Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü Rövşən İsmayılovun2009-cu il dekabrın 23-də təyin edilmiş bələdiyyə seçkilərində 84 saylı Füzuli seçki dairəsi üzrə bələdiyyə üzvlüyünə namizədliyi özü tərəfindən irəli sürülmüş İsmayılov Tahir Musa oğlu oğlunun 21 noyabr 2009-cu il tarixli 32 saylı şikayətinin araşdırılmasına dair
R Ə Y İ
Bakı şəhəri 27 noyabr 2009-cu il, saat 12.30
2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində 84 saylı Füzuli seçki dairəsi Böyük Bəhmənli bələdiyyəsinin üzvlüyünə namizəd İsmayılov Tahir Musa oğlu 2009-cu il noyabrın 21-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, adı çəkilən seçki dairəsinin dairə seçki komissiyası tərəfindən onun namizədliyinin qeydə alınmasından qanunsuz imtina edilməsini bildirmiş və bununla əlaqədar qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Araşdırma prosesində T. İsmayılovla əlaqə saxlanılmış, ona əlavə sübutlar təqdim etmək və araşdırmada iştirak etmək hüquqları barədə məlumat verilmişdir. T. İsmayılov bildirmişdir ki, şikayətdə göstərdiyi məlumatdan başqa əlavə olaraq təqdim edəcəyi sübutları yoxdur.
Araşdırma nəticəsində müraciətin əsaslı olduğu müəyyən edildiyindən, müraciət təmin edilməli, dairə seçki komissiyasının namizədliyin qeydiyyatından imtina edilməsi barədə qərarı ləğv edilməli, müvafiq bələdiyyə üzrə bələdiyyə üzvlüyünə namizədlik qeydə alınmalıdır.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112, 112-1, 112-1.5.4-cü və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat” ın 1,2,4 və 6, 7-ci bəndlərinə əsasən r ə y ə g ə l d i m:
1. 84 saylı Füzuli seçki dairəsindən bələdiyyə üzvlüyünə namizəd İsmayılov Tahir Musa oğlunun müraciəti əsaslı olduğundan, təmin edilərək dairəsi dairə seçki komissiyasının müvafiq qərarı ləğv olunsun.
2. İsmayılov Tahir Musa oğlunun namizədliyi Bala Bəhmənli bələdiyyəsi üzrə qeydə alınsın.
3. Rəy qəbul edildiyi andan 24 saat ərzində dərc edilsin (Mərkəzi Seçki Komissiyasının internet səhifəsində yerləşdirilsin) və surəti şikayətçiyə göndərilsin.
Azərbaycan Respublikası
Mərkəzi Seçk Komissiyası
nəzdində ekspert qrupunun üzvü Rövşən İsmayılov |