. : ŞİKAYƏT VƏ MÜRACİƏTLƏRƏ BAXILMASI


 

Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizliklərdən) və
qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə Mərkəzi Seçki Komissiyasının
nəzdində yaradılmış ekspert qrupunun üzvü Tofiq Həsənovun 2009-cu il
dekabrın 23-nə təyin edilmiş Azərbaycan Respublikasında növbəti bələdiyyə
seçkiləri ilə əlaqədar Müsavat partiyasının səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı və Xətai bələdiyyəsinin üzvlüyünə namizəd Ellada Məmmədlinin  24 noyabr 2009-cu il tarixli müraciətinin araşdırılmasına dair

R Ə Y İ

2009-cu ilin dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində bələdiyyə üzvlüyünə namizədləri irəli sürülmüş Müsavat partiyasının səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı və Xətai bələdiyyəsinin üzvlüyünə namizəd Ellada Məmmədlinin 2009-cu il noyabrın 24-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciətində həmin partiya tərəfindən 35 saylı Xətai III seçki dairəsi üzrə Xətai bələdiyyəsinin üzvlüyünə namizədliyi irəli sürülmüş Ellada Məmmədlinin namizədliyinin qeydiyyatından dairə seçki komissiyası tərəfindən qanunsuz imtina edilməsini bildirmiş və bununla əlaqədar qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini xahiş etmişdir.
Müraciət “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasında və dairə seçki komissiyalarında seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərinin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun tərtib edildiyindən araşdırmaya qəbul edilmişdir.
Araşdırma zamanı səlahiyyətli nümayəndə Gülağa Aslanlı və Ellada Məmmədli ilə əlaqə yaradılaraq, ona əlavə sübutlar təqdim etmək və aradırmada iştirak etmək hüquqları barədə məlumat verilmişdir.
Araşdırma nəticəsində müraciətin əsaslı olduğu müəyyən edildiyindən, müraciət təmin edilməli, dairə seçki komissiyasının Ellada Məmmədlinin namizədliyinin qeydiyyatından imtina edilməsi barədə qərarı ləğv edilməli, Xətai rayonu Xətai bələdiyyəsi üzrə namizədliyi qeydə alınmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasında və dairə seçki komissiyalarında seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərinin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən   r ə y ə   g ə l d i m :

1.      Müsavat  partiyasının  səlahiyyətli  nümayəndəsinin və 35 saylı Xətai III seçki dairəsi üzrə Xətai bələdiyyəsinin üzvlüyünə namizədliyi irəli sürülmüş Ellada Məmmədlinin 24   noyabr 2009-cu il tarixli müraciəti əsaslı olduğundan təmin edilərək dairə seçki komissiyasının müvafiq qərarı ləğv edilsin.
2.      Məmmədli Ellada sabir qızı Xətai rayonu Xətai bələdiyyəsi üzrə bələdiyyə üzvlüyünə namizədliyi qeydə alınsın.
3.      Rəy qəbul edildiyi andan 24 saat müddətində dərc olunsun (Mərkəzi Seçki Komissiyasının internet səhifəsində) və surəti şikayətçiyə göndərilsin.

 

Ekspert qrupunun üzvü                                                                                                                                                Tofiq Həsənov

26 noyabr 2009-cu il


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası