. : ŞİKAYƏT VƏ MÜRACİƏTLƏRƏ BAXILMASI


 

Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizliklərdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü Rafiq Abbasovun 2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Cəlilabad rayonu, Maşliq kənd sakini Məmmədağa Ağayevin Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına ünvanlanmış 18 dekabr 2009-cu il tarixli 81 saylı müraciətinə baxılması barədə

R Ə Y İ

Bakı şəhəri                                                22 dekabr  2009-cu il,  saat 12.00

2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Cəlilabad rayonu, Maşliq kənd sakini Məmmədağa Ağayev və başqalarının yazılı müraciəti 21 dekabr 2009-cu il tarixdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuşdur.
Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına  seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun tərtib edilmədiyindən aidiyyəti üzrə araşdırmaya qəbul edilməmişdir.
Daxil olmuş müraciət nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, müraciətdə tələb aydın göstərilməmişdir.
Şikayətlərə dair ümumi tələblər “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına  seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın 2-ci bəndində müəyyən olunmuşdur. Həmin Təlimatın 2.1.9-cu bəndinin tələblərinə görə, şikayətdə şikayətçinin tələbi olmalıdır.
Yuxarıda adı çəkilən Təlimatın 2.5-ci bəndinə əsasən isə müraciətdə əgər tələb yoxdursa və bu səbəbdən tələb aydın deyilsə, şikayət onu göndərən şəxsə geri qaytarılmalıdır.
“Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına  seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın 7.1-ci bəndinə əsasən seçki komissiyaları tərəfindən şikayət qeydə alındıqdan və baxılması üçün ekspertə təqdim edildikdən sonra ekspert həmin şikayəti ilkin olaraq nəzərdən keçirir. Bu zaman ekspert şikayətin Seçki Məcəlləsi və müvafiq Təlimatla müəyyən edilmiş qaydaların pozulması ilə daxil olduğunu aşkar etdikdə, bu barədə qrup koordinatorunu məlumatlandırmaqla, şikayətin onu təqdim edən şəxsə geri göndərilməsinə dair rəy verməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və adı çəkilən Təlimatın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən    r ə y ə   g ə l d i m :
1. Vətəndaş Məmmədağa Ağayev və başqalarının 21 dekabr 2009-cu il tarixli 81 saylı müraciətində tələb aydın olmadığından o, ərizəçiyə geri göndərilsin.
2. Rəy qəbul edildiyi andan 24 saat ərzində dərc edilsin (Mərkəzi Seçki Komissiyasının internet səhifəsində yerləşdirilsin) və surəti şikayətçiyə göndərilsin.

Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyası nəzdində
ekspert qrupunun üzvü                                                                Rafiq Abbasov 


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası