. : ŞİKAYƏT VƏ MÜRACİƏTLƏRƏ BAXILMASI


 

Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və  qərarlardan şikayətlərin araşdırılması məqsədilə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü İradə Hacıyevanın 2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Quliyev Akif Pənah oğlunun və digərlərinin 66 saylı müraciətinin araşdırılmasına dair

R Ə Y İ

Bakı şəhəri                                    19 dekabr 2009-cu il, saat 11.00

Şəmkir rayonu, Qaracəmirli sakini Quliyev Akif Pənah oğlu və bir qrup kənd sakini (T.Y.Qurbanov, F.S.Yadigarov, V.S.Yadigarov, S.A.Qasımov) Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına ünvanlanmış 18 dekabr 2009-cu il tarixli yazılı müraciətdə bildirmişlər ki, Qaracəmirli bələdiyyəsinin sədri və hazırda həmin bələdiyyəyə namizədliyi  qeydə alınmış namizəd Qurban Mehdiyev bələdiyyə sədri olduğu dövrdə bir sıra qanunsuz əməllər törətmiş və yenidən bələdiyyə üzvü seçilərsə,qeyri-qanuni hərəkətlər edəcəyini ehtimal etdiklərini bildirmişlər. Göstərilir ki, həmin bələdiyyəyə seçkiləri həyata keçirəcək məntəqə seçki komissiyası  və nəticələri yekunlaşdıracaq dairə seçki komissiyasından bu barədə müvafiq hərəkətlər etmək tələb edilir. Ərizəçilər Mərkəzi Seçki Komissiyasından həmin seçki məntəqəsində səsvermə prosesinin nəzarətə götürülməsini xahiş edirlər.
Şikayət Azərbaycan Respublikasının Seçki Məcəlləsinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydalara haqqında Təlimat” a uyğun  tərtib edildiyindən araşdırmaya qəbul edilmişdir.
Araşdırma nəticəsində məlum olmuşdur ki, Mehdiyev Qurbanın namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş və 102 saylı Samux- Şəmkir seçki dairəsi dairə seçki komisiyyası tərəfindən qeydə alınmışdır.
Müraciətdən görünür ki,namizədin bələdiyyə sədri olduğu dövrdə İddia olunan cinayət əməlləri ilə bağlı Azərbaycan Respublikasının Baş Prokrorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən onların şikayəti əsasında müvafiq araşdırma aparılmaqdadır.
Bələdiyyə seçkiləri müvafiq seçki dairəsinin ərazisində keçirildiyindən və həmin prosesə dairə seçki komisiyaları rəhbərlik etdiyindən Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112, 112-1, 112-1.5.4-cü və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat” ın 7.5.1 r ə y ə   g ə l d i m: 
1. Qaracəmirli kənd bələdiyyəsi üzrə səsvermənin keçirilməsi prosesinə nəzarətin gücləndirilməsi  102 saylı Samux–Şəmkir seçki dairəsi dairə seçki komisiyyasına həvalə edilsin.
2. Rəy qəbul edildiyi andan 24 saat ərzində dərc edilsin (Mərkəzi Seçki Komissiyasının internet səhifəsində yerləşdirilsin) və surəti şikayətçiyə göndərilsin.

 

Azərbaycan Respublikası
Mərkəzi Seçk Komissiyası
nəzdində ekspert qrupunun üzvü                                  İradə Hacıyeva


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası