. : ŞİKAYƏT VƏ MÜRACİƏTLƏRƏ BAXILMASI


 

Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizliklərdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü Validə Kazımovanın 2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar bələdiyyə    üzvülüyünə namizəd Həsənov Rasim Ənvər oğlunun Azərbaycan   Respublikasının Mərkəzi Seçki Komissiyasına ünvanlanmış  22 dekabr 2009-cu il tarixli 88 saylı müraciətinə baxılması barədə

R Ə Y İ

Bakı şəhəri                                                                                   22 dekabr 2009-cu il, Saat 15.45

2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində 113 saylı Şəki şəhər seçki dairəsi üzrə Şəki bələdiyyəsinin üzvlüyünə namizəd Həsənov Rasim Ənvər oğlu 2009-cu il dekabrın 22-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, seçkiqabağı təşviqat materiallarının Şəki bələdiyyəsinin üzvlüyünə namizəd Mahmudov Bayraməli Səlim oğlu tərəfindən məhv edilməsini bildirmiş və bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydalara haqqında Təlimatın tələblərinə uyğun olaraq araşdırmaya qəbul edilmişdir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 32.4.3-cü maddəsinə əsasən seçki ərazisi üzrə təşviqat subyektləri üçün bərabər seçkiqabağı fəaliyyətin həyata keçirilməsinə müvafiq dairə seçki komissiyaları nəzarət edir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinə və yuxarıda göstərilən Təlimatın  8.6-cı bəndinə uyğun olaraq şikayət və ya müraciət aidiyyət qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin müraciət araşdırılmaq üçün aidiyyəti üzrə müvafiq dairə seçki komissiyasına göndərilməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən    r ə y ə  g ə l d i m :

1. Şəki bələdiyyəsinin üzvlüyünə namizəd Həsənov Rasim Ənvər oğlunun 22 dekabr 2009-cu il tarixli 88 saylı müraciəti araşdırılması üçün aidiyyəti üzrə 113 saylı Şəki şəhər seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.

2. Rəy qəbul edildiyi andan 24 saat ərzində dərc edilsin (Mərkəzi seçki Komissiyasının internet səhifəsində yerləşdirilsin) və surəti müraciətçiyə göndərilsin.

 

Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyası nəzdində
ekspert qrupunun üzvü                                                                Validə Kazımova 


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası