Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizliklərdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü Nizami Nadirovun 2009-cu ilin dekabrın 23-nə təyin edilmiş bələdiyyə vətəndaş Cavadov Nurkamal Nurməmməd oğlunun 18 dekabr 2009-cu il tarixli 65 saylı müraciətinə baxılması barədə
R Ə Y İ
Bakı şəhəri 19 dekabr 2009-cu il, saat 14.20
2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində 87 saylı Ağsu-İsmayıllı seçki dairəsi üzrə üzvlüyünə namizədliyi özü tərəfindən irəli sürülmüş Yeni Azərbaycan Partiyasının üzvü Cavadov Nurkamal Nurməmməd oğlu 2009-cu il dekabrın 18-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət etmişdir.
Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydalara haqqında Təlimat”ın tələblərinə uyğun tərtib edilmədiyindən mahiyyəti üzrə araşdırmaya qəbul edilməmişdir.
Daxil olmuş müraciət nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, müraciətdə tələb aydın göstərilməmişdir.
Şikayətlərə dair ümumi tələblər “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın 2-ci bəndində müəyyən olunmuşdur. Həmin Təlimatın 2.1.9-cu bəndinin tələblərinə görə şikayətdə şikayətçinin tələbi olmalıdır. Həmin Təlimatın 2.5-ci bəndinə görə əgər tələb yoxdursa və bu səbəbdən tələb aydın deyilsə şikayət onu göndərən şəxsə geri qaytarılmalıdır.
Həmin Təlimatın 7.1-ci bəndinə görə seçki komissiyaları tərəfindən şikayət qeydə alındıqdan və baxılması üçün ekspertə təqdim edildikdən sonra ekspert həmin şikayəti ilkin olaraq nəzərdən keçirir. Bu zaman ekspert şikayətin Seçki Məcəlləsi və müvafiq Təlimatla müəyyən edilmiş qaydaların pozulması ilə daxil olduğunu aşkar etdikdə, bu barədə qrup koordinatorunu məlumatlandırmaqla, şikayətin onu təqdim edən şəxsə geri göndərilməsinə dair rəy verməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və adı çəkilən Təlimatın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən r ə y ə g ə l d i m :
1. Cavadov Nurkamal Murməmməd oğlunun 18 dekabr 2009-cu il tarixli 65 saylı müraciəti tələb aydın olmadığından ərizəçiyə geri göndərilsin.
2. Rəy qəbul edildiyi andan 24 saat ərzində dərc edilsin (Mərkəzi Seçki Komissiyasının internet səhifəsində yerləşdirilsin) və surəti şikayətçiyə göndərilsin.
Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyası nəzdində
ekspert qrupunun üzvü Nizami Nadirov |