. : ŞİKAYƏT VƏ MÜRACİƏTLƏRƏ BAXILMASI


 

Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizliklərdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü Qabil Orucovun 2009-cu ilin dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində 40 saylı Kəpəz II seçki dairəsi üzrə namizədliyi qeydə alınmış Abbasov Asif Yaşar oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətləri üzrə

RƏYİ

Bakı şəhəri                                                             19 dekabr  2009-cu il

Mən, ekspert qrupunun üzvü Qabil Orucov 2009-cu ilin dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində 40 saylı Kəpəz II seçki dairəsi üzrə namizədliyi qeydə alınmış Abbasov Asif Yaşar oğlunun Mərkəzi Seçki Komissiyasına 18 dekabr 2009-cu ildə daxil olmuş 68/8 saylı müraciətini  araşdıraraq müəyyən etdim:
Müraciət Seçki Məcəlləsinin və Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqından Təlimatın tələblərinə uyğun tərtib edildiyindən və nəzərdə tutulan müddətdə verildiyindən araşdırmaya qəbul edilmişdir.
2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində namizəd Abbasov Asif Yaşar oğlu Mərkəzi Seçki Komissiyasına müraciət edərək bildirmişdir ki, Kəpəz rayon prokurorluğu tərəfindən onun atası Abbasov Yaşar Abdulla oğlu prokurorluğa çağrılmış, həmçinin Kəpəz rayon polis idarəsi tərəfindən isə onun özü idarəyə çağrılaraq namizədliyini geri götürməsi tələbi irəli sürülmüş və o təzyiqlərə məruz qalmışdır.
Araşdırma prosesində namizəd Y.Abbasov ilə telefon, həmçinin dairə seçki komissiyası vasitəsilə birbaşa əlaqə saxlamağa cəhd göstərilsə də, həmin şəxsə məxsus telefonlar cavab verməmiş və həmçinin onu Gəncə şəhərində tapmaq mümkün olmamışdır.
Araşdırılan müraciətlə əlaqədar Kəpəz rayon prokurorunun müavini K.Yunusov tərəfindən təqdim olunan məktuba əsasən müəyyən edilmişdir ki, Yaşar Abbasov ölüm hadisəsi ilə əlaqədar istintaq zərurəti ilə bağlı prokurorluğa dəvət olunmuş, zərurət aradan qalxdıqdan sonra isə onunla söhbət aparılmaqla kifayətlənilmişdir.
Polis əməkdaşkarına münasibətdə isə araşdırma səlahiyyəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə aid olduğundan müraciətin həmin hissədə araşdırılması üçün göstərilən orqana göndərilməsi məqsədə uyğundur.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-1-ci və Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqından Təlimatın 1, 2, 4, 6, 7-ci bəndlərinə əsasən rəyə gəldim:
1. 23 dekabr 2009-cu ilə təyin olunmuş bələdiyyə seçkilərində 40 saylı Kəpəz II seçki dairəsi üzrə namizəd A.Abbasovun Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciəti araşdırılması üçün Daxili İşlər Nazirliyinə göndərilsin.
2. Rəy qəbul edildiyi andan 24 saat müddətində dərc olunsun və surəti səlahiyyətli nümayəndəyə göndərilsin.

 

Ekspert qrupunun üzvü                                                      Qabil Orucov


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası