Vətəndaşların seçki hüququnu pozan
hərəkətlərdən (hərəkətsizliklərdən) və
qərarlardan şikayətlərin araşdırılması
məqsədi ilə Mərkəzi Seçki Komissiyasının
nəzdində yaradılmış ekspert qrupunun
üzvü Nizami Nadirovun 2009-cu il
dekabrın 23-nə təyin edilmiş Azərbaycan
Respublikasında növbəti bələdiyyə
seçkiləri ilə əlaqədar namizədliyi Müsavat partiyası tərəfindən irəli sürülən Məmməd Xəqani Əsədulla oğlunun 23 noyabr 2009-cu il tarixli müraciətinin araşdırılmasına dair
R Ə Y İ
2009-cu ilin dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində 95 saylı Tərtər seçki dairəsi üzrə Tərtər bələdiyyəsinin üzvlüyünə namizədliyi Müsavat partiyası tərəfindən irəli sürülmüş Məmməd Xəqani Əsədulla oğlu 2009-cu il noyabrın 23-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, 95 saylı Tərtər seçki dairəsinin dairə seçki komissiyası tərəfindən namizədliyinin qeydiyyatından qanunsuz imtina edilməsini bildirmiş və bununla əlaqədar qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112, 112-1-ci maddəsinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərinin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun tərtib edildiyindən araşdırmaya qəbul edilmişdir.
Bələdiyyə üzvlüyünə namizəd Məmməd Xəqani Əsədulla oğlunun müraciətinin qanunla müəyyən edilmiş qaydada araşdırılması üçün onunla əlaqə yaradılaraq, əlavə sübutlar təqdim etmək və aradırmada iştirak etmək hüquqları barədə məlumat verilmişdir.
Mərkəzi Seçki Komissiyası vətəndaşların seçki hüquqlarının daha səmərəli təmini prinsipi əsas götürülərək, bələdiyyə üzvlüyünə namizəd Məmməd Xəqani Əsədulla oğlunun müraciəti tərəfimdən qanunla müəyyən edilmiş müddətdə, tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmışdır.
Araşdırma nəticəsində müraciətin əsaslı olduğu müəyyən edildindən, müraciət təmin edilməli, dairə seçki komissiyasının namizədliyin qeydiyyatından imtina edilməsi barədə 17 noyabr 2009-cu il tarixli qərarı ləğv edilməli, 95 saylı Tərtər seçki dairəsi üzrə Tərtər bələdiyyəsi üzrə bələdiyyə üzvlüyünə namizədliyi qeydə alınmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasında və dairə seçki komissiyalarında seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərinin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən r ə y ə g ə l d i m :
1. Müsavat partiyası tərəfindən bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülmüş irəli sürülmüş Məmməd Xəqani Əsədulla oğlunun 23 noyabr 2009-cu il tarixli müraciəti əsaslı olduğundan təmin edilərək 95 saylı Tərtər dsk-nın 17 noyabr 2009-cu il tarixli qərarı ləğv edilsin.
2. Məmməd Xəqani Əsədulla oğlunun bələdiyyə üzvlüyünə namizədliyi Tərtər bələdiyyəsi üzrə qeydə alınsın.
3. Rəy qəbul edildiyi andan 24 saat müddətində dərc olunsun (Mərkəzi Seçki Komissiyasının internet səhifəsində) və surəti şikayətçiyə göndərilsin.
Ekspert qrupunun üzvü Nizami Nadirov
26 noyabr 2009-cu il |