Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizliklərdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü Ramiz İbrahimovun 2009-cu ilin dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində vətəndaş Mustafayev Rüfət Əlikram oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciəti üzrə
RƏYİ
Bakı şəhəri 19 dekabr 2009-cu il,
Saat 12.00
Mən, ekspert qrupunun üzvü Ramiz İbrahimov, 2009-cu ilin dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində vətəndaş Mustafayev Rüfət Əlikram oğlunun Kürdəxanı bələdiyyəsinin üzvlüyünə namizədliyinin qeydə alınmasından imtina edilməsinə dair 27 saylı Sabunçu II seçki dairəsi dairə seçki komissiyasının 19 noyabr 2009–cı il tarixli 21/176 saylı qərarından 18 dekabr 2009-cu il tarixdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş şikayətini nəzərdən keçirərək müəyyən etdim.
Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin və “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun tərtib edilmədiyindən və nəzərdə tutulan müddətdə verilmədiyindən mahiyyəti üzrə araşdırmaya qəbul edilməmişdir.
Belə ki, daxil olmuş müraciət nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, bələdiyyə üzvlüyünə namizədliyinin qeydə alınmasından imtina edilməsi barədə qərar dairə seçki komissiyası tərəfindən 2009-cu il noyabrın 19-da qəbul edilmiş və dərhal maraqlı şəxsə çatdırılmışdır.
Müraciətindən və ona əlavə edilmiş sənədlərdən aydın görünür ki, şikayət seçki qanunvericiliyində nəzərdə tutulmuş müddət ötürülməklə verilmişdir.
Dairə seçki komissiyasının qeyd edilən qərarından qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə şikayət verilmədiyindən mahiyyəti üzrə araşdırılmadan geri qaytarılmalıdır.
Belə ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112.1-ci maddəsinə və “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqından Təlimat”ın 4.1.2-ci bəndinə əsasən seçki subyektləri vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər.
Eyni zamanda həmin Təlimatın 7.1-ci bəndinə əsasən seçki komissiyaları tərəfindən şikayət qeydə alındıqdan və baxılması üçün ekspertə təqdim edildikdən sonra ekspert həmin şikayəti ilkin olaraq nəzərdən keçirir. Bu zaman ekspert şikayətin Seçki Məcəlləsi və bu Təlimatla müəyyən edilmiş qaydaların pozulması ilə daxil olduğunu aşkar etdikdə, bu barədə qrup koordinatorunu məlumatlandırmaqla, şikayətin onu təqdim edən şəxsə geri göndərilməsinə dair rəy verməlidir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-1-ci maddəsinə və “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqından Təlimat”ın 1.1-ci, 4.1.2-ci və 7.1-ci bəndlərinə əsasən rəyə gəldim:
1. 23 dekabr 2009-cu ilə təyin olunmuş bələdiyyə seçkilərində vətəndaş Mustafayev Rüfət Əlikram oğlunun Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciəti qanunvericiliklə müəyyən olunmuş şikayətvermə müddəti ötürüldüyündən mahiyyəti üzrə araşdırılmadan ərizəçiyə geri qaytarılsın.
2. Rəy qəbul edildiyi andan 24 saat müddətində dərc olunsun (internetdə yerləşdirilsin) və surəti vətəndaşa göndərilsin.
Ekspert qrupunun üzvü Ramiz İbrahimov |