Vətəndaşların seçki hüququnu pozan
hərəkətlərdən (hərəkətsizliklərdən) və
qərarlardan şikayətlərin araşdırılması
məqsədi ilə Mərkəzi Seçki Komissiyasının
nəzdində yaradılmış ekspert qrupunun
üzvü Qabil Orucovun 2009-cu il
dekabrın 23-nə təyin edilmiş Azərbaycan
Respublikasında növbəti bələdiyyə
seçkiləri ilə əlaqədar 22 saylı Nəsimi II seçki dairəsi üzrə Nəsimi bələdiyyəsinin üzvlüyünə namizədliyi özü
tərəfindən irəli sürülmüş Mansurov Mirəjdər Mehdi oğlunun müraciətinin
araşdırılmasına dair
R Ə Y İ
2009-cu ilin dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində bələdiyyə üzvlüyünə namizədliyi özü tərəfindən irəli sürülmüş Mansurov Mirəjdər Mehdi oğlu 2009-cu il noyabrın 18-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək namizədliyinin qeydiyyatından 22 saylı Nəsimi II seçki dairəsi dairə seçki komissiyası tərəfindən qanunsuz imtina edilməsini bildirmiş və bununla əlaqədar qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini xahiş etmişdir.
Müraciət “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasında və dairə seçki komissiyalarında seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərinin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun tərtib edildiyindən araşdırmaya qəbul edilmişdir.
Komissiyada vətəndaşların seçki hüquqlarının təmini prinsipini əsas götürərək Mansurov Mirəjdər Mehdi İsaq oğlunun şikayətinin araşdırılması məqsədi ilə onunla telefon əlaqəsi yaradılmış, ona əlavə sübutlar təqdim etmək və araşdırmada iştirak etmək hüquqları barədə məlumat verilmişdir.
Araşdırma nəticəsində müraciətin əsaslı olduğu müəyyən edildiyindən, müraciət təmin edilməli, dairə seçki komissiyasının Mansurov Mirəjdər Mehdi oğlunun namizədliyinin qeydiyyatından imtina edilməsi barədə qərarı ləğv edilməli, müvafiq bələdiyyə üzrə namizədliyi qeydə alınmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasında və dairə seçki komissiyalarında seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərinin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən r ə y ə g ə l d i m :
1. Namizədliyi özü tərəfindən irəli sürülmüş Mansurov Mirəjdər Mehdi oğlunun 18 noyabr 2009-cu il tarixli müraciəti əsaslı olduğundan təmin edilərək dairə seçki komissiyasının müvafiq qərarı ləğv edilsin.
2. Mansurov Mirəjdər Mehdi oğlu 22 saylı Nəsimi II seçki dairəsi üzrə Nəsimi bələdiyyəsinin bələdiyyə üzvlüyünə namizədliyi qeydə alınsın.
3. Rəy qəbul edildiyi andan 24 saat müddətində dərc olunsun (Mərkəzi Seçki Komissiyasının internet səhifəsində) və surəti şikayətçiyə göndərilsin.
Ekspert qrupunun üzvü Qabil Orucov
26 noyabr 2009-cu il |