Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizliklərdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü Ramiz İbrahimovun 2009-cu ilin dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Gülağa Aslanlının Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətləri üzrə
RƏYİ
Bakı şəhəri 19 noyabr 2009-cu il,
Saat 18.00
Mən, ekspert qrupunun üzvü Ramiz İbrahimov 2009-cu ilin dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Gülağa Aslanlının Mərkəzi Seçki Komissiyasına 13 noyabr 2009-cu ildə daxil olmuş 08, 10 və 12 saylı müraciətlərini araşdıraraq müəyyən etdim:
Müraciətlər Seçki Məcəlləsinin və Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimatın tələblərinə uyğun tərtib edildiyindən və nəzərdə tutulan müddətdə verildiyindən, həmçinin hər üç müraciətdə ehtimal olunan pozuntuların mahiyyəti və tələbin yönəldiyi seçki komissiyaları təkrarlandığından bir icraatda birləşdirilərək araşdırmaya qəbul edilmişdir.
2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı Mərkəzi Seçki Komissiyasına müraciət edərək bildirmişdir ki, 21 saylı Nəsimi birinci, 22 saylı Nəsimi ikinci, 23 saylı Nəsimi-Səbail, 42 saylı Sumqayıt ikinci, 73 saylı Lənkəran şəhər, 75 saylı Lənkəran-Masallı, 76 saylı Lənkəran-Astara, 82 saylı Ağcabədi, 83 saylı Ağcabədi-Ağdam, 98 saylı Şəmkir şəhər, 99 saylı Şəmkir kənd, 110 saylı Zaqatala və Naxçıvan Muxtar Respublikasındakı seçki dairələrində dairə seçki komissiyaları Müsavat Partiyasının namizədlərini təsdiq etmək və onlara imza vərəqələrini vermək məsələsini yubatmış, səlahiyyətli nümayəndələrdən əlavə sənədlər tələb olunmuş, təqdim olunan sənədlərin düzgün olmadığı haqqında fikirlər söyləmişlər. Səlahiyyətli nümayəndə müraciətində bu halların rayon icra hakimiyyətlərinin ənənəvi bazar ertəsi müşahidələrində yeni təlimatlar verilməsi və əlavə problemlər yaradılması kimi qiymətləndirərək bu halların araşdırılmasını və onu törədən bütün şəxslərin və təşkilatçıların cəzalandırılmasını xahiş etmişdir.
Araşdırma prosesində səlahiyyətli nümayəndə Gülağa Aslanlı ilə telefon əlaqəsi saxlanılmış və müraciətlərdə qeyd edilən hallarla əlaqədar əlavə sübutlar təqdim etməsi təklif edilmişdir. Eyni zamanda ona araşdırmada iştirak etmək hüququ barədə məlumat verilmişdir. Onun tərəfindən əlavə sübutlar təqdim olunmamışdır.
Səlahiyyətli nümayəndə bildirmişdir ki, müraciətlərdə göstərilənlərdən başqa heç bir əlavə fakta və sübuta malik deyildir, bütün məlumatları telefon vasitəsilə almışdır, yazılı olaraq hər hansı bir sənədi yoxdur və ümumiyyətlə müraciətlərdə göstərdiklərinin əlavə sübut edilməsinə ehtiyac yoxdur.
Araşdırılan müraciətlərlə əlaqədar Naxçıvan Muxtar Respublikasındakı 1 saylı Şərur-Sədərək, 2 saylı Şərur, 3 saylı Babək-Kəngərli-Naxçıvan, 4 saylı Naxçıvan, 5 saylı Şahbuz-Babək, 6 saylı Culfa-Babək, 7 saylı Ordubad-Culfa və 21 saylı Nəsimi I, 22 saylı Nəsimi II, 23 saylı Nəsimi-Səbail, 42 saylı Sumqayıt II, 73 saylı Lənkəran şəhər, 75 saylı Lənkəran-Masallı, 76 saylı Lənkəran-Astara, 82 saylı Ağcabədi, 83 saylı Ağcabədi-Ağdam, 98 saylı Şəmkir şəhər, 99 saylı Şəmkir kənd, 110 saylı Zaqatala seçki dairəsinin Dairə Seçki Komissiyalarından yazılı məlumatlar və araşyışlar alınmışdır. Əldə edilmiş faktlar və sübutlar səlahiyyətli nümayəndənin müraciətlərində qeyd edilən halların real həqiqətə uyğun olmayaraq mövcud vəziyyəti obyektiv olaraq əks etdirməməsini sübut edir.
Araşdırma nəticəsində əldə edilən sübutlarla müəyyən edilmişdir:
Müsavat Partiyasından bələdiyyə üzvlüyünə namizəd irəli sürülməsi barədə 1 saylı Şərur-Sədərək Dairə Seçki Komissiyasına müraciət daxil olmamışdır.
Müsavat Partiyası tərəfindən 10.11.2009-cu il tarixdə 2 saylı Şərur seçki dairəsinin Dairə Seçki Komissiyasına 26 nəfərin bələdiyyə üzvlüyünə namizədliyinin irəli sürülməsi barədə qərar təqdim edilmişdir. Dairədə araşdırma aparılarkən müəyyən edilmişdir ki, həmin şəxslərdən Həsənov Mənsum Vəli oğlunun namizədliyi YAP tərəfindən irəli sürülmüş və 5.11.2009-cu ildə qeydə alınmışdır, 4 nəfəri isə dairənin əhatə etdiyi məntəqə seçki komissiyalarında Azərbaycan Ümid Partiyasını təmsil edən komissiya üzvləridir və onlar ərizə ilə müraciət edərək namizədliklərinin irəli sürülməsinə etiraz etmiş, MnSK-da fəaliyyətlərini davam etdirmək istədiklərini bildirmişlər. 1 nəfərin, Abbasov Fəxri Əhməd oğlunun namizədliyi 2 bələdiyyə üzrə irəli sürülmüş, eyni zamanda onun həyat yoldaşı irəli sürüldüyü bələdiyyəni əhatə edən məntəqə seçki komissiyasının üzvüdür. Namizədliyi irəli sürülmüş Cəfərov Cəfər Məmməd oğlunun bacısı həmin bələdiyyəni əhatə edən məntəqə seçki komissiyasının üzvüdür.
İrəli sürülmüş namizədlərdən 6 nəfərin adları siyahıda olsa da sənədləri DSK-na təqdim olunmamışdır. Qalan 12 nəfərin namizədliyinin irəli sürülməsi qanunauyğun hesab edilərək onlara imza vərəqələri verilmiş, ancaq imza vərəqələri DSK-ya qaytarılmamışdır.
09 noyabr 2009-cu ildə Müsavat Partiyası tərəfindən 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsinin Dairə Seçki Komissiyasının 4 nəfərin namizədliyi irəli sürülmüş, onların namizədliyi təsdiq edilərək imza vərəqəsi verilmiş və 12 noyabr 2009-cu ildə imza vərəqələri və onlara əlavə edilmiş sənədlər dairəyə təqdim edilmişdir. Göründüyü kimi həmin dairə üzrə bələdiyyə üzvlüyünə namizədlərin irəli sürlməsi və qeydə alınması ilə heç bir problem olmamışdır.
4 saylı Naxçıvan şəhər seçki dairəsinin Dairə Seçki Komissiyasında Müsavat Partiyası tərəfindən bələdiyyə üzvülüyünə 1 nəfərin namizədliyi irəli sürülmüş, onun namizədliyi təsdiq edilərək imza vərəqəsi verilmiş, ancaq imza vərəqələri və onlara əlavə olunmalı sənədlər DSK-ya qaytarılmamışdır.
5 saylı Şahbuz-Babək seçki dairəsinin əhatə etdiyi Nursu, Qarabala, Külüs, Keçili, Şahbuzkənd bələdiyyələrinə bələdiyyə üzvlüyünə Müsavat Partiyası tərəfindən irəli sürülmüş şəxslərin namizədlikləri Dairə Seçki Komissiyası tərəfindən təsdiq edilmiş və onlara imza vərəqələri verilmişdir. Lakin həmin imza vərəqələri qeri qaytarılmamışdır.
09 noyabr 2009-cu ildə Müsavat Partiyasının Culfa rayon təşkilatının sədri Qasımbəyli Qasım Salman oğlu 6 saylı Culfa-Babək seçki dairəsinin Dairə Seçki Komissiyasına Müsavat Partiyası Divanının 26 oktyabr 2009-cu il tarixli iclas protokolunun və namizədlərin irəli sürülməsinə dair siyasi partiyanın səlahiyyətli nümayəndəsinin soyadı, adı, atasının adı və imzası olmayan bildirişləri təqdim etmişdir. Müsavat Partiyası Divanının protokol qərarında Culfa rayonu üzrə protokola 1 saylı əlavədə qeyd olunan bələdiyyə üzvlüyünə namizədliklərinin irəli sürülməsinin təsdiq edilməsi göstərilmiş, lakin namizədliyi irəli sürülmüş vətəndaşların adlı siyahısı həmin qərarda qeyd olunmamış və 1 saylı əlavə DSK-ya təqdim edilməmişdir. Sənədləri təqdim edən, səlahiyyətli nümayəndə statusu olmayan, Müsavat Partiyasının Culfa rayon təşkilatının sədri Qasımbəyli Qasım Salman oğluna çatışmamazlıqlar barədə məlumat verilmiş və onun aradan qaldırılması xahiş edilmişdir, bundan sonra DSK-ya heç bir sənəd təqdim edilməmişdir.
Müsavat Partiyasının üzvlərindən 3 nəfəri Culfa və Ərəfsə bələdiyyələrinə öz təşəbbüsləri ilə namizədliklərini irəli sürmüş və hazırda namizədlikləri qeydə alınmışdır.
7 saylı Ordubad-Culfa seçki dairəsinin Dairə Seçki Komissiyasına Müsavat Partiyası tərəfindən bələdiyyə seçkiləri ilə əlaqədar heç bir müraciət olmamışdır.
21 saylı Nəsimi I seçki dairəsinə bələdiyyə seçkilərində Müsavat Partiyası tərəfindən təqdim edilən ilkin sənədlər 5 noyabr 2009-cu il tarixində qəbul edilmiş, təqdim edilən sənədlərdə səlahiyyətli nümayəndənin siyahısı olmamış, namizədlərin siyahısı ayrı vərəqdə təsdiqlənməmiş, irəli sürülən namizədlərin adları protokol və qərarda öz əksini tapmamışdır. Qeyd edilən çatışmamazlıqlar aradan qaldırıldıqdan sonra irəli sürülmüş namizədlərə 9 noyabr 2009-cu il tarixində imza vərəqələri verilmiş, lakinn namizədlərin qeydə alınması üçün sənədlər DSK-ya qaytarılmamışdır.
Müsavat Partiyası tərəfindən 22 saylı Nəsimi II seçki dairəsindən bələdiyyə üzvülüyünə 9 nəfərin namizədliyi irəli sürülmüş və təsdiq edilmiş, onlardan 1 nəfər imza vərəqəsi götürməmişdir. Bu günə kimi namizədlərdən heç biri imza vərəqələrini qaytarmamışdır.
23 saylı Nəsimi-Səbail seçki dairəsindən Müsavat Partiyası tərəfindən 07 noyabr 2009-cu ildə bələdiyyə üzvülüyünə 4 nəfərin namizədliyi irəli sürülmüş, 09 noyabrda onalrın namizədliyi təsdiq edilərək imza vərəqələri verilmişdir. Hal-hazıra kimi imza vərəqələri və digər sənədlər dairə seçki komissiyasına qaytarılmamışdır.
42 saylı Sumqayıt II seçki dairəsindən Müsavat Partiyasından Fəxrəddin Abbas adlı şəxsin bələdiyyə üzvülüyünə namizədliyi irəli sürülərkən sənədlər qaydasında olmamış, çatışmamazlıqlar aradan qaldırıldıqdan sonra 7 noyabr 2009-cu ildə onun sənədləri qəbul edilmiş, o isə dərhal imza vərəqəsinin verilməsini tələb etmişdir. Bu vaxt ona izah edilmişdir ki, namizədliyi komissiyanın iclasında təsdiq edilməyincə imza vərəqəsi verilə bilməz. O isə bunun qərəzli olduğunu bildirmişdir. 09 noyabr 2009-cu ildə onun namizədliyi təsdiq edilmiş və ona imza vərəqələri verilmişdir.
73 saylı Lənkəran şəhər seçki dairəsindən 7 noyabr 2009-cu ildən Müsavat Partiyası tərəfindən bələdiyyə üzvlüyünə 4 nəfərin namizədliyinə dair sənədlər təqdim edilmiş, noyabrın 11-də həmin şəxslərin namizədliyi təsdiq edilmiş və onlara imza vərəqələri verilmişdir. Hər hansı bir problem olmamışdır.
07 noyabr 2009-cu il tarixdə bələdiyyə seçkilərində səlahiyyətli nümayəndə statusu olmayan Müsavat Partiyası Lənkəran rayon təşkilatının sədri Sadıqov Yadigar Sadıq oğlu tərəfindən 5 bələdiyyə üzrə 6 nəfərin namizədliyinin irəli sürülməsinə dair sənədlər 75 saylı Lənkəran-Masallı seçki dairəsinin Dairə Seçki Komissiyasına təqdim olunmuşdur. Bu hal Seçki Məcəlləsinin tələblərinə uyğun olmamışdır. Müsavat Partiyası Divanının 9 noyabr 2009-cu il tarixli iclasının qərarı ilə Sadıqov Yadigar bələdiyyə seçkilərində səlahiyyətli nümayəndə təyin edilmiş, həmin qərar 11 noyabr 2009-cu ildə DSK-ya təqdim olunmuş və dərhal Müsavat Partiyasından bələdiyyələrə namizədlərin irəli sürülməsi məsələsinə baxılmış, 2 nəfərin bələdiyyə üzvülüyünə namizədliklərini irəli sürülməsindən imtina ərizəsi nəzərə alınmış, 4 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq edilmiş və onlara imza vərəqələri verilmişdir.
76 saylı Lənkəran-Astara seçki dairəsinin Dairə Seçki Komissiyasına Müsavat Partiyası tərəfindən noyabrın 7-də bələdiyyə üzvlüyünə 4 nəfərin namizədliyinin irəli sürülməsinə dair sənədlər təqdim edilmiş, noyabrın 11-də onların namizədliyi təsdiq edilmiş və səlahiyyətli nümayəndəyə imza vərəqələri verilmişdir. Hər hansı bir problem olmamışdır.
82 saylı Ağcabədi seçki dairəsinin Dairə Seçki Komissiyasına 11 noyabr 2009-cu ildə saat 15:30 radələrində Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Abbas Tapdıq Əlikişi oğlu tərəfindən namizədliyi bələdiyyə üzvülüyünə irəli sürülən 6 nəfərin sənədləri təqdim edilmişdir. Noyabrın 12-də saat 16:00-da keçirilmiş iclasda həmin şəxslərin namizədlikləri təsdiq edilmişdir. Səlahiyyətli nümayəndə gəlmədiyinə görə, saat 17:10-da namizədlikləri təsdiq edilmiş Rəşid Nəcəfova və İbrahim Hacıyevə akt tərtib edilməklə imza vərəqələri təqdim edilmişdir.
83 saylı Ağcabədi-Ağdam seçki dairəsinin Dairə Seçki Komissiyasına 11 noyabr 2009-cu ildə saat 17:15-də Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Abbas Tapdıq tərəfindən 1 nəfərin bələdiyyə üzvülüyünə namizədliyinin irəli sürülməsi barədə sənəd təqdim edilmiş, səhəri gün həmin şəxsin namizədliyi təsdiq edilərək imza vərəqəsi verilmişdir. Heç bir problem olmamışdır.
Müsavat Partiyası tərəfindən Şəmkir bələdiyyəsi üzvlüyünə namizədliyə irəli sürülmüş Cəfərli Fikrət Mustafa oğlunun bələdiyyə üzvülüyünə namizədliyi 98 saylı Şəmkir şəhər seçki dairəsinin Dairə Seçki Komissiyasının qərarı ilə təsdiq edilmiş, ona imza vərəqəsi verilmişdir. Namizədliyin qeydə alınması üçün imza vərəqəsi və ona əlavə edilən digər sənədlər 12 noyabr 2009-cu ildə DSK-ya təqdim edilmiş və hazırda həmin sənədlər qanunvericiliyə uyğun olaraq yoxlanılır.
Müsavat Partiyası tərəfindən 07 noyabr 2009-cu ildə bələdiyyə seçkiləri ilə əlaqədar 99 saylı Şəmkir kənd seçki dairəsinin Dairə Seçki Komissiyasına 10 nəfərin bələdiyyə üzvülüyünə namizədliyinin irəli sürülməsi barədə sənədlər təqdim edilmişdir. 10 noyabr 2009-cu ildə həmin şəxslərin namizədlikləri təsdiq edilmişdir. Həmin gün digər dairədən, yəni 98 saylı Şəmkir şəhər seçki dairəsindən bələdiyyə üzvülüyünə namziədliyi irəli sürülmüş Fikrət Cəfərli adlı şəxs imza vərəqələrini götürmək üçün müraciət etmiş və ona izah edilmişdir ki, imza vərəqələri namizədliyi təsdiq edilmiş şəxslərə və ya partiyanın səlahiyyətli nümayəndəsinə verilə bilər. Bundan sonra DSK-nın sədri səlahiyyətli nümayəndə Tofiq Yaqubluya imza vərəqələrini götürməsi barədə telefonla zəng etmiş, o isə gələ bilməyəcəyini bildirərək digər səlahiyyətli nümayəndəni göndərəcəyini vəd etmişdir. Ancaq 13 noyabr 2009-cu il saat 18:00-dək imza vərəqləri götürmək üçün heç kim müraciət etməmişdir.
Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Elman Fəttah Valodiya tərəfindən 5 noyabr 2009-cu ildə saat 18:00-da 110 saylı Zaqatala seçki dairəsinin Dairə Seçki Komissiyasına bələdiyyə seçkiləri ilə əlaqədar bələdiyyə üzvülüyünə 12 nəfərin namizədliyinin irəli sürülməsinə dair sənədlər təqdim olunmuşdur. Həmin şəxslərdən 4 nəfər DSK-ya müraciət edərək namizədliklərinin irəli sürülməsindən imtina etmişlər, qalan 8 nəfərin namizədliyi 9 noyabrda təsdiq edilmiş və onlara müvafiq sayda imza vərəqələri verilmişdir. Lakin 13 noyabr 2009-cu il saat 18:00-dək imza vərəqləri və ona əlavə edilən sənədlər DSK-ya qaytarılmamışdır.
Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Gülağa Aslanlının 23 dekabr 2009-cu ilə təyin olunmuş bələdiyyə seçkilərində bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi, təsdiq edilməsi və qeydə alınması ilə əlaqədar ehtimal olunan qanun pozuntuları barədə Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərdə göstərilənlər aparılmış araşdırma ilə əldə edilmiş sübutlarla tam təkzib olunmaqla öz təsdiqini tapmamışdır. Müraciətlərdə göstərilən dairə seçki komissiyaları Müsavat Partiyası tərəfindən bələdiyyə üzvülüyünə irəli sürülən namizədlərə da sənədlərə Seçki Məcəlləsi ilə müəyyən edilmiş müddət daxilində, bəzi hallarda hətta nəzərdə tutulan müddətdən də tez baxaraq qərar qəbul etmiş, irəli sürülmüş və namizədlikləri təsdiq edilmiş şəxslərə imza vərəqələri verilmiş, bir çox hallarda bələdiyyə üzvülüyünə namizədliyin qeydə alınması üçün həmin imza vərəqələri və digər zəruri sənədlər qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə dairə seçki komissiyalarına qaytarılmamışdır.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-1-ci və Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqından Təlimatın 1, 2, 4, 6, 7-ci bəndlərinə əsasən rəyə gəldim:
1. 23 dekabr 2009-cu ilə təyin olunmuş bələdiyyə seçkilərində müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Gülağa Aslanlının Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətləri əsassız olduğundan təmin edilməsin.
2. Rəy qəbul edildiyi andan 24 saat müddətində dərc olunsun (internetdə yerləşdirilsin) və surəti səlahiyyətli nümayəndəyə göndərilsin.
Ekspert qrupunun üzvü Ramiz İbrahimov |