. : ŞİKAYƏT VƏ MÜRACİƏTLƏRƏ BAXILMASI


 

Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizliklərdən) və qərarlardan şikayətlərin araşdırılması
məqsədi ilə Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü Qabil Orucovun 2009-cu il
dekabrın 23-nə təyin edilmiş Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkiləri ilə əlaqədar Ümid partiyasının səlahiyyətli nümayəndəsi 24 noyabr 2009-cu il tarixli müraciətinin araşdırılmasına dair

R Ə Y İ

2009-cu ilin dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində bələdiyyə üzvlüyünə namizədləri irəli sürülmüş Ümid partiyasının səlahiyyətli nümayəndəsi 2009-cu ilin noyabrın 21-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, həmin partiya tərəfindən 42 saylı Sumqayıt II seçki dairəsi üzrə Sumqayıt bələdiyyəsinin üzvlüyünə namizədlikləri irəli sürülmüş Abbasov Nazim Nizami oğlu və Mahmudov Qafar Məhyəddin oğlunun namizədliklərinin qeydiyyatından adı çəkilən dairə seçki komissiyası tərəfindən qanunsuz imtina edilməsini bildirmiş və bununla əlaqədar tədbirlər görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112, 112-1-ci maddəsinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərinin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun tərtib edildiyindən araşdırmaya qəbul edilmişdir.
Ümid partiyasının səlahiyyətli nümayəndəsi ilə əlaqə yaradılaraq, əlavə sübutlar təqdim etmək və aradırmada iştirak etmək hüquqları barədə məlumat verilmişdir.
Mərkəzi Seçki Komissiyası vətəndaşların seçki hüquqlarının daha səmərəli təmini prinsipi əsas götürülərək, bələdiyyə üzvlüyünə namizəd Kərimov Əhliman Əlif oğlunun müraciəti tərəfimdən qanunla müəyyən edilmiş müddətdə, tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmışdır.
Araşdırma prosesində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin və Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyatı və Miqrasiya İdarəsinin mütəxəssislərinin verdikləri rəylərinə əsasən Abbasov Nazim Nizami oğlunun qeydə alınması üçün təqdim olunmuş 200 seçici imzasından 188-i etibarlı, Mahmudov Qafar Məhyəddin oğlunun qeydə alınması üçün isə təqdim olunmuş 175 seçici imzasından 124-ü etibarlı hesab edilmişdir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 215.1.1-ci maddəsinə əsasən əhalisi 99.999-dan çox olan ərazidə qeydə alınmaq üçün namizədliyi irəli sürülmüş hər bir vətəndaş 150 seçici imzası toplamalıdır. Ona görə də müraciət qismən əsaslı hesab edilməli, dairə seçki komissiyasının müvafiq qərarı Abbasov Nazim Nizami oğlunun bələdiyyə üzvlüyünə namizədliyinin qeydiyyatından imtina edilməsi hissəsində ləğv edilməli, onun namizədliyi qeydə alınmalı, Mahmudov Qafar Məhyəddin oğlu barəsi hissəsində isə müvafiq qərar dəyişdirilmədən saxlanılmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasında və dairə seçki komissiyalarında seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərinin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən   r ə y ə   g ə l d i m :
1.      Ümid partiyasının səlahiyyətli nümayəndəsinin 21 noyabr 2009-cu il tarixli 27 saylı müraciəti qismən təmin edilsin.
2.      42 saylı Sumqayıt II seçki dairəsi dsk-nın müvafiq qərarı Abbasov Nazim Nizami oğlunun bələdiyyə üzvlüyünə namizədliyinin qeydiyyatından imtina edilməsi hissəsində ləğv edilsin və onun namizədliyi qeydə alınsın,  Mahmudov Qafar Məhyəddin oğlunun bələdiyyə üzvlüyünə namizədliyinin qeydiyyatından imtina edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın.
3.      Rəy qəbul edildiyi andan 24 saat müddətində dərc olunsun (Mərkəzi Seçki Komissiyasının internet səhifəsində) və surəti şikayətçiyə göndərilsin.

 

Ekspert qrupunun üzvü                                                                                                                                                          Qabil Orucov

25 noyabr 2009-cu il


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası