. : T Ə L İ M A T

 

Azərbaycan Respublikası Mərkəzi Seçki

Komissiyasının 25 avqust 2004-cü il tarixli

15/90 saylı Qərarı ilə təsdiq edilmiş,

24 avqust 2009-cu il tarixli

23-11 saylı Qərarı ilə əlavə və dəyişikliklər edilmişdir.

 

Bələdiyyə seçkilərində bələdiyyə üzvlüyünə namizədə, namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə dairə seçki komissiyası tərəfindən imza vərəqələrinin verilməsi

Q A Y D A L A R I

Namizədin müdafiəsi məqsədilə seçici imzalarının toplanması üçün imza vərəqələrinin verilməsi dairə seçki komissiyası tərəfindən namizədə və ya səlahiyyətli nümayəndəyə bələdiyyə üzvlüyünə namizədin irəli sürülməsini təsdiq edən qərarın təqdim edildiyi gündən başlanır.
İmza vərəqələri Azərbaycan Respublikasının Seçki Məcəlləsinə (bundan sonra – Seçki Məcəlləsi) 3 və 3a saylı əlavələrdə göstərilən formada hazırlanır (Qaydalara 2 və 2a saylı əlavələr).
İmza vərəqələri namizədə və ya səlahiyyətli nümayəndəyə verilərkən hər bir imza vərəqəsinin yuxarı sağ küncü dairə seçki komissiyasının möhürü ilə möhürlənməlidir.
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi nümunəyə uyğun olaraq namizədə və ya səlahiyyətli nümayəndəyə imza vərəqələri verilməsi barədə 2 nüsxədən ibarət akt tərtib edilməlidir. Tərtib olunmuş akt dairə seçki komissiyasının sədri, namizəd və ya səlahiyyətli nümayəndə tərəfindən imzalandıqdan sonra komissiyanın möhürü ilə təsdiqlənir.
İmza vərəqələrini qəbul etməsi haqqında aktda namizədin və ya səlahiyyətli nümayəndənin, həmçinin dairə seçki komissiyası sədrinin soyadı, adı, atasının adı, verilən imza vərəqlərinin növü və sayı göstərilməlidir.
Tərtib edilmiş akt imzalanaraq möhürləndikdən sonra onun bir nüsxəsi dairə seçki komissiyasında qalır, digər nüsxəsi isə imza vərəqələri ilə birlikdə namizədə və ya səlahiyyətli nümayəndəyə təqdim edilir.

_____

Qaydalara  əlavə


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası