Vətəndaşların seçki hüququnu pozan
hərəkətlərdən (hərəkətsizliklərdən) və
qərarlardan şikayətlərin araşdırılması
məqsədi ilə Mərkəzi Seçki Komissiyasının
nəzdində yaradılmış ekspert qrupunun
üzvü Qabil Orucovun 2009-cu il
dekabrın 23-nə təyin edilmiş Azərbaycan
Respublikasında növbəti bələdiyyə
seçkiləri ilə əlaqədar namizədliyi Müsavat partiyası tərəfindən irəli sürülən Mirələmov Rahib Eldar oğlunun 24 noyabr 2009-cu il tarixli 51 saylı müraciətinin araşdırılmasına dair
R Ə Y İ
2009-cu ilin dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində 30 saylı Suraxanı I seçki dairəsi üzrə Qaraçuxur bələdiyyəsi üzvlüyünə namizədliyi Müsavat partiyası tərəfindən irəli sürülmüş Mirələmov Rahib Eldar oğlu 2009-cu il noyabrın 24-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, 30 saylı Suraxanı I seçki dairəsinin dairə seçki komissiyası tərəfindən namizədliyinin qeydiyyatından qanunsuz imtina edilməsini bildirmiş və bununla əlaqədar qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112, 112-1-ci maddəsinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərinin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun tərtib edildiyindən araşdırmaya qəbul edilmişdir.
Bələdiyyə üzvlüyünə namizəd Mirələmov Rahib Eldar oğlunun müraciətinin qanunla müəyyən edilmiş qaydada araşdırılması üçün onunla əlaqə yaradılaraq, əlavə sübutlar təqdim etmək və aradırmada iştirak etmək hüquqları barədə məlumat verilmişdir.
Mərkəzi Seçki Komissiyası vətəndaşların seçki hüquqlarının daha səmərəli təmini prinsipi əsas götürülərək, bələdiyyə üzvlüyünə namizəd Mirələmov Rahib Eldar oğlunun müraciəti tərəfimdən qanunla müəyyən edilmiş müddətdə, tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmışdır.
Araşdırma nəticəsində müraciətin əsaslı olduğu müəyyən edildindən, müraciət təmin edilməli, dairə seçki komissiyasının namizədliyin qeydiyyatından imtina edilməsi barədə qərarı ləğv edilməli, müvafiq bələdiyyə üzrə bələdiyyə üzvlüyünə namizədliyi qeydə alınmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasında və dairə seçki komissiyalarında seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərinin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən r ə y ə g ə l d i m :
1. Müsavat partiyası tərəfindən bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülmüş irəli sürülmüş Mirələmov Rahib Eldar oğlunun 24 noyabr 2009-cu il tarixli müraciəti əsaslı olduğundan təmin edilərək 30 saylı Suraxanı I seçki dairəsi dairə seçki komissiyasının qərarı ləğv edilsin.
2. Mirələmov Rahib Eldar oğlunun bələdiyyə üzvlüyünə namizədliyi qeydə alınsın.
3. Rəy qəbul edildiyi andan 24 saat müddətində dərc olunsun (Mərkəzi Seçki Komissiyasının internet səhifəsində) və surəti şikayətçiyə göndərilsin.
Ekspert qrupunun üzvü Qabil Orucov
26 noyabr 2009-cu il |