət edə bilər. Həmin orqanlar seçki komissiyasının müəyyənləşdirdiyi müddətdə, lakin səsvermə gününə 50 gündən az vaxt qalmışsa, ən geci 1 gün müddətində yoxlamanın nəticələri barədə seçki komissiyasına məlumat verməlidirlər. Müvafiq seçki komissiyası öz qərarı ilə imza vərəqələrindəki imzaların düzgünlüyünü və müvafiq məlumatları yoxlamaq üçün ekspertlərdən ibarət işçi qrupları yarada bilər. Həmin işçi qruplarına bu qrupu yaradan seçki komissiyasının üzvü sədrlik etməlidir. Belə yoxlamaya ekspertlər, müvafiq orqanların mütəxəssisləri sırasından ekspertlər, habelə əhalinin qeydiyyatını həyata keçirən xüsusiləşdirilmiş orqan və təşkilatların mütəxəssisləri cəlb edilə bilər. Onlar rəy hazırlayarkən imza vərəqələrində olan məlumatların düzgünlüyünü müəyyənləşdirmək üçün seçici siyahılarından və vətəndaşların qeydiyyat sistemindən istifadə edə bilərlər.
İmza vərəqələri yoxlanılarkən müvafiq seçki komissiyası namizədləri, onların səlahiyyətli nümayəndələrini, siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələrini  Seçki Məcəlləsinin 59.3-cü maddəsinin tələbinə uyğun olaraq məlumatlandırmaqla, onların komissiyada iştirakını təmin edə bilər.
İmzaların yoxlanılması o vaxt dayandırılır ki, düzgün imzaların sayı namizədin qeydə alınmasına əsas verir və ya qalan imzaların sayı namizədin qeydə alınması üçün kifayət olmur. Yoxlamanın nəticələrinə görə seçici imzalarının düzgünlüyü və ya qeyri-düzgünlüyü təsdiqlənməlidir (Seçki Məcəlləsinin 59.4-cü maddəsi).
İmza vərəqələri müvafiq seçki komissiysına təqdim edilənədək namizədi irəli sürənlərin imza vərəqələrində pozduqları imzalar o şərtlə yoxlanılmır və nəzərə alınmır ki, imza toplayanlar tərəfindən vərəqələrdə bu pozulmalar haqqında müvafiq qeydlər aparılsın (Seçki Məcəlləsinin 59.5-ci maddəsi).
İmza vərəqələri yoxlanılarkən eyni adamın bir neçə imzası aşkar edilərsə, yalnız bir imza etibarlı, digər imzalar isə qeyri            -düzgün sayılır (Seçki Məcəlləsinin 59.6-cı maddəsi).

 

 

Seçki Məcəlləsinin 59.6-cı maddəsində göstərilənlərlə yanaşı, aşağıdakılar qeyri-düzgün imzalar hesab edilir (Seçki Məcəlləsinin 59.7-ci maddəsi):
- müvafiq icra hakimiyyəti orqanının arayışı, yaxud Seçki Məcəlləsinin 59.2-ci maddəsinə uyğun olaraq seçki komissiyasının işinə cəlb edilmiş ekspertin rəyi əsasında seçki hüququ olmayan və məlumatları qeyri-düzgün göstərən seçicilərin imzaları (Seçki Məcəlləsinin 59.7.1-ci maddəsi);
- namizəd irəli sürülməsi haqqında müvafiq seçki komissiyasına bildiriş göndərilənədək imza vərəqələrinə daxil edilmiş seçici imzaları (Seçki Məcəlləsinin 59.7.2-ci maddəsi);
- Seçki Məcəlləsinin 57.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar etibarsız sayılmış imzalar (Seçki Məcəlləsinin 59.7.3-cü maddəsi);
- müxtəlif şəxslərin adından bir şəxs tərəfindən və ya bir şəxsin adından müxtəlif şəxslər tərəfindən qoyulmuş imzalar(Azərbaycan Respublikası Seçki Məcəlləsinin 59.7.4-cü maddəsi);
- imza vərəqəsinə əl yazısı ilə qoyulmayan və ya karandaşla qoyulan imzalar (Seçki Məcəlləsinin 59.7.5-ci maddəsi).
İmza vərəqələrində seçici imzalarının qoyulması tarixində düzəliş edildikdə, bu imzalar o şərtlə düzgün sayılır ki, imza vərəqəsini təsdiq edən şəxslər həmin düzəlişləri təsdiqləmiş olsunlar (Seçki Məcəlləsinin 59.8-ci maddəsi).
İmza vərəqələri imza toplayan şəxsin, habelə namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinin əl yazısı qaydasında imzası ilə təsdiq edilməyibsə və ya səlahiyyətli nümayəndənin imzası qeyri-düzgündürsə, imza vərəqələrində olan bütün imzalar etibarsız sayılır (Seçki Məcəlləsinin 59.9-cu maddəsi).
Seçki Məcəlləsinin 59.6–59.10-cu maddələrinə əsasən imzanın etibarsızlığı müəyyənləşdirilməyibsə, imzaların düzgünlüyü və ya imzaların sayının hesablanmasının düzgünlüyü yoxlanılarkən imza vərəqələrində müəyyənləşdirilmiş qaydada edilən düzəliş və qeydlər imzaların etibarsız sayılması üçün əsas götürülə bilməz (Seçki Məcəlləsinin 59.11-ci maddəsi).
Seçki Məcəlləsinin 59.6–59.10-cu maddələrinə uyğun olaraq etibarsız sayılan imzalar çıxıldıqdan sonra qalan seçici imzalarının sayı qeydiyyat üçün lazım olan saydan az olarsa, namizəd qeydə alınmır (Seçki Məcəlləsinin 59.12-ci maddəsi).
Hər bir bələdiyyə üzvlüyünə namizədin  imza vərəqələrinin yoxlanılmasının nəticələri haqqında işçi qrupunun rəhbəri, müvafiq seçki komissiyasının həlledici səs hüquqlu üzvü tərəfindən protokol tərtib edilir, imzalanır və qərar qəbul olunması üçün seçki komissiyasına təqdim edilir. Protokolda seçicilərin yoxlanılmış imzalarının sayı, habelə əsası qeyd olunmaqla etibarsız sayılmış imzaların sayı göstərilir (Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 14 iyun 2006-cı il  29/111 saylı Qərarı ilə təsdiq edilmiş Təlimata 1 saylı əlavəyə uyğun).
Protokol seçki komissiyasının müvafiq qərarına qoşulur. Protokolun surəti namizədin qeydə alınması məsələsinə baxan seçki komissiyası iclasının başlanmasına azı 24 saat qalmış namizədə və ya onun səlahiyyətli nümayəndəsinə, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinə verilir. İmzalar yoxlanılarkən lazımi sayda seçici imzaıarının olmadığı aşkar edildikdə namizəd, habelə siyasi partiya, siyasi partiyaların bloku işçi qrupunun rəhbərinin təsdiq etdiyi protokolun surəti ilə yanaşı, seçici imzalarının etibarsız sayılmasının əsasları göstərilməklə müvafiq qovluğun nömrəsi, müvafiq imza vərəqəsindəki sətrin nömrəsi qeyd olunan yoxlamanın nəticəsi barədə cədvəlin surətini də almaq hüququna malikdir (Seçki Məcəlləsinin 59.13-cü maddəsi).

 

 

I mərhələ – Namizədliyin irəli sürülməsi

Müvafiq seçki komissiyası təqdim edilmiş sənədlərə 5 gün müddətində baxır və namizədə, onun səlahiyyətli nümayəndəsinə, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinə namizədliyin müvafiq seçki dairələri üzrə irəli sürülməsini təsdiq və ya bundan imtina barədə qərar təqdim edir (Seçki Məcəlləsinin 53.6-cı və 54.9-cu maddələri).

Sənəd və məlumatların yoxlanılması mümkün olan orqan və qurumların siyahısı

Namizədə aid tələblər

Məlumat:  Seçki Məcəlləsinin 212-ci maddəsinə əsasən:
a) Azərbaycan Respublikasının  passiv seçki hüququna malik  vətəndaşı olması;
b) seçkilər günü 21 yaşı  tamam olması (seçki günü də daxil olmaqla) və yaşının 21-dən yuxarı olması;

c) müvafiq seçki dairəsində daimi yaşaması.

 

 

 

a,b,c) Azərbaycan Respub-likası Daxili İşlər Nazirliyi  şəhər və ya rayon polis idarələrinin müvafiq qey-diyyat və şəxsiyyət vəsi-qəsi şöbələri.

 

Namizəd özü tərəfindən irəli sürüldükdə, dairə seçki komissiyası tərəfindən yoxlanılmalı olan sənədlər və namizədliyin irəli sürülməsi prosedurunun qanunauyğunluğu:
a) bələdiyyəyə namizədliyin irəli sürülməsinə dair bildiriş (Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 7 iyun 2006-cı il 28/106 saylı Qərarı ilə təsdiq edilmiş Təlimata 1saylı əlavəyə uyğun);
b) öhdəlik barədə ərizə  (Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 7 iyun 2006-cı il 28/106 saylı Qərarı ilə təsdiq edilmiş Təlimata 3 saylı əlavəyə uyğun);
Səlahiyyətli nümayəndə təyin edilibsə:
c) namizəd tərəfindən verilən səlahiyyətli nümayəndənin (nümayəndələrin) notariat qaydasında təsdiq edilmiş vəkalətnaməsi (Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 7 iyun 2006-cı il 28/106 saylı Qərarı ilə təsdiq edilmiş Təlimata5 saylı əlavəyə uyğun);
d) namizədliyin irəli sürülməsi prosedurunun Seçki Məcəlləsinin tələbinə uyğunluğu.

 

 

 

c) vəkalətnaməni təsdiq etmiş notariat kontoru.

 



Yoxlanılmalı məlumatlar

 

 

Bildirişdəki məlumatlar:
a) namizədin soyadı, adı, atasının adı;
b) doğum tarixi;
c) yaşayış yerinin ünvanı;
ç) şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası və nömrəsi;
d) əsas iş və ya xidmət yeri, tutduğu vəzifə (bu olmadıqda – fəaliyyət növü).

 

 

a,b,c,ç) Azərbaycan Res-publikası Daxili İşlər Na-zirliyi  şəhər və ya rayon polis idarələrinin müvafiq qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələri;

d) şəxsin əmək münasibət-lərində olduğu qurum və şəxslər; müvafiq vergi      orqanları.

Öhdəlik barədə ərizədəki  məlumatlar:

a) namizədin soyadı, adı, atasının adı;
b) doğum tarixi;
c) yaşayış yerinin ünvanı;
ç) təhsili;
d)əsas iş və ya xidmət yeri (bu olmadıqda – fəaliyyət növü);
Namizədin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu varsa,                                 ərizədə aşağıdakılar göstərilir:
e) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinin adı və nömrəsi;
ə) xarici ölkədə cinayət məsuliyyəti yaradan əməli olmuşdursa və bu haqda qanuni qüvvəyə minmiş məhkəmə hökmü çıxarılmışdırsa və bu əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan cinayət məsuliyyəti yaradırsa, xarici ölkənin müvafiq qanununun adının göstərilməsi;
f) namizədin Azərbaycan Respublikasının vətəndaşı olması;
g) namizədin xarici ölkə vətəndaşlığının olub-olmaması;
ğ) 5 ildən çox müddət ərzində xarici ölkə ərazisində yaşamaqla bağlı əmələ gələn davamlı,möhkəm və sabit münasibətlərdən başqa ölkələr qarşısında yaranan öhdəliklərinin olub-olmaması.

 

a,b,c,f,g,ğ) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi  şəhər və ya rayon polis idarələrinin müvafiq qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələri;

ç)  müvafiq ali təhsil müəs-sisəsi  və ya Azərbaycan Respublikasının Təhsil Nazirliyi, respublikadan kənarda təhsil alan şəxslər barəsində olan məlumatlar da Azərbaycan Respublika-sının Təhsil Nazirliyi vasi-təsilə.

d) şəxsin əmək münasi-bətlərində olduğu qurum         və şəxslər, müvafiq vergi orqanları;
e, ə) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat–Statistik İnformasiya idarəsi.


 

 

Bələdiyyə üzvlüyünə namizəd tərəfindən təyin edilmiş səlahiyyətli nümayəndənin notariat
qaydasında təsdiq edilmiş vəkalətnaməsinin qanunauyğunluğunun yoxlanılması:

a) vəkalətnamənin qanunauyğunluğu:

a) vəkalətnaməni təsdiq etmiş notariat kontoru.

Namizəd seçicilərin təşəbbüs qrupu tərəfindən irəli sürüldükdə, dairə seçki komissiyası tərəfindən yoxlanılmalı olan sənədlər və namizədliyin irəli sürülməsi prosedurunun qanunauyğunluğu:

 

 

a) namizədin (namizədlərin) irəli sürülməsinə təşəbbüs edilməsi barədə ayrı-ayrılıqda tərtib edilmiş bildiriş (Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 7 iyun 2006-cı il 28/106 saylı Qərarı ilə təsdiq edilmiş Təlimata 2 saylı əlavəyə uyğun).

b) namizədin (namizədlərin) Seçki Məcəlləsinin 53-cü və 214-cü maddələrinə uyğun tərtib olunmuş öhdəlik ərizəsi(ləri). (Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 7 iyun 2006-cı il 28/106 saylı Qərarı ilə təsdiq edilmiş Təlimata 3 saylı əlavəyə uyğun);
c) seçicilərin təşəbbüs qrupunun yaradılması və namizədliyin irəli sürülməsi barədə yığıncağın protokolu (Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 7 iyun 2006-cı il 28/106 saylı Qərarı ilə təsdiq edilmiş Təlimata 4 saylı əlavəyə uyğun);
ç) namizədliyin irəli sürülməsi prosedurunun qanunauyğunluğu.

 

c) protokolu təsdiq edən

fiziki və hüquqi şəxs və ya yığıncağın keçirilməsi üçün

yer ayırmış, yaxud protokolu

öz mohürü ilə təsdiq etmiş subyekt.

Bildirişdəki  məlumatlar:

a) namizədin soyadı, adı, atasının adı;
b) doğum tarixi;
c) yaşayış yerinin ünvanı;
ç) şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası və nömrəsi;
d) əsas iş və ya xidmət yeri, tutduğu vəzifə (bu olmadıqda – fəaliyyət növü);
e) təşəbbüs qrupu üzvlərinin soyadı, adı, atasının adı;
ə) yaşayış yerinin ünvanı;
f) şəxsiyyət vəsiqələrinin və ya onu əvəz edən sənədin seriyası və nömrəsi;
g) təşəbbüs qrupu üzvlərinin imzaları və tarix.

 

 

a, b,c,ç,e,ə,f) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi şəhər və ya rayon polis  idarələrinin müvafiq qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələri;

d) şəxsin əmək münasibətlərində olduğu qurum və şəxslər; müvafiq vergi orqanları.

Təşəbbüs qrupunun nümayəndəsi təyin edilibsə:
a) təşəbbüs qrupu nümayəndəsinin soyadı, adı, atasının adı;
b) yaşayış yerinin ünvanı;
c) şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası və nömrəsi;
ç) bildirişin verilmə tarixi.

 

a, b,c) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi şəhər və ya rayon polis idarələrinin müvafiq qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələri.

 

Öhdəlik barədə ərizədəki  məlumatlar:
a) namizədin soyadı, adı, atasının adı;
b) doğum tarixi;
c) təhsili;
ç) yaşayış yerinin ünvanı;
d)əsas iş və ya xidmət yeri (bu olmadıqda – fəaliyyət növü);
Namizədin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu varsa, ərizədə aşağıdakılar göstərilməlidir:
e) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinin adı və nömrəsi;
ə) namizədin xarici ölkədə cinayət məsuliyyəti yaradan əməli olmuşdursa, bu haqda qanuni qüvvəyə minmiş məhkəmə hökmü çıxarılmışdırsa və bu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan cinayət məsuliyyəti yaradırsa, xarici ölkənin müvafiq qanununun adının göstərilməsi;
f)  namizədin Azərbaycan Respublikasının vətəndaşı olması;
g) namizədin xarici ölkə vətəndaşlığının olub-olmaması;
ğ) 5 ildən çox müddət ərzində xarici ölkə ərazisində yaşamaqla bağlı əmələ gələn davamlı,möhkəm və sabit münasibətlərdən başqa ölkələr qarşısında yaranan öhdəliklərinin olub-olmaması.;
h) imzası, ərizənin yazılma tarixi.

 

a, b,ç,f,g,ğ) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi şəhər və ya rayon polis idarələrinin müvafiq qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələri;
c) müvafiq ali təhsil müəssisəsi  və ya Azərbaycan Respublikasının Təhsil Nazirliyi; Respublikadan kənarda təhsil alan şəxslər barəsində olan məlumatlar da Azərbaycan Respublikasının Təhsil Nazirliyi vasitəsilə;
d) şəxsin əmək münasibətlərində olduğu qurum və şəxslər; müvafiq vergi orqanları;
e,ə) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat – Statistik İnformasiya İdarəsi.

 

Namizəd siyasi partiyalar tərəfindən irəli sürüldükdə, dairə seçki komissiyasına təqdim edilmiş sənədlərin və namizədliyin irəli sürülməsi prosedurunun ganunauyğunluğunun yoxlanılması:

 

a)siyasi partiyanın qeydə alınması barədə şəhadətnamənin notariat qaydasında təsdiqlənmiş surəti;
b)siyasi partiyanın qüvvədə olan nizamnaməsinin notariat qaydasında təsdiqlənmiş surəti;
c)namizədin (namizədlərin) irəli sürülməsi barədə siyasi partiyanın qurultayının (konfransının, rəhbər orqanın iclasının) qərarı və müvafiq iclasın protokolu;
ç) namizədin (namizədlərin)  irəli sürülməsinə təşəbbüs edilməsi barədə ayrı-ayrılıqda tərtib edilmiş bildiriş (Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 7 iyun 2006-cı il 28/107 saylı Qərarı ilə təsdiq edilmiş Təlimata1 saylı əlavəyə uyğun).
d)siyasi partiyaların səlahiyyətli nümayəndələrinin siyahısı; (Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 7 iyun 2006-cı il 28/107 saylı Qərarı ilə təsdiq edilmiş Təlimata 3 saylı əlavənin forma və məzmununa uyğunluğu (bu siyahı həm də Mərkəzi Seçki Komissiyasına verilir).
e)səlahiyyətli nümayəndələrin təyin edilməsi barədə siyasi partiyanın qurultayının (konfransının, rəhbər orqanının iclasının) qərarı;
ə)siyasi partiyanın səlahiyyətli nümayəndələrinin Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutlmuş qaydada rəsmiləşdirilmiş vəkalətnamələri (Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 7 iyun 2006-cı il 28/107 saylı Qərarı ilə təsdiq edilmiş Təlimata 6 saylı əlavəyə uyğun);
f)bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülmüş hər bir şəxsin məhkumluğuna, vətəndaşlığına dair və başqa dövlətlər qarşısında öhdəliyinin olub-olmaması barədə məlumatlar, habelə bələdiyyə üzvü seçiləcəyi halda həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə xitam verəcəyi barədə öhdəliyi göstərilmiş razılıq ərizəsi (ərizələri)  (Mərkəzi Seçki Komissiyasının 7 iyun 2006-cı il 28/107 saylı Qərarı ilə təsdiq edilmiş Təlimata 2 saylı əlavənin forma və məzmununa uyğunluğu);
g)namizədliyin irəli sürülməsi prosedurunun qanunauyğunluğu.

a,b,ə)vəkalətnaməni təsdiq etmiş notariat kontoru;

c,d,e) siyasi partiyanın ali orqanı və ya icra aparatı.

 

 

Bildirişdəki  məlumatlar:
a) namizədin  (namizədlərin) soyadı, adı, atasının adı;
b) doğum tarixi;
c) yaşayış yerinin ünvanı;
ç) şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası və nömrəsi;
d) əsas iş və ya xidmət yeri, tutduğu vəzifə (bu olmadıqda – fəaliyyət növü);

 

a, b,c, ç) Azərbaycan Respublikası Daxili İşlər
Nazirliyi şəhər və ya rayon
polis idarələrinin müvafiq qeydiyyat  və şəxsiyyət
vəsiqəsi şöbələri;
d) şəxsin əmək münasibətlərində olduğu qurum və şəxslər; müvafiq vergi orqanları.

 

 

Səlahiyyətli nümayəndələr barədə  məlumatlar:
a) səlahiyyətli nümayəndənin soyadı, adı, atasının adı;
b) səlahiyyəti.

 

a) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi şəhər və ya rayon polis idarələrinin müvafiq qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələri;

b) müvafiq siyasi partiya və ya notariat orqanı.

 

Razılıq barədə ərizədəki  məlumatlar:
a) namizədin soyadı, adı, atasının adı;
b) doğum tarixi;
c) yaşayış yerinin ünvanı;
ç) təhsili;
d) əsas iş və ya xidmət yeri (bu olmadıqda – fəaliyyət növü);
Namizədin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu varsa, ərizədə aşağıdakılar göstərilməlidir:
e) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinin adı və nömrəsi;
ə) xarici ölkədə cinayət məsuliyyəti yaradan əməlii olmuşdursa və bu haqda qanuni qüvvəyə minmiş məhkəmə hökmü çıxarılmışdırsa və bu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan cinayət məsuliyyəti yaradırsa, xarici ölkənin müvafiq qanununun adının göstərilməsi;
f) namizədin Azərbaycan Respublikasının vətəndaşı olması;
g) namizədin xarici ölkə vətəndaşlığının olub-olmaması;
ğ) 5 ildən çox müddət ərzində xarici ölkə ərazisində yaşamaqla bağlı əmələ gələn davamlı,möhkəm    və sabit münasibətlərdən başqa, ölkələr qarşısında yaranan öhdəliklərinin olub-olmaması;
h) imzası, ərizənin yazılma tarixi.

 

a,b,c,f,g,ğ) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi şəhər və ya rayon polis idarələrinin müvafiq qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələri;
ç) müvafiq ali təhsil müəssisəsi  və ya Azərbaycan Respublikasının Təhsil Nazirliyi; respublikadan kənarda təhsil alan şəxslər barəsində olan məlumatlar da Azərbaycan Respublikasının Təhsil Nazirliyi vasitəsilə.

d) şəxsin əmək münasibətlərində olduğu qurum və şəxslər, müvafiq vergi orqanları;

e,ə) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat             –Statistik İnformasiya Idarəsi.

 

 

 

 

 

Namizəd siyasi partiyaların bloku tərəfindən irəli sürüldükdə dairə seçki komissiyasına təqdim edilmiş sənədlərin, habelə namizədliyin irəli sürülməsi prosedurunun qanunauyğunluğunun yoxlanılması:

 

a) siyasi partiyalar blokuna daxil olan siyasi partiyaların qurultayının (konfranslarının, rəhbər organının iclasının) namizəd və ya namizədlər irəli sürmək barədə qərarları ilə birlikdə müvafiq iclasların protokolları;
b) siyasi partiyaların blokuna daxil olan siyasi partiya nümayəndələri iclasının (qurultayların, konfransların) siyasi partiyaların bloku adından namizədin və ya namizədlərin irəli sürülməsi haqqında qərarı və müvafiq iclasın protokolu;
c) hər bir namizədin irəli sürülməsinin təsdiq edilməsi barədə ayrı-ayrılıqda tərtib edilmiş bildiriş (Mərkəzi Seçki Komissiyasının 7 iyun 2006-cı il tarixli 28/107  saylı Qərarı ilə təsdiq edilmiş Təlimata           1 saylı əlavənin forma və məzmununa uyğunluğu)
ç) siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinin siyahısı (Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 7 iyun 2006-cı il tarixli 28/107  saylı Qərarı ilə təsiq edilmiş Təlimata 3 saylı əlavənin forma və məzmununa uyğunluğu) ;
d) siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinin Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutlmuş qaydada və ya notariat qaydasında rəsmiləşdirilmiş vəkalətnamələri (Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 7 iyun 2006-cı il 28/106 saylı Qərarı ilə təsdiq edilmiş Təlimata 6a və 6b saylı əlavələrə uyğun);
e) bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülmüş hər bir şəxsin məhkumluğuna, vətəndaşlığına dair və başqa dövlətlər qarşısında öhdəliyinin olub-olmaması barədə məlumatlar, habelə bələdiyyə üzvü seçiləcəyi halda həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə xitam verəcəyi barədə öhdəliyi göstərilmiş razılıq ərizəsi (ərizələri) (Mərkəzi Seçki Komissiyasının 7 iyun 2006-cı il tarixli 28/107  saylı qərarı ilə təsdiq edilmiş Təlimata 2 saylı əlavənin forma və məzmununa uyğunluğu);  

a,b,c,ç)  siyasi partiyanın ali orqanı və ya icra aparatı

d) vəkalətnaməni təsdiq etmiş notariat kontoru.

 

Bildirişdəki  məlumatlar:
a) namizədin soyadı, adı, atasının adı;
b) doğum tarixi;
c) yaşayış yerinin ünvanı;
ç) şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası və nömrəsi;
d) əsas iş və ya xidmət yeri, tutduğu vəzifə (bu olmadıqda, fəaliyyət növü);

 

 

 

a, b, c, ç) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi şəhər və ya rayon polis idarələrinin müvafiq qeydiyyat  və şəxsiyyət vəsiqəsi şöbələri;
d) şəxsin əmək münasibətlərində olduğu qurum və şəxslər; müvafiq vergi orqanları.

 

Namizədliyinin irəli sürülməsinə razılıq verilməsi barədə ərizədəki məlumatlar:
a) namizədin soyadı, adı, atasının adı;
b) doğum tarixi;
c) yaşayış yerinin ünvanı;
ç) təhsili;
d) şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriya və nömrəsi;
e) əsas iş və ya xidmət yeri (bu olmadıqda – fəaliyyət növü);

ə) siyasi partiyaya mənsubluğu;

Namizədin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu varsa, ərizədə aşağıdakılar göstərilməlidir:
f) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinin adı və nömrəsi;
g) xarici ölkədə cinayət məsuliyyəti yaradan əməlii olmuşdursa, bu haqda qanuni qüvvəyə minmiş məhkəmə hökmü çıxarılmışdırsa və bu əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan cinayət məsuliyyəti yaradırsa, xarici ölkənin müvafiq qanununun adı;
ğ) namizədin Azərbaycan Respublikasının vətəndaşı olması;
h) namizədin xarici ölkə vətəndaşlığının olub-olmaması;
x) 5 ildən çox müddət ərzində xarici ölkə ərazisində yaşamaqla bağlı əmələ gələn davamlı, möhkəm və sabit münasibətlərdən başqa ölkələr qarşısında yaranan öhdəliklərinin olub-olmaması;
i) imzası, ərizənin yazılma tarixi.

 

 

 

a,b,c,d,ğ,h,x) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi şəhər və ya rayon polis idarələrinin müvafiq qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələri; 

ç) müvafiq ali təhsil müəssisəsi  və ya Azərbaycan Respublikasının Təhsil Nazirliyi; respublikadan kənarda təhsil alan şəxslər barəsində olan məlumatlar da Azərbaycan Respublikasının Təhsil Nazirliyi vasitəsilə;

e) şəxsin əmək münasibət-lərində olduğu qurum və şəxslər;

müvafiq vergi orqanları;

ə) siyasi partiyanın ali orqanı               və ya icra aparatı;

f, g) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat–Statistik İnformasiya İdarəsi.

 

Səlahiyyətli nümayəndər barədə məlumatlar:
a) səlahiyyətli nümayəndənin soyadı, adı, atasının adı;
b) səlahiyyəti.

 

 

a) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi şəhər və ya rayon polis  idarələrinin müvafiq qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələri;
b) müvafiq siyasi partiyalar bloku və ya notariat orqanı.

 

 

 

İİ mərhələ – Namizədliyin qeydə alınması

 

İrəli sürülmüş namizədlərin qeydə alınması üçün namizəd və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 65 və ən azı 40 gün qalmış saat 18.00-dək müvafiq seçki komissiyasına aşağıdakı seçki sənədlərini təqdim etməlidir (Seçki Məcəlləsinin 58.1-ci maddəsi):

- irəli sürülmüş namizədin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələri (Seçki Məcəlləsinin 58.1.1-ci maddəsi);
- seçici imzaları toplanmasının yekunu haqqında Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi formada tərtib edilmiş protokolun 2 nüsxəsi (Seçki Məcəlləsinin 58.1.2.-ci maddəsi);
- Seçki Məcəlləsinin 53.3-cü və 54.8-ci maddələrinə uyğun olaraq namizəd haqqında təqdim edilmiş məlumatlarda dəyişikliklər barədə bildiriş (Seçki Məcəlləsinin 58.1.3);
- namizədin gəlirlərinin miqdarı və mənbələri barədə məlumat (Seçki Məcəlləsinin 58.1.4-cü maddəsi);
- gəlirlərin alındığı təşkilatlardan həmin gəlirlərin illik cəmi barədə arayış (Seçki Məcəlləsinin 58.3-cü maddəsi);
- mülkiyyət hüququ əsasında namizədə məxsus əmlak barədə məlumat (Seçki Məcəlləsinin 58.1.5-ci maddəsi);
- namizədin ilkin maliyyə hesabatı (seçici imzaları toplanmasının təşkilinə sərf edilən vəsaitlər göstərilməklə) (Seçki Məcəlləsinin 58.1.6-cı maddəsi);


Seçki komissiyaları seçki sənədlərini qəbul edərkən imza vərəqələri olan hər bir qovluğu möhürü ilə təsdiqləyir, təqdim olunmuş imza vərəqələri sayının seçici imzaları toplanmasının yekunu haqqında protokola uyğunluğunu yoxlayır, sonra isə onların qəbul edilmə tarixini və vaxtını qeyd edərək, namizədə və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinə qəbul edilmiş imza vərəqələrinin sayını, oradakı imzaların sayını göstərməklə sənədlərin qəbulu barədə yazılı arayış verir (Seçki Məcəlləsinin 58.4-cü maddəsinə və Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 14 iyun 2006-cı il tarixli 29.111 saylı Qərarı ilə təsdiq edilmiş Təlimata 1 saylı əlavənin forma və məzmununa uyğun).

 

 

 

 

 

İmza toplayan subyektlər:
a) namizədin özü;
b) seçici imzalarını müqavilə əsasında toplayan şəxslər;
c) siyasi partiya və siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələri.

 

 

İmza toplayan subyektlərə aid tələblər:
a) 18 yaşına çatmış, aktiv seçki hüququna malik Azərbaycan Respublikasının  vətəndaşı olması;
b) imza toplamağa hüququ olması;
c) imza toplamış şəxsin soyadı, adı, atasının adı;
ç) şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası və nömrəsi, sənədin verilmə tarixi.

 

 

a, b,c,ç) Azərbaycan Respub-likası Daxili İşlər Nazirliyi şəhər və ya rayon polis idarələrinin müvafiq qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələrində bu Qaydalara uyğun yoxlanmalıdır.

 

İmza toplanılmasına  dair tələblər və onların yoxlanılmasının mümkünlüyü:

a) əgər imzaları namizəd özü toplayıbsa, yalnız özü haqqında məlumatlar və Seçki Məcəlləsinin 57.1-ci maddəsinin tələblərinə əməl olunması; 
b) əgər imzaları səlahiyyətli nümayəndə toplayıbsa, onun haqqında məlumatlar və vəkalətnaməyə dair tələblərin bu Qaydalara uyğun olması;
c) əgər imzalar müqavilə əsasında digər şəxs tərəfindən toplanıbsa, onda tərəflər arasında olan müqavilənin mövcud olması və qanunauyğunluğu, həmin şəxs haqqında məlumatlar,  imza toplayan şəxsə ödənilən (ödəniləcək) məbləğə dair təsdiqedici sənəd, həmin şəxsin imza toplayan subyektə aid tələblərə uyğunluğu və Seçki Məcəlləsinin 57.1-ci maddəsinin tələblərinə əməl olunması;
ç) əgər imzalar siyasi partiya və ya siyasi  partiyalar blokunun səlahiyyətli nümayəndəsi tərəfindən toplanıbsa, onun siyasi partiya və ya siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi olması barədə təsdiqedici sənəd, həmin şəxsin imza toplayan subyektə aid olan tələblərə uyğunluğu və Seçki Məcəlləsinin 57.1-ci maddəsinin tələblərinə əməl olunması.

    Qeyd: siyasi partiya və siyasi partiyaların bolku tərəfindən namizəd irəli sürülərkən  təqdim edilmiş məlumatların düzgün olmamasına görə əsas (Seçki Məcəlləsinin 60.2-ci maddəsi)
o vaxt tətbiq edilə bilər ki, səhv məlumatlar namizədin təqsiri üzündən təqdim edilmiş olsun.

 

 

a,b,ç) Qanunvericiliyə və bu Qaydalara uyğun yoxlanılmalıdır;
c) müqavilə onu təsdiq edən orqan, ödəniş müvəkkil bank  vasitəsilə, həmin şəxsin imza toplayan subyektə aid olan tələblərə uyğunluğu isə bu Qaydalara  uyğun    yoxlanılmalıdır.

 

 

 

   İrəli sürülmüş namizədin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələri

 

 

İmza vərəqəsinin Azərbaycan Respublikası Seçki Məcəlləsinin 3 və 3a saylı əlavələrinin forma və məzmununa uyğunluğu.

 

 

İmza vərəqəsində yoxlanılması mümkün olan məlumatlar:

1. Seçki dairəsinin adı
2. Seçiciyə aid olan məlumat və tələblər:

a) imza edən vətəndaşın soyadı, adı, atasının adı;
b) doğulduğu il ( 18 yaşlı şəxsin həm də doğulduğu ay və gün)
c) yaşayış yerinin ünvanı;
ç) şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası, nömrəsi, verilmə tarixi;
d) imza və onun qoyulduğu tarix.
e) seçki günü 18 yaşına çatmış aktiv seçki hüququ olan Azərbaycan Respublikası vətəndaşı olması;
ə) namizədin irəli sürüldüyü seçki dairəsinin ərazisində daimi yaşaması;
f)  namizədliyin müdafəsi üçün imza və onun qoyulması tarixinin yalnız seciçiyə məxsus olması;
g) Seçki Məcəlləsinin 57.1-ci maddəsinin tələblərinə əməl olunması.

    Qeyd: namizədin müdafiəsi üçün imza  qoyulması hüququ yalnız seçicinin
    özünə məxsusdur.

 

 

 

 

a,b,c,ç,e,ə) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi şəhər və ya rayon polis idarələrinin müvafiq qeydiyyat və şəxsiyyət

vəsiqəsi şöbələri;

f,g) qanunla müəyyən
olunmuş qaydada.

 

 

 

 

 

 

 

3. Namizədə aid məlumatlar:
a) namizədin soyadı, adı, atasının adı;
b) şəxsi imzası;

  1. imzanın qoyulduğu tarix;

     ç) namizədin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu olduqda, onun məhkum olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinin nömrəsi və adı;
d) xarici ölkədə cinayət məsuliyyəti yaradan əməli olmuşdursa, bu haqda qanuni qüvvəyə minmiş məhkəmə hökmü çıxarılmışdırsa və bu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan cinayət məsuliyyəti yaradırsa, xarici ölkənin müvafiq qanununun adının göstərilməsi;
e) namizədin Azərbaycan Respublikasının vətəndaşı olması;
ə) namizədin xarici ölkə vətəndaşlığının olub-olmaması;
f) 5 ildən çox müddət ərzində xarici ölkə ərazisində yaşamaqla bağlı əmələ gələn davamlı,möhkəm  və sabit münasibətlərdən başqa ölkələr qarşısında yaranan öhdəliklərinin olub-olmaması.;
g) əgər namizədi siyasi partiya və ya siyasi partiyalar bloku irəli sürübsə, imza vərəqəsində siyasi partiyanın  və ya siyasi partiyalar blokunun adı.

 

 

a,e,ə,f) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi şəhər və ya rayon polis idarələrinin müvafiq qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələri;

b) şəxsin özü vasitəsilə;
ç, d) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat – Statistik İnformasiya İdarəsi;
g) Mərkəzi Seçki Komissiyası;
müvafiq siyasi partiyanın              icra və ya ali orqanı.

 
   4. İmza toplamış şəxsə aid məlumat və tələblər:
a) şəxsin soyadı, adı, atasının adı;
b) şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası, nömrəsi, verilmə tarixi;
c) şəxsin imzası və imzanın qoyulduğu tarix;
ç) 18 yaşı tamam olmuş aktiv seçki hüququna malik  Azərbaycan Respublikasının vətəndaşı olması;
d)  imza toplamağa səlahiyyəti olması.

 

 

a,b,ç) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi şəhər və ya rayon polis idarələrinin müvafiq qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələri;

 

 

Seçici imzalarının toplanmasının yekunu haqqında Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi formada tərtib edilmiş protokol:

  a) Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 24 iyun 2006-cı il tarixli 30/115 saylı Qərarı iilə təsdiq edilmiş protokolun forma və məzmununa uyğunluğu;
b)  protokolun 2 nüsxədə olub-olmaması.

 

 

 

 

 Namizəd haqqında təqdim edilmiş məlumatlarda dəyişikliklər barədə bildirişdəki yoxlanılmalı məlumatlar:

 

Müvafiq məlumatlara və onların yoxlanılması qaydalarına uyğun.

 

 

 Namizədin gəlirlərinin miqdarı və mənbələri barədə yoxlanılmalı məlumatlar:

(Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 28 avqust 2004-cü il tarixli 16/99 saylı
Qərarı ilə təsdiq edilmiş Qaydaya 1 və 2 saylı əlavələrin forma və məzmununa uyğun):
a) əsas iş yerindən əmək haqqı barədə arayış;
b) mükafat və maddi yardım haqqında arayış;
c) mülki-hüquqi müqavilələrdən əldə olunan gəlir haqqında arayış;
ç) sahibkarlıq fəaliyyətindən əldə edilən gəlir haqqında arayış;
d) qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəlir haqqında arayış.
Qeyd: bu məlumatlar müvafiq komissiyalar tərəfindən göstərilən orqanlara və şəxslərə müraciət etmək yolu ilə əldə edilə bilər.

 

 

 

 

a, b, c, ç, d)  şəxsin əmək  və müqavilə münasibətlərində olduğu qurum və şəxslər; müvafiq vergi orqanları.


 

 

 Mülkiyyət hüququ əsasında namizədə məxsus əmlak barədə məlumat  (Seçki Məcəlləsinin
5 saylı əlavəsinin forma və məzmuna uyğun) 
 

 

Daşınmaz əmlak:
a) torpaq sahəsi;
b) yaşayış sahəsi;
c) mənzillər;
ç) bağlar;
d) qaraj və digər bina, tikili və avadanlıq.

 

a, b, c, ç, d) Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri və ya müvafiq bələdiyyə orqanları, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin ərazi şöbələri və s.

 

Nəqliyyat vasitələri:

 

a) minik avtomobilləri;
b) yük avtomobilləri;
c) digər nəqliyyat vasitələri.

a, b, c) Baş Dövlət Yol Polisi İdarəsi.

Namizədin ilkin maliyyə hesabatı:

 

a) namizədin seçici imzalarının toplanmasının təşkilinə sərf etdiyi vəsait (məbləğ göstərilməklə).

a) Müvəkkil bank.

 

Bələdiyyə seckilərində bələdiyyə üzvlüyünə namizədin dairə seçki komissiyası tərəfindən qeydə alınması Azərbaycan Respublikası Seçki Məcəlləsinin 58-ci, 60-cı və 216-cı maddələri ilə tənzimlənir.
Müvafiq seçki komissiyası imza vərəqələrini və namizədin qeydə alınması üçün lazım olan digər sənədləri qəbul etdikdən sonra 10 gün müddətində qanunvericilikdə nəzərdə tutulmuş qaydada sənədlərlə iş aparmalı və məlumatları yoxlayayaraq namizədin qeydə alınıb-alınmaması barədə əsaslandırılmış qərar qəbul etməlidir.
Qərarda namizədin kim tərəfindən irəli sürülməsi, qeydə alınmanın və ya qeydiyyatdan imtinanın əsasları, qanunvericiliyin müvafiq normaları, qərarın qəbul edilmə vaxtı və tarixi göstərilməli, qanunda nəzərdə tutulmuş qaydada imzalanmalıdır.
Namizədin qeydə alınması barədə qərarın surəti dairə seçki komissiyası tərəfindən həmin qərarın qəbul edildiyi gündən etibarən 1 gün müddətində namizədə, namizədi irəli sürmüş siyasi partiyanın və ya siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə verilməlidir.
Qeydə alınmış hər bir namizədə dairə seçki komissiyası tərəfindən qeydiyyat vəsiqəsi verilir.
Qeydə alınmış bələdiyyə üzvlüyünə namizədlər barədə məlumatları qeydiyyatdan sonra 48 saat müddətində kütləvi informasiya vasitələrinə təqdim edilir.
Qeydə alınmış bələdiyyə üzvlüyünə namizədlərin siyahısı səsvermə gününə azı 25 gün qalmış müvafiq dairə seçki komissiyası tərəfindən dövri nəşrlərdə dərc edilir.

 

_________

 


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası