. : ŞİKAYƏT VƏ MÜRACİƏTLƏRƏ BAXILMASI


 

Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizliklərdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü Emin Quliyevin 2009-cu ilin dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Ümid Partiyasının səlahiyyətli nümayəndəsi Məmmədov Abbasağa Hüseynbala oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətləri üzrə

RƏYİ

Bakı şəhəri                                                                                                              20 noyabr 2009-cu il, saat 10:00

2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Ümid Partiyasının səlahiyyətli nümayəndəsi A.Məmmədov Mərkəzi Seçki Komissiyasına müraciət edərək bildirmişdir ki, 114 saylı Şəki kənd I seçki dairəsi üzrə namizədlikləri Ümid Partiyasından irəli sürülmüş bir qrup şəxslərin namizədliklərinin qeydə alınmasından əsassız qaydada imtina olunmuş və Seçki Məcəlləsinin tələbləri pozulmuşdur.
Bununla əlaqədar A. Məmmədov müvafiq tədbir görülməsini xahiş etmişdir. 
Araşdırma prosesində səlahiyyətli nümayəndə A. Məmmədov ilə telefon əlaqəsi saxlanılmış və müraciətlərdə qeyd edilən hallarla  əlaqədar əlavə sübutlar təqdim etməsi təklif edilmişdir. Eyni zamanda ona araşdırmada iştirak etmək hüququ barədə məlumat verilmişdir. Onun tərəfindən əlavə sübutlar təqdim olunmamışdır. Səlahiyyətli nümayəndə bildirmişdir ki, müraciətdə göstərilənlərdən başqa heç bir əlavə fakta və sübuta malik deyildir.

Müraciət Seçki Məcəlləsinin və Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqından Təlimatın tələblərinə uyğun tərtib edildiyindən və nəzərdə tutulan müddətdə verildiyindən, araşdırmaya qəbul edilmişdir.
Mən, ekspert qrupunun üzvü Emin Quliyev 2009-cu ilin dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Ümid Partiyasının səlahiyyətli nümayəndəsi Məmmədov Abbasağa Hüseynbala oğlunun Mərkəzi Seçki Komissiyasına 18 noyabr 2009-cu ildə daxil olmuş müraciətini  araşdıraraq müəyyən etdim.
Araşdırmaya qəbul edilmiş və araşdırma prosesində məlum olmuşdur ki, 114 saylı Şəki kənd I seçki dairəsi Dairə Seçki Komissiyasının göstərilən şəxslərin namizədliklərinin qeydə alınmasından imtina edilməsi barədə qərarı Seçki Məcəlləsinin tələbləri pozulmaqla qəbul edilmişdir.
Belə ki, Seçki Məcəlləsinin 60.1-ci maddəsinə əsasən müvafiq seçki komissiyası namizədin qeydə alınıb-alınmaması ilə əlaqədar hər bir namizəd barəsində əsaslandırılmış qərar qəbul etməli olduğu halda qanunun tələbinə əməl olunmamışdır.
Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112, 112-1, 60.1 və müvafiq təlimatın 1, 2, 4, 6, 7-ci bəndlərinə əsasən rəyə gəldim.
1. Şikayət təmin edilsin.
2. Qərar yenidən baxılması üçün Dairə Seçki Komissiyasına göndərilsin.
3. Rəy qəbul edildiyi andan 24 saat müddətində dərc olunsun və surəti səlahiyyətli nümayəndəyə göndərilsin.

 

Ekspert qrupunun üzvü                                                                                                                              Emin Quliyev

Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası