Vətəndaşların seçki hüququnu pozan hərəkətlədən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzrində ekspert qrupunun üzvü Tofiq Həsənəvun 2009-cu il dekabrın 23-də təyin edilmiş bələdiyyə seşkiləri ilə əlaqədar bələdiyyə üzvlüyünə namizədlər irəli sürülmüş Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Gülağa Aslanlının sikayətinin araşdırılmasına dair
R Ə Y İ
Bakı şəhəri 14 noyabr 2009-cu il, saat 17.15
Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı tərəfindən 13 noyabr 2009-cu il tarixində Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazlı müraciət edilərək bildirilmişdir ki, Neftçala, Salyan, Zaqatala rayonlarında bələdiyyə üzvlüyünə namizədlərdən lüsumsuz yerə payi bəlli torpaqlardan gəlirlər barədə arayış tələb olunur, sənədlərin qəbulu zamanı süni maneələr yaradılır. Həmçinin müraciətdə göstərilir ki, Balakən rayonu Sarıbulaq bələdiyyəsinin üzvlüyünə namizədliyi irəlı sürülmüş Varşayev Badruddin Şabanoviç polis şöbəsinə çağırılaraq ona Qamət adlı müstəntiq tərəfindən namizədliyinin geri götürülməsi barədə təzyiqlər olunmuşdur.
Şikayət Azərbaycan Respublikasının Seçki Məcəlləsinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydalara haqqında Təlimat” a uyğun tərtib edildiyindən araşdırmaya qəbul edilmişdir. Araşdırma prossesində səlahiyyətli nümayəndə Gülağa Aslanli ilə əlaqə saxlanılmış, ona əlavə sübutlar təqdim etmək və araşdırmada iştirak etmək hüquqları barədə məlumat vermişdir. G.Aslanlı bildirmişdir ki, şikayətdə göstərdiyi məlumatdan başqa əlavə olaraq təqdim edəcəyi sübutları yoxdur.
Daxil olmuş şikayətlə bağlı tərəfimdən araşdırma aparılmışdır. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, 59 sayli Salyan seçki dairəsi üzrə Müsavat Partiyası tərəfindən irəli sürülmüş 4 nəfərin namizədliyi təstiq olunmuş, onlardan 3-ü, 60 saylı Salyan-Neftçala seçki dairəsi üzrə Müsavat Partiyasından 4 nəfərin namizədliyi təstiq olunmuş, onlardan 3-ü, 61 sayli Neftçala seçki dairəsi üzrə Müsavat Partiyasından 12 nəfərin namizədliyi təstiq edilmiş və həmin şəxslərin hamısı, 109 saylı Balakən seçki dairəsi üzrə isə Müsavat Partiyası tərəfindən irəli sürülmüş 6 nəfərin namizədliyi təstiqlənmiş və həmin şəxslərin hamısı imza vərəqələrini və onlara əlavə edilməli olan sənədləri müvafiq dairə seçki komissiyalarına tədim etmişlər. 110 saylı Zaqatala seçki dairısi üzrə isə Müsavat Partiyasi tərəfindən irəli sürülmüş 9 nəfərin namizədliyi təstiq edilmiş və onlardan 4-ü seçkilərdə iştirakdan imtina etmiş,qalan 5 nəfərdən 2-si qanunla müəyyən edilmiş müddətdən gec olmaqla, yəni 14 noyabrda imza vərəqələrini DSK-ya təqdim etmiş, digər şəxslər isə bu gunə kimi imza vərəqələrini və onlara əlavə edilməli olan sənədləri müvafiq dairə seçki komissiyasına təqdim etməmişdir.
Araşdırma nəticəsində həmçinin müəyyən edilmişdir ki, 59 saylı Salyan, 60 saylı Salyan-Neftçala, 61 sayli Nefçala, 109 saylı Balakən, 110 saylı Zaqatala dairə seçki komissiyalarından daxil olmuş 14 noyabr 2009-cu il tarixli məktublardan məlum olur ki, Müsavat Partiyasının bələdiyyələrə irəli sürdüyü namizədlərə heç bir maneçilik törədilməməklə Seçki Məcəlləsində və “Bələdiyyə seçkilərində bələdiyyə üzvlüyünə namizədin müdafiəsi üçün seçici imzalarının toplanması, imza vərəqələrinin və onlara əlavə edilməli olan sənədləri dairə seçki komissiyasına təqdim edilməsi qaydaları haqqında Təlimat” da nəzərdə tutulan sənədlərdən başqa digər sənədlər, o cümlədən payı bəlli torpaqlardan əldə etdikləri gəlirlər haqqında arayış tələb olunmamışdır.
109 saylı Balakən seçki dairəsinin 77 nömrəli 14 noyabr 2009-ci il tarixli məktubundan və Balakən rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin rəisi Qənaət İbrahimovun 14 noyabr 2009-cu il tarixli izahatından görünür ki, Sarıbulaq bələdiyyəsinə üzvlüyə namizəd Badruddin Varşayevə polis şöbəsində heç bir təzyiq olmamış, 13 noyabr 2009-cu il tarixdə imza vərəqlərini və digər sənədləri seçki komissiyasına təqdim etmişdir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112, 112-1, 112-1.5.4-cü və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat” ın 1,2,4 və 6, 7-ci bəndlərinə əsasən r ə y ə g ə l d i m:
- Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Gülağa Aslanlının müraciəti əsassız olduqundan təmin edilməsin.
- Rəy qəbul edildiyi andan 24 saat ərzində dərc edilsin (Mərkəzi Seçki Komissiyasının internet səhifəsində yerləşdirilsin) və surəti şikayətçiyə göndərilsin.
Azərbaycan Respublikası
Mərkəzi Seçk Komissiyası
nəzdində ekspert qrupunun üzvü Tofiq Həsənov
|