. : ŞİKAYƏT VƏ MÜRACİƏTLƏRƏ BAXILMASI


 

Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizliklərdən) və qərarlardan şikayətlərin araşdırılması
məqsədi ilə Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun
üzvü Validə Kazımovanın 2009-cu il   dekabrın 23-nə təyin edilmiş Azərbaycan Respublikasında  növbəti  bələdiyyə
seçkiləridə 28 saylı Sabunçu III seçki dairəsi üzrə Maştağa bələdiyyəsinin üzvlüyünə namizədliyi Demokratik Azərbaycan Dünyası Partiyası tərəfindən irəli sürülmüş Quliyev Adil Məlikheydər oğlunun müraciətinin araşdırılmasına dair

R Ə Y İ

2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində 28 saylı Sabunçu III seçki dairəsi üzrə Maştağa bələdiyyəsinin üzvlüyünə namizədliyi Demokratik Azərbaycan Dünyası Partiyası tərəfindən irəli sürülmüş Quliyev Adil Məlikheydər oğlu 2009-cu il noyabrın 24-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, adı çəkilən dairə seçki komissiyası tərəfindən namizədliyinin qeydiyyatından qanunsuz imtina edilməsini bildirmiş və bununla əlaqədar qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini xahiş etmişdir.
Müraciət  Azərbyacan  Respublikası  Seçki  Məcəlləsinin  112  və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərinin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupu üzvü tərəfindən araşdırmaya qəbul edilmişdir.
Komissiyada vətəndaşların seçki hüquqlarının təmini prinsipini əsas götürərək səlahiyyətli nümayəndənin şikayətinin araşdırılması məqsədi ilə onunla əlaqə yaradılmış, ona əlavə sübutlar təqdim etmək və araşdırmada iştirak etmək hüquqları barədə məlumat verilmişdir.
Araşdırma prosesində bələdiyyə üzvlüyünə namizədlə əlaqə yaradılaraq, ona əlavə sübutlar təqdim etmək və araşdırmada iştirak etmək hüquqları barədə məlumat verilmişdir.
Araşdırma nəticəsində müəyyən edilmişdir ki, etibarlı hesab edilmiş seçici imzalarının sayı kifayət etməməklə yanaşı namizədə aid məlumatlar seçici imzaları olan imza vərəqələrində göstərilməmiş, habelə onlar imza toplayan şəxs və partiyanın səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilməmişdir.
Seçki Məcəlləsinin 59.9-cu maddəsinə əsasən imza vərəqələri imza toplayan şəxsin, habelə namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinin əl yazısı qaydasında imzası ilə təsdiq edilməyibsə və ya səlahiyyətli nümayəndənin imzası qeyri-düzgündürsə, imza vərəqələrində olan bütün imzalar etibarsız sayılır.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasında və dairə seçki komissiyalarında seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərinin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən   r ə y ə   g ə l d i m :

1.      28 saylı Sabunçu III seçki dairəsi üzrə Maştağa bələdiyyəsinin üzvlüyünə namizədliyi Demokratik Azərbaycan Dünyası Partiyası tərəfindən  irəli  sürülmüş  Quliyev  Adil  Məlikheydər   oğlunun   24   noyabr 2009-cu il tarixli 53 saylı müraciət əsassız olduğundan təmin edilməsin.
2.      Rəy qəbul edildiyi gündən 24 saat müddətində dərc olunsun (Mərkəzi Seçki Komissiyasının internet səhifəsində) və surəti şikayətçiyə göndərilsin.

 

Ekspert qrupunun üzvü                                                                                                                                                Validə Kazımova


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası