Vətəndaşların seçki hüququnu pozan
hərəkətlərdən (hərəkətsizliklərdən) və
qərarlardan şikayətlərin araşdırılması
məqsədi ilə Mərkəzi Seçki Komissiyasının
nəzdində yaradılmış ekspert qrupunun
üzvü Tofiq Həsənovun 2009-cu il
dekabrın 23-nə təyin edilmiş Azərbaycan
Respublikasında növbəti bələdiyyə
seçkiləri ilə əlaqədar Məhyəddinov Alı Məhyəddin oğlunun 23 noyabr 2009-cu il tarixli müraciətinin araşdırılmasına dair
R Ə Y İ
2009-cu ilin dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində bələdiyyə üzvlüyünə namizədliyi özü tərəfindən irəli sürülmüş Məhyəddinov Alı Məhyəddin 2009-cu il noyabrın 23-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək həmin partiya tərəfindən 26 saylı Sabunçu I seçki dairəsi üzrə Bakıxanov bələdiyyəsinin üzvlüyünə namizədliyi özü tərəfindən Məhyəddinov Alı Məhyəddin oğlu namizədliyinin qeydiyyatından dairə seçki komissiyası tərəfindən qanunsuz imtina edilməsini bildirmiş və bununla əlaqədar qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini xahiş etmişdir.
Müraciət “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasında və dairə seçki komissiyalarında seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərinin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun tərtib edildiyindən araşdırmaya qəbul edilmişdir.
Araşdırma zamanı Alı Məhyəddinovla əlaqə yaradılaraq, ona əlavə sübutlar təqdim etmək və aradırmada iştirak etmək hüquqları barədə məlumat verilmişdir.
Araşdırma nəticəsində müraciətin əsaslı olduğu müəyyən edildiyindən, müraciət təmin edilməli, dairə seçki komissiyasının Alı Məhyəddinovun namizədliyinin qeydiyyatıbndan imtina edilməsi barədə qərarı ləğv edilməli, Sabunçu rayonu, Bakıxanov bələdiyyəsi üzrə namizədliyi qeydə alınmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasında və dairə seçki komissiyalarında seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərinin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən r ə y ə g ə l d i m :
1. Məhyəddinov Alı Məhyəddin oğlunun 23 noyabr 2009-cu il tarixli müraciəti əsaslı olduğundan təmin edilərək dairə seçki komissiyalarının müvafiq qərarları ləğv edilsin.
2. Məhyəddinov Alı Məhyəddin oğlunun Sabunçu rayonu Bakıxanov bələdiyyəsi üzrə bələdiyyə üzvlüyünə namizədliyi qeydə alınsın.
3. Rəy qəbul edildiyi andan 24 saat müddətində dərc olunsun (Mərkəzi Seçki Komissiyasının internet səhifəsində) və surəti şikayətçiyə göndərilsin.
Ekspert qrupunun üzvü Tofiq Həsənov
26 noyabr 2009-cu il |