. : ŞİKAYƏT VƏ MÜRACİƏTLƏRƏ BAXILMASI


 

Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizliklərdən) və
qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə Mərkəzi Seçki Komissiyasının
nəzdində yaradılmış ekspert qrupunun üzvü Tofiq Həsənovun 2009-cu il
dekabrın 23-nə təyin edilmiş Azərbaycan Respublikasında növbəti bələdiyyə
seçkiləri ilə əlaqədar 84 saylı Füzuli  seçki    dairəsi    üzrə    Balabəhmənli bələdiyyəsinin üzvlüyünə namizədliyi özü
tərəfindən irəli sürülmüş Cəfərov Telxan   Allahverdi   oğlunun   müraciətinin
araşdırılmasına dair

R Ə Y İ

2009-cu ilin dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində bələdiyyə üzvlüyünə namizədliyi özü tərəfindən irəli sürülmüş Cəfərov  Telxan Allahverdi oğlu 2009-cu il noyabrın 21-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək namizədliyinin qeydiyyatından 84 saylı Füzuli seçki dairəsi dairə seçki komissiyası tərəfindən qanunsuz imtina edilməsini bildirmiş və bununla əlaqədar qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini xahiş etmişdir.
Müraciət “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasında və dairə seçki komissiyalarında seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərinin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun tərtib edildiyindən araşdırmaya qəbul edilmişdir.
Komissiyada vətəndaşların seçki hüquqlarının təmini prinsipini əsas götürərək Cəfərov  Telxan Allahverdi oğlunun şikayətinin araşdırılması məqsədi ilə onunla telefon əlaqəsi yaradılmış, ona əlavə sübutlar təqdim etmək və araşdırmada iştirak etmək hüquqları barədə məlumat verilmişdir.
Araşdırma nəticəsində müraciətin əsaslı olduğu müəyyən edildiyindən, müraciət təmin edilməli, dairə seçki komissiyasının Cəfərov  Telxan Allahverdi oğlunun namizədliyinin qeydiyyatından imtina edilməsi barədə qərarı ləğv edilməli, Sumqayıt şəhəri, Sumqayıt bələdiyyəsi üzrə namizədliyi qeydə alınmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasında və dairə seçki komissiyalarında seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərinin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən   r ə y ə   g ə l d i m :

1.      Namizədliyi özü tərəfindən irəli sürülmüş Cəfərov  Telxan Allahverdi oğlunun 21 noyabr 2009-cu il tarixli müraciəti əsaslı olduğundan təmin edilərək dairə seçki komissiyasının müvafiq qərarı ləğv edilsin.
2.      Cəfərov  Telxan Allahverdi oğlu 84 saylı Füzuli rayonu Balabəhmənli bələdiyyəsi üzrə bələdiyyə üzvlüyünə namizədliyi qeydə alınsın.
3.      Rəy qəbul edildiyi andan 24 saat müddətində dərc olunsun (Mərkəzi Seçki Komissiyasının internet səhifəsində) və surəti şikayətçiyə göndərilsin.

 

Ekspert qrupunun üzvü                                                                                                                                                                             Tofiq Həsənov

26 noyabr 2009-cu il


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası