. : ŞİKAYƏT VƏ MÜRACİƏTLƏRƏ BAXILMASI


 

Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizliklərdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü Emin Quliyevin 2009-cu ilin dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində vətəndaş Ağayev Çərkəz Mustafa oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciəti üzrə

R Ə Y İ

Bakı şəhəri                                                                 19 dekabr  2009-cu il,  saat 14.20

Mən, ekspert qrupunun üzvü Emin Quliyev, 2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində vətəndaş Ağayev Çərkəz Mustafa oğlunun 82 saylı Ağcabədi seçki dairəsi üzrə Ağcabədi bələdiyyəsinin üzvlüyə namizədlər Bədəlov Həbib Vəli oğlunun və Nağıyev Ramil Bəbir oğlunun namizədliklərinin qeydə alınması haqqında müvafiq seçki dairəsi dairə seçki komissiyasının qərarından 18 dekabr 2009-cu il tarixdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş şikayətini nəzərdən keçirərkən müəyyən etdim.
Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsi və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərinin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın tələblərinə uyğun tərtib edilmədiyindən və nəzərdə tutulan müddətdə verilmədiyindən mahiyyəti üzrə araşdırılmaya qəbul edilməmişdir.
Belə ki, daxil olmuş müraciəti nəzərdən keçirərkən müəyyən olunmuşdur ki, yuxarıda göstərilən şəxslərin bələdiyyə üzvlüyünə namizədliklərinin qeydə alınması haqında qərar dairə seçki komissiyası tərəfindən 2009-cu il noyabrın 2-də qəbul edilmiş və dərhal maraqlı şəxslərə çatdırılmışdır.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərinin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın 1.1-ci bəndinin tələblərinə uyğun olaraq vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizliklərdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət verilə bilər.
Müraciətdən isə aydın görünür ki, şikayət seçki qanunvericiliyində nəzərdə tutulmuş müddət ötürülməklə verilmişdir.
Eyni zamanda yuxarıda göstərilən Təlimatın 7.1-ci bəndinin tələblərinə uyğun olaraq seçki komissiyaları tərəfindən şikayət qeydə alındıqdan və baxılması üçün ekspertə təqdim edildikdən sonra ekspert həmin şikayəti ilkin olaraq nəzərdən keçirir. Bu zaman ekspert şikayətin Seçki Məcəlləsi və bu Təlimatla müəyyən edilmiş qaydaların pozulması ilə daxil olduğunu aşkar etdikdə, bu barədə qrup koordinatorunu məlumatlandırmaqla, şikayətin onu təqdim edən şəxsə geri göndərilməsinə dair rəy verməlidir.
Beləliklə, dairə seçki komissiyasının qeyd edilən qərarından qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə şikayət verilmədiyindən mahiyyəti üzrə araşdırılmadan geri qaytarılmalıdır.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-1-ci maddəsinə və adı çəkilən Təlimatın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən r ə y ə  g ə l d i m:
1. 23 dekabr 2009-cu ilə təyin olunmuş bələdiyyə seçkiləri ilə əlaqədar vətəndaş Ağavey Çərkəz Mustafa oğlunun Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciəti qanunvericiliklə müəyyən olunmuş şikayətvermə müddəti ötürüldüyündən mahiyyəti üzrə araşdırılmadan şikayətçiyə geri göndərilsin.
2. Rəy qəbul edildiyi andan 24 saat ərzində dərc edilsin (Mərkəzi Seçki Komissiyasının internet səhifəsində yerləşdirilsin) və surəti şikayətçiyə göndərilsin.

 

 

Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyası nəzdində
ekspert qrupunun üzvü                                                       Emin Quliyev


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası