. : ŞİKAYƏT VƏ MÜRACİƏTLƏRƏ BAXILMASI


 

Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və  qərarlardan şikayətlərin araşdırılması məqsədilə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü Ramiz İbrahimovun 2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Veri bələdiyyəsinin üzvlüyünə namizədlər Rəhimov Fərman Nurəli oğlunun və Ağayev Ramiz Başi oğlunun 21 dekabr 2009-cu il tarixli 82 və 85 saylı müraciətlərinin araşdırılmasına dair

R Ə Y İ

       Bakı şəhəri                                    22 dekabr 2009-cu il, saat 12.00

2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində 78 saylı Lerik-Lənkəran seçki dairəsi üzrə Veri bələdiyyəsinin üzvlüyünə namizədliyi irəli sürülmüş Rəhimov Fərman Nurəli oğlu və Ağayev Ramiz Başi oğlu 2009-cu il dekabrın 21-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, Lerik Rayonu İcra Hakimiyyəti başçısının Lerik rayonu Veri bələdiyyəsinə seçkilərə qeyri-qanuni müdaxilə edəcəyini və bələdiyyə seçkilərində Veri ərazisi üzrə 6 kənddən seçilmiş 9 nəfər şəxsi özünün mülahizəsi əsasında müəyyən edəcəyini bildirərək, Mərkəzi Seçki Komissiyasından müvafiq ərazidə keçirilən seçkilərin nəzarətə götürülməsini xahiş etmişlər.
Müraciətlər Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 112, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydalara haqqında” Təlimata uyğun  tərtib edildiyindən araşdırmaya qəbul edilmişdir.
Vətəndaşların müraciətlərində göstərdiyi mülahizələri nəzərə alaraq və seçki qanunvericiliyinin tələblərinə əməl olunmasının təmin edilməsi üçün, müraciətlərin aidiyyəti üzrə müvafiq tədbirlərin görülməsi üçün 78 saylı Lerik-Lənkəran seçki dairəsinin dairə seçki komissiyasına göndərilməsi məqsədəuyğun hesab olunur.
Belə ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 31.1.1-ci maddəsinə əsasən dairə seçki komissiyaları müvafiq seçki dairəsinin ərazisində Azərbaycan Respublikası vətəndaşlarının seçki hüquqlarının riayət olunmasına nəzarət edir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinə və yuxarıda göstərilən Təlimatın 8.6-cı bəndinə uyğun olaraq şikayət və ya müraciət aidiyyət qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aidiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir. 
Bələdiyyə seçkiləri müvafiq seçki dairəsinin ərazisində keçirildiyindən və həmin prosesə dairə seçki komissiyaları rəhbərlik etdiyindən Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112, 112-1, 112-1.5.4-cü və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimatın 7.5.1-ci bəndini rəhbər tutmaqla  r ə y ə   g ə l d i m: 
1. Lerik rayonu Veri bələdiyyəsi üzrə səsvermənin keçirilməsi prosesinə nəzarətin gücləndirilməsi  78 saylı Lerik-Lənkəran seçki dairəsinin dairə seçki komissiyasına həvalə edilsin.
2. 78 saylı Lerik-Lənkəran seçki dairəsinin dairə seçki komissiyası müvafiq tədbirlərin həyata keçirilməsi barədə Mərkəzi Seçki Komissiyasına məlumat versin.
3. Rəy qəbul edildiyi andan 24 saat ərzində dərc edilsin (Mərkəzi Seçki Komissiyasının internet səhifəsində yerləşdirilsin) və surəti şikayətçiyə göndərilsin.

 

Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyası
nəzdində ekspert qrupunun üzvü                                                                 Ramiz İbrahimov


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası