. : ŞİKAYƏT VƏ MÜRACİƏTLƏRƏ BAXILMASI


 

Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizliklərdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü Rafiq Abbasovun Bakı şəhəri, Möhsün Sənani küçəsi 23, mənzil 3 ünvanında yaşayan Nərimanov bələdiyyəsinə namizəd vətəndaş Ələsgərova Şahnaz Əmiraslan qızının 21 noyabr 2009-cu il tarixdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 31 saylı müraciəti üzrə

RƏYİ

Bakı şəhəri                                                                                                                                24 noyabr 2009-cu il, Saat 15-00  

2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar bələdiyyə üzvlüyünə namizədliyi özü tərəfindən irəli sürmüş Ələsgərova Şahnaz Əmiraslan qızı 21 noyabr 2009-cu il tarixdə Mərkəzi Seçki Komissiyasına yazılı müracıət edərək, namizədliyinin qeydiyyatından 20 saylı Nərimanov II seçki dairəsinin dairə seçki komissiyası tərəfindən qanunsuz imtina edilməsini  bildirmiş və bununla əlaqədar qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini xahiş etmişdir.
Mən, ekspert qrupunun üzvü Rafiq Abbasov Nərimanov bələdiyyəsi üzvlüyünə namizəd vətəndaş Ələsgərova Şahnaz Əmiraslan qızının 21 noyabr 2009-cu il tarixdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 31 saylı müraciətini araşdıraraq müəyyən etdim:
Müraciət Seçki Məcəlləsinin və “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun tərtib edildiyindən və nəzərdə tutulan müddətdə verildiyindən araşdırmaya qəbul edilmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqularının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü kimi tərəfimdən araşdırılmışdır.
Vətəndaşların seçki hüquqlarının daha səmərəli təmini üçün müraciətinin qanunla müəyyən olunmuş müddətdə, tam, obyektiv və qərəzsiz araşdırmağa çalışdım.
Araşdırma prosesində Ş. Ələsgərova ilə telefon əlaqəsi saxlanılmış, ona əlavə sübutlar təqdim etmək və araşdırmada iştirak etmək hüquqları barədə məlumat verilmişdir.
Araşdırma nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin ekspertlərinin və Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin mütəxəssisinin verdikləri rəylərə əsasən təqdim olunmuş 200 seçici imzasından cəmi 129-u etibarlı hesab edilmişdir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 215.1.1-ci maddəsinə əsasən əhalisi 99.999-dan çox olan ərazidə qeydə alınmaq üçün namizədliyi irəli sürülmüş hər bir vətəndaş 150 seçici imzası toplamalıdır.
Odur ki, bələdiyyə üzvlüyünə namizəd vətəndaş Ələsgərova Şahnaz Əmiraslan qızının müraciəti əsassız olduğundan təmin edilməməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19. 4-cü, 28. 2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən rəyə gəldim:
1. Vətəndaş Ələsgərova Şahnaz Əmiraslan qızının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 21 noyabr 2009-cu il tarixli 31 saylı müraciəti əsassız olduğundan təmin edilməsin.
2. Rəy qəbul edildiyi andan 24 saat müddətində dərc olunsun və surəti vətəndaşa göndərilsin.

Ekspert qrupunun üzvü                                                                                                                                  Rafiq Abbasov


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası