. : ŞİKAYƏT VƏ MÜRACİƏTLƏRƏ BAXILMASI


 

Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizliklərdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü Emin Quliyevin2009-cu il  dekabrın 23-nə təyin edilmiş Azərbaycan Respublikasında bələdiyyə seçkiləri ilə əlaqədar “Ümid” Partiyasının səlahiyyətli nümayəndəsi Abbasağa Hüseynbala oğlu Məmmədovun 21 noyabr 2009-cu il tarixli müraciətinin araşdırılmasına dair

R Ə Y

Bakı şəhəri                                                                                                                    26 noyabr 2009-cu il, Saat 14.00

2009-cu il  dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar “Ümid” Partiyasının səlahiyyətli nümayəndəsi Abbasağa Məmmədov  21 noyabr 2009-cu il tarixdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, Azərbaycan Ümid Partiyası tərəfindən111 saylı Zaqatala-Balakən seçki dairəsi üzrə Zaqatala bələdiyyəsinə namizədlikləri irəli sürülmüş Əhmədova Mətanət Cuma qızının və Babayeva Ulduz Ustarovnanın namizədliklərinin qeydiyyatından adları çəkilən seçki dairələrinin dairə seçki komissiyaları tərəfindən qanunsuz imtina edilməsini bildirmişlər və bununla əlaqədar  qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikasının Seçki Məcəlləsinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimata” uyğun tərtib edildiyindən və nəzərdə tutulan müddətdə verildiyindən araşdırmaya qəbul edilmişdir.
Araşdırma prosesində səlahiyyətli Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndəsi ilə əlaqə saxlanılmış, ona əlavə sübutlar təqdim etmək və araşdırmada iştirak etmək hüquqları barədə məlumat verilmişdir. Səlahiyyətli nümayəndə, müraciətdə göstərdiyi məlumatdan başqa, əlavə olaraq təqdim edəcəyi sübutların olmamasını bildirmişdir.
Araşdırma nəticəsində müraciətin əsaslı olduğu müəyyən edildiyindən, müraciət təmin edilməli, dairə seçki komissiyasının namizədliyin qeydiyyatından imtina edilməsi barədə qərarı ləğv edilməli, müvafiq bələdiyyə üzrə bələdiyyə üzvlüyünə namizədliklər qeydə alınmalıdır. 
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112, 112-1 və Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması haqqında təlimatın 1, 2, 4, 6, 7-ci bəndlərinə əsasən    r ə y ə    g ə l d i m:

1. Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndəsinin 21 noyabr 2009-cu il tarixli müraciəti əsaslı olduğundan, təmin edilərək dairə seçki komissiyasının müvafiq qərarı Əhmədova Mətanət Cuma qızı və Babayeva Ulduz Ustarovnaya aid olan  hissələrdə ləğv olunsun.
2. Əhmədova Mətanət Cuma qızının və Babayeva Ulduz Ustarovnanın namizədlikləri Zaqatala bələdiyyəsi üzrə qeydə alınsın.
3. Rəy qəbul edildiyi andan 24 saat müddətində dərc olunsun (internet səhifəsində) və surəti şikayətçiyə göndərilsin.

 

Mərkəzi Seçki Komissiyasının
nəzdində ekspert qrupunun üzvü                                                                                                                                                   Emin Quliyev


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası