Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizliklərdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü Rövşən İsmayılovun 2009-cu ilin dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində 117 saylı Oğuz-Qəbələ seçki dairəsi üzrə Oğuzbələdiyyəsi üzvlüyünə namizədliyi özü tərəfindən irəli sürülmüş Həmidov İlqar Mahmud oğlu və Xudiyev Araz Sadəddin oğlunun müraciətinə baxılması barədə
R Ə Y İ
Bakı şəhəri 27 noyabr 2009-cu il, saat 14.20
2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində 117 saylı Oğuz-Qəbələ seçki dairəsi üzrə Oğuz bələdiyyəsinin üzvlüyünə namizədlikləri özləri tərəfindən irəli sürülmüş Yeni Azərbaycan Partiyasının üzvləri Həmidov İlqar Mahmud oğlu və Xudiyev Araz Sadəddin oğlu 2009-cu il noyabrın 24-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, namizədliklərinin qeydiyyatından adı çəkilən dairə seçki komissiyaları tərəfindən qanunsuz imtina edilməsini bildirmiş və bununla əlaqədar qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini xahiş etmişlər.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun tərtib edildiyindən araşdırmaya qəbul edilmişdir.
Araşdırma nəticəsində müraciətin əsassız olduğu müəyyən edildiyindən, təmin edilməməli, dairə seçki komissiyasının namizədliyin qeydiyyatından imtina edilməsinə dair müvafiq qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən r ə y ə g ə l d i m :
1. Bələdiyyə üzvlüyünə namizədlər Həmidov İlqar Mahmud oğlu və Xudiyev Araz Sadəddin oğlunun 24 noyabr 2009-cu il tarixli 64 saylı müraciəti əsassız olduğundan təmin edilməsin.
2. Rəy qəbul edildiyi andan 24 saat ərzində dərc edilsin (Mərkəzi Seçki Komissiyasının internet səhifəsində yerləşdirilsin) və surəti şikayətçiyə göndərilsin.
Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyası nəzdində ekspert qrupunun üzvü Rövşən İsmayılov
|